|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Vaqif Əliyevin qohumlarının tender talanı - “Yoldaşı üstü paltar altı pul dolu çantanı mənə verdi“
Tarix 30.07.19, 15:19 |
|
ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin və yaxınlarının adı böyük qalmaqalda hallanır.
Bu barədə AFN-ə bir qrup şəxs məlumat verib. Daha konkret, 11 nəfər zərərçəkən ümumilikdə 4,1 milyon manatdan çox pullarının V.Əliyev tərəfindən baldızı oğlu vasitəsilə mənimsənildiyini iddia edir. Üstəlik, şikayətçilərin sözlərinə görə, onlarla bərabər 100-dən artıq ailə zərər çəkib. Belə ki, onlar V.Əliyevin “Azfen”in Təchizat İdarəsində mühəndis işləyən qohumuna “fırlatmaq” üçün yaxınlarından topladıqları pulları veriblər. İdarə rəisinin baldızı oğlu Nicat Qarayev həmin vəsaiti şirkətdəki imkanlarından istifadə edərək dövriyyəyə buraxır, qazandığı vəsaitin müəyyən hissəsini isə borclulara verirmiş. Şikayətçilərin bəziləri ilə bu “əməkdaşlıq” bir neçə il davam edib.
“Azfen” Vaqif Əliyevin nəsil şirkətidir”
Qeyd edək ki, Sərmayələr İdarəsi xarici və yerli sərmayələrin Azərbaycan Respublikasının neft və qaz sektoruna cəlb edilməsi, xarici ölkələrdə ARDNŞ-nin sərmayələrinin qoyulmasını təmin edən tədbirlərin həyata keçirilməsi, ARDNŞ-nin fəaliyyətinə aid müvafiq saziş layihələrinin beynəlxalq standartlara cavab verən səviyyədə hazırlanması, bu sazişlər üzrə danışıqların aparılması, müəyyən edildikdə onların imzalanmasının təşkili və icrasına nəzarətin təmin edilməsi vəzifələrini icra edir. Yuxarıda qeyd edilən zərərçəkənlərin sözlərinə görə, V.Əliyevin baldızı oğlu Nicat Qarayev “Azfen” şirkətində faktiki rəhbər kimi hərəkət edib: “Azfen” BP-nin sifarişlərini reallaşdırır. Bizim bildiyimizə görə, “Azfen” də 6 şirkətlə iş görür. Başqa şirkətlər ora girə bilmir, çünki yuxarıdan əmr var ki, ancaq o şirkətlərlə işləməlisiniz. O şirkətlərin də böyük əksəriyyəti Vaqif Əliyevin əlindədir. Məsələn, “Azfen”in Gürcüstan rəhbəri onun bir baldızının oğlu Bəhruzdur (Rzayev Bəhruz Tofiq oğlu, əvvəllər Gürcüstanda layihə rəhbəri olub, hazırda rəhbər yoxdur deyə onun vəzifələrini icra edir-red.), kürəkəni Araz şirkətdə şöbə müdiridir, Nicat da dediyimiz kimi bir baldızının oğludur. Bizim əlimizdə səs yazıları var ki, bu adam bizdən pulu alır o şirkətlərin əli ilə mala verir, “Azfen” də pulu köçürür o şirkətlərə. Bu, həmin şirkətlərdən pulu nağdlaşdırır, bizim pullarımızı çıxarıb gətirib verir. Baxmayaraq ki, guya Nicatı bu işlərə görə işdən çıxarıblar, amma bu gün də bilirik ki, həmin şirkətlər var, həmin proses davam edir. Bəhruzun özü də bu işə Elgün (zərərçəkmişlərdən biri-red.) vasitəsilə pul qoyub. Məsələn, bir dəfə 100 min manat qoyub 110 min götürüb, 110 min verib 132 min alıb, yəni bu iş belə gedir”.
“Bizdə Vaqif Əliyevin səs yazıları var...”
Zərərçəkənlərin Vaqif Əliyevlə də telefon danışıqları var. Danışıqlardan aydın olur ki, o özü 2018-ci ildə də oxşar halın baş verməsini, bundan rəhbərliyin xəbərinin olmasını etiraf edir: “Amma ondan sonra Nicatı işdən çıxartmayıblar, müəyyən səbəblərə görə saxlayıblar. Yəqin ki, saxlayıblar ki, daha böyük dələduzluğa yol versin. Orda Vahid adlı sürücü var, o etiraf edir ki, mən özüm şəxsən Vaqif Əliyevin yoldaşı, yəni Nicat Qarayevin xalası bir çanta pul verib mənə Nicata vermək üçün. Çantanın altı pul olub, üstü paltar. Mən də zəng etmişəm Nicata, deyib paltarları at zibil qabına, pulu gətir. Bu hallar bizlərin də yanında baş verib. Nicatın maşınında üstü paltar, altı pul dolu çantalar olub, deyib xalam verib. Yəni bu faktlar var bizim əlimizdə. Bu gün də orda Kənan adında adam işləyir, Vaqif Əliyevin kürəkəninin qardaşıdır. Orxan onu oturdub bir şirkətin başında, bütün işləri onun əlilə görürlər. Nicat həmişə ehtiyat edirdi Kənanla münasibətlərinin pozulmasından. Deyirdi onların bütün bu işlərini Kənan görür. Səs yazıları var, Nicat dəfələrlə etiraf edib ki, bu işlər Vaqif Əliyevin və oğlu Orxanın işidir. Onlar yubadırlar pulu verməyi. Bizdə Nicatın pulu alması ilə bağlı video var”.
Həftədə 340 min qazanc!
N.Qarayevin zərərçəkənləri prosesə cəlb etməsi o qədər də çətin olmayıb. Şikayətçilərin sözlərinə görə, o, həftədə 340 min pul qazandığını deyib: “Biz də təklif etdik ki, ümumi pulu biz verək, həftədə 340 mindən bizə də gəlir olsun. 45 gündən bir pul götürmək şərtilə razılaşdıq, sonra başladıq buna həftədə pul verməyə. 45 gün ərzində hər həftədə pul ödədik, ondan sonra bizim pulumuz verilməli idi, amma verilmədi. Maraqlananda dedi ki, Orxan (Vaqif Əliyevin oğlu-red.) vermir pulları, o bilib ki, mən belə işlər görür qazanc götürürəm, ona görə məni sıxışdırırlar”.
V.Əliyevin digər baldızının oğlu Bəhruz zərərçəkənlərlə əlaqəyə çıxıb, problemin həll ediləcəyini deyib, amma hələ nəticə yoxdur. Nicatı isə işdən çıxarıblar, zərərçəkənlərin fikrincə, qabaqdangəlmişlik üçün onunla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət edilib, lakin buna qədər o, ölkədən çıxarılıb. Zərərçəkənlərə isə deyilir ki, o özü qaçıb. Məsələ burasındadır ki, N.Qarayevin özü getsə də, xanımı elementar bir problemə – adında problemli avtomobil olmasına – görə ölkədən çıxa bilmir. Zərərçəkənlər hesab edirlər ki, Nicat həqiqətən onlardan pul alıb qaçmağı planlasaydı xanımının problemini həll edib onu da özü ilə aparardı: “Biz belə düşünürük və hətta əminik ki, Vaqif Əliyevin bütün prosesdən əvvəldən xəbəri olub, indi də Nicatın ölkədən getməsi məhz onun planı üzrə baş tutub”.
Nicatı xalası oğlu Bəhruz “ifşa edib”
Məsələ ondadır ki, Bəhruzla Nicatın arasında problem var. Elə Nicata qarşı əməliyyatların başında da o dayanır: “Məhz o Vaqif Əliyevin oğlu Orxana deyib ki, Nicat pul alır iş görür, qazanc götürür. Bəhruz özü bir nəfərin əlilə Nicata 100 min bir dəfə, 150 min də bir dəfə nömrəli pul verib və nəticədə Nicatın işləri dolaşıb. Bu hadisənin üstü açılanda Nicatı döyüblər, öz xalası oğlu Orxan onu ağır sözlərlə təhqir edib. Yəni belə bir insandır Orxan. Nicatı çıxılmaz vəziyyətə o saldı, aldığı pulları qaytarmadı. Nicat özü də axır vaxtlar deyirdi ki, Orxan edib hər şeyi, Vaqif əmim gəlsin ona deyəcəm həll etsin”.
Zərərçəkənlər arasında “Azfen”də işləyənlər də var. Maraqlıdır ki, onlar indi şikayətlərə qoşulmurlar, geri çəkiliblər. Şikayətçilər isə güman edirlər ki, ya onların pulları gizlində verilib, ya da təzyiq altındadırlar: “Bizə dedilər işimizdən olmaq istəmirik. Sözümüzün canı odur ki, “Azfen”də işləyən adamlar Nicatın əlaqələrini, hansı ixtiyar sahibi olmasını çox yaxşı bilirdilər. Onlar onu da bilirdilər ki, Nicat kimlərlə iş görür. Ona görə də pullarını verirdilər ona. İndi də onlara yəqin ki, ciddi basqılar var. 56 min biri verib, 70 min biri, 80 min biri, 90 min də biri. Bizim bildiklərimiz budur, əslində daha çoxdur. Bu adamlar elə rahatlıqla vəsaitlərindən imtina edə bilməzlər. Ya pulları qaytarılıb, ya da ciddi təzyiqlə üz-üzədirlər. Təəssüf ki, adlarını bilmirik həmin adamların”.
Nicatın ümumidən kənar iş gördüyünün üstünü də xalası oğlu Bəhruz açıb. Belə ki, Bəhruz təmir işilə də məşğul olur, Nicat isə ona Əhmədlidəki evinin təmirini əmanət edib. Bəhruz görüb ki, xalası oğlu evini çox bahalı vasitələrlə təmir etdirir. Xalasına, yəni V.Əliyevin xanımına zəng edib deyib ki, Nicat kimlərəsə qoşulub, hansısa yolla çoxlu pul qazanır. O da Nicatı çağırıb danlayıb ki, biz sənə şəraiti ona görə yaratmışıq ki, heç kimin yanında deməyəsən gördüyün işləri, sakit formada edəsən nə etsən”.
TANAP-ın 88-ci layihəsində yeyilən 20 milyon manata görə heç kim cəzalanmayıb
Nicat Qarayev TANAP-la bağlı ciddi bir fakt haqda da danışıb zərərçəkənlərə. Bildirib ki, TANAP-da 88-ci layihənin rəhbəri olan Toğrul adlı şəxs 20 milyonluq yeyintiyə yol verib, amma ona heç nə etməyiblər, sadəcə işdən çıxarıblar. Toğrul isə Nicatın dediyinə görə, V.Əliyevin yaxın dostunun oğlu imiş. Hələ bu harasıdır, daha ciddi bir fakt isə V.Əliyevin oğlu Orxan Əliyevin adına İsveçrə banklarında olan 28 milyon dollar pula həbs qoyulmasıdır. Maraqlıdır ki, ötən il baş verən bu hadisə barədə ölkə mediasında demək olar məlumat getməyib. “Yəni orda pul yeyib getmək çox asandır” – deyə şikayətçilər qeyd edirlər.
N.Qarayevin atası Maarif Qarayev Şəmkir İşıq İdarəsinin rəisi olub və orada güclü yeyintiyə yol verdiyi üçün işdən çıxarılıb. Amma yenə V.Əliyevin əlilə cəzadan yayınıb, hətta bir neçə aydan sonra ya Şəmkirdə, ya da Gədəbəydə (dəqiqləşdirmək mümkün olmadı-red. ) Qaz İdarəsinə rəis qoyulub: “Oğlunun son işinə görə yenə öz ərizəsilə işdən çıxdı. Şübhə yoxdur ki, bir müddətdən sonra V.Əliyev yenə onu hansısa vəzifəyə gətirəcək.
Bu proseslər baş verəndə atası əvvəlcə Gürcüstandan yola saldığını desə də, sonradan oğlunu evdən qovduğunu bildirdi Sonra isə məlum oldu ki, ata oğlunu Gəncədən öz əlilə yola salıb xaricə. Bütün bunlar isə deməyə əsas verir ki, Nicatın ölkədən çıxışı böyüklərin planı əsasında reallaşıb. İlk vaxtlar Moskvada qalsa da, hazırda onun İstanbulda olduğu bildirilir”.
Bir avtomobildən ayda 500-1000 manat qazanc
V.Əliyevin daşımaçılıqla məşğul olan “Skaneks” adlı şirkəti də var. Şikayətçilər bildirirlər ki, onun xanımının da, övladlarının da idarə etdiyi avtomobillər həmin şirkətə məxsusdur. Şirkətdə işlərə O.Əliyev nəzarət edir: “Orada da maxinasiyalar həyata keçirirlər. Belə ki, avtomobilləri arendaya götürürlər. Sahibindən tutaq ki, min manata icarəyə götürülən avtomobilləri BP-yə, SOCAR-a 1500-2000 manata verirlər. Orxanın adına azı 20-30 dənə bahalı avtomobillər (“Prado”, “Mitsubishi”) var ki, hazırda da orada işləyir. Bu iş araşdırılsa, həmin faktların hamısı açıq-aşkar ortaya çıxacaq. Ümumiyyətlə isə tək bir şirkəti yoxdur Əliyevlər ailəsinin, müxtəlif məhsullarla təminat üçün bir neçə şirkət var ki, hamısı onlara məxsusdur. Məsələn, qida təminatı ilə məşğul olan “Russel Catring” şirkəti Vaqif Əliyevindir. Özü də il tamam olan kimi ləğv edilir yenisi yaradılır. Talan vasitələridir hamısı. Bəzi mallar var ki, guya xaricdən alır gətirirlər. Nicat özü də etiraf edirdi ki, yerli malları xarici adı ilə satıblar “Azfen”ə. Məsələn, bir dəfə Gürcüstanda bir şirkət açıb Azərbaycan məhsulunu xarici adı ilə “Azfen”ə satmışdılar 5 milyona. Burada çox böyük oyunlar oynanılır, böyük vəsaitlər qazanılır. Azərbaycanda hesabdan nağdlaşdırma çətin olduğuna görə Gürcüstanda, Türkiyədə ofşor şirkətlər açıb rahat nağdlaşdırma aparırlar”.
Qeyd edək ki, şikayətçilər Baş Prokurorluğa teleqram vuraraq məsələ ilə bağlı qəbul olunmalarını xahiş ediblər.
Mövzunu diqqətdə saxlayacağıq.
P.S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Xəbərin oxunma sayı : 1462
Gündəm
Xəbərlər
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
-
Bakıda görmə məhdudiyyətli şəxs evini kirayə verdi, bütün əşyaları oğurlandı - VİDEO
TOP 10
ARXİV