“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Vilayət Eyvazov Gəncədə 384 vətəndaşı qəbul edib, rəislərə taşırıq verib - VİDEO

Tarix 01.12.25, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da və dekabrın 1-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.

AzFakt.com xəbər verir ki, Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Daşkəsən, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 384 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.

Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Sonda general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 42 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 362 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.





Xəbərin oxunma sayı : 586




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap