“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Xırdalanda daha bir qanunsuz tikinti - Əlavə 2 mərtəbə də artırılır (VİDEO)

Tarix 16.05.26, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Ərazidə qanunsuz tikinti aparılır.

Abşeron rayonu, Xırdalan şəhər sakinləri bu iddialarla "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. Bildirirlər ki, Hikmət Aslanov küçəsində bir şəxs tərəfindən ərazidə 3 iri həcmli tikinti işləri həyata keçirilir.

İddialara görə, hündürmərtəbəli tikiliyə əlavə 2 mərtəbə də artırılır. Sakinlər bütün bu işlərin qanunsuz olduğun deyirlər.

Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etdiklərini bildirirlər. Onlar məsələ ilə bağlı müxtəlif narazılıqlarını dilə gətiriblər.

Məsələ ilə bağlı sözügüdən tikilinin sahibi ilə əlaqə saxladıq. Bildirildi ki, sadəcə mərtəbəsi artırılan ev ona aiddir. Digər tikililərdən isə məlumatsız olduğunu bildirdi. Evinin qanuni sənədli olduğunu, tikinti üçün isə Abşeron Rayon İcra Hakimiyyətindən icazə aldığını söylədi.

Abşeron Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılıb, qanun pozuntusu aşkar olunub. Bununla əlaqədar olaraq həyata keçirilən işlər dayandırılıb. Bununla bağlı bütün qurumlara məlumat göndərilib.

Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən ünvanda tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar edilib. Tikinti işlərinin Paşayev Zaman Elxan oğluna məxsus olduğu müəyyən edilib, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti aparıldığı üçün işlərin dayandırılması barədə qərar verilib. Əraziyə nəzarət edilməsi üçün qərarın surəti rəsmi məktubla aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına göndərilib.





Xəbərin oxunma sayı : 1759




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap