Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur“ - VİDEO

Tarix 09.03.26, 22:27

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalan şəhəri, Nizami küçəsində içməli suyun küçəyə axması sakinlərin narazılığına səbəb olub.

Onların sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir. Aidiyyəti qurumun əməkdaşları əraziyə baxış keçirsələr də, problem hələ də aradan qaldırılmayıb.


"Kimsə problemə məhəl qoymur. İcra hakimiyyətinə gedirsən, qapıdan qovurlar. Ev suyun içindədir, belə olmaz axı", - deyə sakinlərdən biri Baku TV-yə bildirib.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edilib ki, şəhər ərazisində hər hansı qəza halının qarşısının alınması üçün qazıntı işlərinin aparılması məqsədilə aidiyyəti qurumlardan icazə alınması mütləqdir.

Vurğulanıb ki, sözügedən ünvanda bir neçə gün əvvəl yaranmış çətinlik barədə idarə məlumatlıdır və hazırda qəza qrupu tərəfindən müvafiq işlər aparılır.



Xəbərin oxunma sayı : 1321




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap