Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Vilayət Eyvazov Kollegiya iclası keçirib - Vətəndaşların əsassız saxlanılması hallarının aradan qaldırılmasını tapşırıb

Tarix 03.12.21, 20:11

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 3-də Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib. Bu barədə nazirlikdən məlumat verilib.

İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Kollegiyanın müzakirəsinə çıxarılan məsələlərin kriminogen duruma təsiri, vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu bildirib.

Gündəlikdəki məsələlər üzrə nazir müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxov məruzə ilə çıxış ediblər.

İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov son üç ilə yaxın bir müddətdə keçirilmiş 10 Kollegiya iclasından hər birinin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində polisin fəaliyyətinin təkmilləşdirilməsinə, düzgün və məqsədyönlü istiqamətləndirilməsinə, ən başlıcası vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Diqqətə çatdırıb ki, vətəndaşların müraciətlərinə baxılması, problemlərinin həlli, istintaq və təhqiqat prosesində qanunçuluğa riayət edilməsi, cinayət və digər hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi sahəsində müvafiq Kollegiya qərarları əsasında həyata keçirilmiş tədbirlər daha məqsədyönlü davam etdirilməlidir. Hər bir şəxsin qanunla qorunan hüquq və azadlıqları daim etibarlı qorunmalı, vətəndaşların əsassız saxlanılması, incidilməsi, ümumən onların narazılığını doğuran bütün neqativ hallar aradan qaldırılmalıdır.

Çıxışında polisin bayır xidmətinin aparılmasına da toxunan nazir xüsusən post-patrul və yol-patrul qurumlarının işinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin, şəxsi heyətin polis etikasını dərindən mənimsəməsi üçün davamlı treninqlərin keçirilməsinin vacibliyini də qeyd edib. 

Asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, yol hərəkətinə nəzarətin həyata keçirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq təcrübədə özünü doğrultmuş metodlara üstünlük verilməsini tələb edib, eyni zamanda Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərlərinə fəaliyyətdə texnoloji yeniliklərin geniş tətbiqi ilə bağlı tapşırıqlarını çatdırıb.

Ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bir daha xatırladan nazir V.Eyvazov əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, arxayınlığa yol verilməməsi, əməliyyat-xidməti fəaliyyətin ayrı-ayrı istiqamətlərində mövcud olan çatışmazlıqların tam aradan qaldırılması, icrası nəzərdə tutulan məsələlərin həllinin ilin sonunadək təmin edilməsi üçün konkret göstərişlər verib.



Xəbərin oxunma sayı : 763




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap