| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin
Tarix 18.02.26, 13:08 |
|
Son günlər metroda qiymətlərin məsafədən asılı olaraq dəyişdiriləcəyinə dair təkliflər gündəmdədir. Yeniliyin tətbiqi ilə bağlı müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Bu təkliflərin ortaya çıxması əhalidə gediş haqqının yenə artacağı ilə bağlı narahatlıq yaradıb. Xüsusilə də sosial baxımdan həssas və gündəlik ictimai nəqliyyatdan istifadə edən insanlar bu dəyişikliklərin gediş haqqının artımına səbəb ola biləcəyindən narahat olduqlarını bildirirlər.
Artıq meqapolisə çevrilən Bakıda bəzi əhali təbəqələri – tələbələr, alimlər və tibb işçiləri ictimai nəqliyyatdan endirimli qiymətlərlə istifadə etməlidirlər. Vəhdət Partiyası bu təkliflə hökumət qarşısında çıxış edir.
Partiya sədri Adəm İsmayıl Bakuvi bildirib ki, bütün dünya təcrübəsində, eləcə də qardaş Türkiyədə olduğu kimi, ölkəmizdə də müəyyən kateqoriyadan olan insanlar üçün nəqliyyatda endirimli qiymətlər tətbiq oluna bilər:
"Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri əhalinin həssas təbəqələrinin həyat keyfiyyətinin yüksəldilməsi və sosial ədalətin təmin olunmasıdır. Prezident bütün çıxışlarında ən böyük kapitalımızın "insan kapitalı” olduğunu vurğulayır. Yaxın günlərdə yerli televiziyalara müsahibəsində dövlət başçısı bir daha qeyd etdi ki, "bizim bütün siyasətimiz sosialyönümlüdür, insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, sosial sahəyə daha da böyük vəsait ayrılacaq”.
Bu baxımdan, Vəhdət Partiyasının sədri kiçik bir subsidiya ilə gənclərin, alimlərin və tibb işçilərinin fəaliyyətinin stimullaşdırıla biləcəyini deyir:
"Bu, sadəcə iqtisadi məsələ deyil – kiçik bir subsidiya ilə gənclərin, alimlərin və tibb işçilərinin həyatına rahatlıq gələcək, onlarda elmə stimul, dövlətə inam daha da güclənəcək. Bu, sosial rifahdan daha çox — milli inkişafın ideoloji hissəsidir. Tələbələrimiz dövlətin diqqətini, qayğısını daha yaxından hiss etmiş olacaqlar. Tələbə yol pulu, təhsil haqqı, yemək pulu və kirayə haqqı ödəyir. Bunlar heç də az vəsait deyil. Nəqliyyatda gediş haqqı güzəşti onların aylıq büdcəsinə müsbət təsir göstərmiş olar”.

Adəm İsmayıl Bakuvi: "Kiçik subsidiya ilə böyük elmi potensial qoruna bilər"
Partiya sədri bildirir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial islahatların məqsədi hər zaman vətəndaş rifahını və intellektual potensialı gücləndirməkdədir. Bu mənada təklif olunan nəqliyyat subsidiyası dövlətin sosial siyasətində mikro səviyyəli, amma makro dəyərlərə xidmət edən addımdır. Bu təşəbbüs yalnız maddi yüngüllük deyil, həm də dövlətlə vətəndaş arasında emosional və institusional körpüdür. "Belə bir proqram təhsildən yayınma riskini əhəmiyyətli dərəcədə azaldar, tələbə motivasiyasını artırar. Elm sahəsində – aşağı maaşlı tədqiqatçıların sosial sabitliyini təmin edər, "beyin axını”nı zəiflədər. Səhiyyə sistemində – növbəli işləyən tibb personalının yüklənməsini azaldar, xidmət keyfiyyətini yüksəldər. Bir sözlə, dövlətin imicinə müsbət təsir göstərər, sosial ədaləti və qayğını prioritet edən dövlət obrazını daha da gücləndirmiş olar”.
Vəhdət Partiyasının "Tələbələrə, alimlərə və tibb işçilərinə nəqliyyat subsidiyası tətbiq edilməsi haqqında” təkliflər paketində güzəşt praktikasının ilk olaraq Bakı və Abşeronda sınaq olaraq tətbiq edilməsi təklif olunur. Layihədə qeyd olunur ki, bu ərazidə təxminən 200 min tələbə və şagird, 30 min nəfər — elmi işçi, 120 min nəfər — tibb işçisi ictimai nəqliyyatdan gündəlik istifadə edir. Tələbə və şagirdlər üçün gediş haqqının 50% güzəşt, digər kateqoriyalar üçün isə 30% güzəşt təklif olunur. Güzəşt ediləcək şəxslərin ortalama olaraq gündə iki dəfə metro və ya avtobusdan istifadə etdiyi nəzərdə tutularaq, onların nəqliyyata sərf etdikləri aylıq orta xərcin təxminən 30 manat təşkil etdiyi ehtimal olunur. Əgər tələbələrə 50% güzəşt tətbiq edilsə, aylıq fərq 15 manat, illik isə 180 manat təşkil edəcək. Ümumilikdə isə dövlət xərci təxminən 66–67 milyon manat olacaq. Bu, 49 milyard manatlıq 2026-cı il dövlət büdcəsinin xərclərinin cəmi 0,13%-inə bərabərdir.
Partiya sədri Adəm İsmayıl Bakuvi deyir ki, cəmi 67 milyon manatlıq bu proqram öz mahiyyətinə görə milyardlarla manatlıq təsir gücünə malikdir - çünki elmə, təhsilə və sağlamlığa yönəlmiş hər manat gələcək nəsillərin sabitliyinə yatırılmış investisiyadır: "Azərbaycan dövləti illərdir müxtəlif iqtisadi sektorlara (kənd təsərrüfatı, energetika) yüz milyonlarla subsidiya ayırır. Bu dəstəyin əsas hissəsi iqtisadi infrastruktura yönəlib, insan kapitalına isə nisbətən az pay düşür. Təklif etdiyimiz layihə hesabına isə büdcəyə real yük gətirmədən, sosial rifah və elmi sabitlik sahəsində böyük nəticə əldə etmək mümkündür”.
Vəhdət Partiyası ilkin mərhələdə Bakı və Abşeronda tələbə və şagirdlər üçün 50%, alim və tibb işçiləri üçün 30% güzəşt tətbiq olunmasını təklif edir.
Güzəştli kart sisteminin "BakıKart” və "elektron İmza” bazasına inteqrasiya olunması təklif edilir.
Qeyd edək ki, xarici ölkələrdə elmi və sosial təbəqələrə dəstək dövlətin intellektual siyasəti hesab edilir. Dünya praktikasında ictimai nəqliyyatda güzəştli tariflər təkcə sosial müdafiə vasitəsi deyil, həm də elmi və təhsil potensialına investisiya alətidir. Niderlandda tələbələr üçün pulsuz nəqliyyat kartının tətbiqi müqabilində dövlət illik 120 milyon avro subsidiya ödəyir. Almaniyada "Deutschlandticket” – 49 avro aylıq vahid bilet sistemi tətbiq olunub. Böyük Britaniyada "16–25 Railcard” sistemi gediş haqlarına 33% endirim nəzərdə tutur ki, bunun sayəsində gənclərin ictimai nəqliyyata çıxışı 35% artıb. Türkiyədə "Öğrenci/akademisyen kartı” tələbə və müəllimlərə 40–50% endirim nəzərdə tutur və aylıq qənaət 200 TL təşkil edir. Fransada tələbə və müəllimlər üçün tətbiq olunan güzəştli nəqliyyat tarifləri (o cümlədən regional tələbə kartları) nəticəsində illik nəqliyyat xərclərində yüzlərlə avro qənaət əldə edilir. Bu siyasətlərin ortaq məqsədi — elmi və sosial təbəqələrin maddi yükünü azaltmaq, insan kapitalını qorumaq və intellektual inkişafın davamlılığını təmin etməkdir ki, Vəhdət Partiyası Azərbaycanda da bu təcrübələrdən yararlanmağı və onların milli şəraitə uyğun şəkildə tətbiqini təklif edir.
Xəbərin oxunma sayı : 745
Sosial
Xəbərlər
-
Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib - FOTO
-
Azərbaycan vətəndaşları BƏƏ-dən qayıda bilmirlər - VİDEO
-
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
-
Aygün Kazımovanın “Chanel“ tərzi - VİDEO
-
İran Türkiyəni hədəf alan macəraya girişməməlidir - Hakan Fidan
-
Qızıl bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Müharibə vəziyyətində yaşayırıq” - BƏƏ Prezidenti
-
Son günlər sürücülər bu yolda cərimələnirlər - VİDEO
-
“BYD” üçün 19 minə yaxın ödədi - Ortada nə maşın var, nə də pul...
-
Prezident Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib - FOTO
-
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
-
Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı
-
Novruz ərəfəsində çərəz bazarı: İranla bağlı vəziyyət qiymətlərə təsir göstərəcək?
-
Ramazan ayının 18-ci günü - İmsak və iftar vaxtları
-
Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı
-
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - İstanbulda
-
Bakının mənzil bazarında 2 ayın mənzərəsi: Qiymətlər sabit tempdə artır
-
Efiopiyanın baş naziri İlham Əliyevə zəng etdi: Naxçıvana hücum qınanıldı
-
Azərbaycan Tibb Universitetində 37 min manatlıq “alış-veriş“ - duş-aftafa şlanqları, arko kranlar, sifonlar və.s
-
Varlılar sərvətlərini Dubaydan çıxarmağa başlayıblar - Daha çox Sinqapura üz tuturlar
-
SEPAH rəsmisi Trampa müraciət etdi - “Məmnuniyyətlə qarşılayırıq”
-
Albaniya prezidenti İlham Əliyevə zəng etdi - Naxçıvana hücumu qınadı
-
Könül Kərimovaya 245 minlik dələduzluq: Evini saxta sənədlə başqasına satdılar
-
Orban Zelenskiyə cavab verdi: “Macarları şantaj etmək olmaz“
-
Şəmkirdə 16 yaşlı qız ana oldu: Ataya cinayət işi açıldı
-
“İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib“ - ABŞ prezidenti
-
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
-
“MedAura”nın “cinayət aurası“ - Klinika rəhbərliyi adı dəyişib aradan çıxır
-
“Rusiya Ukraynaya 29 raket və 480 dronla hücum edib“ - Zelenski
-
Evində dini yığıncaqlar təşkil etdi, saxlanıldı - Məhkəmə qərarı
-
Azərbaycanda qadınlar harada çalışır, nə qədər maaş alır? - RƏQƏMLƏR
-
Qadınları aldadıb Quşadasına apardı - Niyyəti ora çatanda bilindi...
-
“İran təslim olmayacaq“ - Məsud Pezeşkian
-
Messi “İnter Mayami”də nə qədər qazanır? - Klubun sahibi açıqladı
-
Bakıda qadının evindən 28 min manat pul oğurlandı:Bacısı qızı saxlanıldı
-
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO
-
Azərbaycanın kart bazarında yaşanan proses: Borclanma dövrü bitir?
-
Pezeşkian hücumlara görə qonşu ölkələrdən - Üzr istədi
-
Samuxda 46 yaşlı qadın bıçaqlandı - Oğlu saxlanıldı
-
Qətərin enerji nazirindən sensasion proqnoz: Neftin qiyməti 150 dollar ola bilər
-
Xırdalanda yerləşən “Kristal Abşeron” binasında qanunsuz artırma - İcra hakimiyyəti niyə susur?
-
“Milano Hospitalda“ qanunsuz estetik əməliyyat - Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
-
Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib - XİN
-
Prezidentin həmin çıxışı dünya mediasında - Fotolar
-
Göyçay sakini evinə niyə su çəkdirə bilmir? - VİDEO
-
London “uşaqsız şəhər“ə çevrilə bilər: Narahatedici statistika
-
Mütəxəssis xəbərdarlıq edir: Gündüz yuxusu 30 dəqiqəni keçməməlidir
-
“Şübhəli məqamlar var...“ - İran səfiri ilə gərgin MÜSAHİBƏ + VİDEO
-
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Mauro İkardi üsyan etdi: “Mən 15 dəqiqəlik oyunçu deyiləm“
-
Sumqayıtda 4 nömrəli xəstəxanada baxımsız vəziyyətdə - VİDEO
-
Nə market qalıb, nə işçi, amma cərimə gəlir - VİDEO
-
Ramazan ayının 17-ci günü - İmsak və iftar vaxtları
-
SEPAH Bakıda ictimai xadimi öldürmək istəyib - DTX ifşa etdi + VİDEO
-
“Minlərlə insanı Yaxın Şərqdən çıxarırıq“ - Tramp
-
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
-
İlham Əliyevlə Aleksandar Vuçiç telefonda danışdı - Nələr müzakirə edilib?
-
Trampdan İrana sərt xəbərdarlıq - “Yalnız bir şərtlə”
-
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
-
Ana övladı üçün kömək istəyir - “Səsimizə səs verin!”
-
Kuba tezliklə çökəcək, razılığa gəlmək istəyirlər - TRAMP
-
Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik ünvanlayıb - MƏTN
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin - CƏDVƏL
-
İranla sərhədə ağır silahların yerləşdirilməsi barədə paylaşımlar manipulyasiyadır - MEDİA
-
300 hərbçi Rusiyadan Ukraynaya qaytarıldı - Daha bir əsir mübadiləsi baş tutdu
-
Silahlı Qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir - Ceyhun Bayramov
-
Temperatur enəcək, yağış və qar yağacaq - Sabahın havası
-
Azərbaycan-İran sərhədində yük daşımaları dayandırıldı - Günlük zərər nə qədərdir?
-
“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
“İran yaxın günlərdə uzaqmənzilli müasir raketləri tətbiq edə bilər“ - SEPAH
-
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
-
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət
-
Qanunsuz işləyən broyler kamera çəkdirib pulunu vermir - ŞİKAYƏT
-
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-yə gedir
-
ABŞ İrana quru qoşunları göndərir? - Trampdan kritik açıqlama
-
Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var
-
Töhmətdən sonra Suraxanı: Yenə qanunsuz tikintilər, yenə narazılıq...
-
Sahibkar vergi əməkdaşını döyüb - Gəncədə insident baş verib
-
Azərbaycan diplomatlarını İrandan çıxarır - Prezident qərar verdi
-
Naxçıvanda məktəblərdə tədris bərpa olunub - Həyat əvvəlki axarına geri dönüb
-
Sürücüsündən alıb idarə etdi - Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı
-
“İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi“ - “Nəticələri gözləyirik“
-
Beyləqanda Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar
-
“Pakistan dövləti Azərbaycanın yanındadır“ - Şahbaz Şərif İlham Əliyevə zəng edib
-
Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI
-
Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin ediləcək - İDDİA
-
Sumqayıtda qadın qətlə yetirilib - Qaçan ərini polis saxlayıb
-
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi - Naxçıvanla bağlı
-
Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə hökm oxundu - Casusluq etmişdilər
-
Prezident Moldova XİN rəhbərini qəbul etdi - FOTOLAR
-
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
-
Tramp İran kürdlərini İrana hücum etməyə təşviq edir - “Reuters”
-
Qaraçuxurda qanunsuz tikintiyə dövlət qurumları niyə göz yumur? - FOTO
-
Varlılar Yaxın Şərqdən qaçmağa görə - 350 min ödəyirlər
-
Azərbaycan nefti daha 5.6 dollar bahalaşdı - Qara qızıl 88 dollara qalxdı
-
Bir nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi açıqladı
-
Xameneinin varisinin təyin edilməsi təxirə düşdü - Təhlükəsizlik səbəbindən
-
Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI
-
“Biz gəlib hər şeyi təmizləmək istəyirik“ - Tramp
-
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir
-
Azərbaycan qadını hər sahədə ölkəmizin adını yüksəklərə qaldırır və cəmiyyətimizin inkişafına töhfə verir
-
Xalq artistimiz Aygün Kazımova tanınmaz halda - FOTOLAR
-
Arda Turan “Şaxtyor“dan ayrılır - Əfsanəsi olduğu komandanı çalışdıracaq
-
Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır - Tramp
-
Ramazan ayının on altıncı günü - İmsak və iftar vaxtları
-
“ABŞ İranla razılığa gəlmək şansını əldən verdi” - Abbas Əraqçi
-
“Pakistan Azərbaycanla həmrəy olduğunu bir daha təsdiqləyir” - Şahbaz Şərif
-
Kürd qruplaşmaları MOSSAD-ın dəstəyi ilə İrana qarşı əməliyyata hazırlaşır - Axios
-
Maştağada qəbirləri su basıb - Aidiqyyatı qurumlar problemi bir birinin üstünə atır
-
Azərbaycan qadını zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir
-
Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi - FOTOLAR
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib - İranın Azərbaycana hücumunu qınayıb
-
Xameneinin oğlu İran rəhbərliyinə namizəd kimi mənim üçün qəbuledilməzdir - Tramp
-
Mənzillərə daxil olmağa cəhd edən şəxs saxlanıldı - VİDEO
-
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng etdi - İranın hücumunu pisləyib
-
“İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir“ - Kallas
-
Deputatın şirkəti Təhsil İdarəsinə 4 ofis icarəyə verdi - Uşaq bağçaları açılacaq
-
Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkəti tam dayandırılıb - RƏSMİ
TOP 10
ARXİV






