Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xaricdən gətirilən işlənmiş avtomobillərə yeni VERGİ... VİDEO

Tarix 01.06.23, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəyə işlənmiş avtomobil gətirənlər utilizasiya haqqı da ödəyəcək.

Xezerxeber.az xəbər verir ki, Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur.

Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı "Tullantılar Haqqında" qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki, avtomobillərin qiyməti utilizasiya haqqına görə bahalaşa bilər. Bu səbəbdən də tutulacaq məbləğin azaldılması müzakirə olunur.

“İstehsalat və məişət tullantıları haqqında” qanuna yeni əlavə edilən 14-7-ci maddəyə əsasən Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən və sahibi  tərəfindən imtina edilmiş avtomobillər də utilizasiyaya veriləcək.

Qeyd edək ki, ümumilikdə utlizasiya prosesi könüllü olacaq. Utilizasiyaya verilən avtomobilin sahibinə yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini satın alması üçün güzəşt tətbiq olunacaq və ya güzəştin əvəzinə daha az həcmdə birdəfəlik ödəniş veriləcək.








Xəbərin oxunma sayı : 310




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap