“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xidmət əlçatanlığında ilk sırada olan banklar hansılardır? - ARAŞDIRMA

Tarix 04.11.25, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan bank sektorunda rəqabət getdikcə müştəri məmnuniyyəti və insanlara daha əlçatan olmaq üzərində cəmlənir. Banklar rəqəmsallaşmaqla yanaşı, xidmət şəbəkəsini də genişləndirərək maliyyə xidmətlərini ölkənin hər yerinə, hətta ən ucqar bölgələrinə, əsasən də yenidənqurma prosesində olan Qarabağa qədər çatdırmağa çalışırlar. Bu istiqamətdə xüsusilə bankomat (ATM) və filial sayı bankların real bazar payının və müştərilərlə birbaşa əlaqəsinin mühüm göstəricilərindən biridir. Bəs ölkədə ən çox filial və bankomat hansı banka məxsusdur?

Qeyd edək ki, hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Xidmət şəbəkəsinin genişliyi istiqamətində isə liderlik Kapital Bankdadır. Bankın ölkə üzrə  119 filialı, 53 şöbəsi və 1190 bankomatı var. Bu göstərici ilə Kapital Bank maliyyə sektorunda birinci yeri tutur. Eyni zamanda ölkənin hər yerində müştəriyə ən yaxın bank imicini möhkəmləndirir. Siyahıda maliyyə sektorunun əsas simalarından biri olan ABB 77 filial, 10 şöbə və 1050 bankomatla 2-ci, Bank Respublika isə 38 filial, 83 ATM ilə 3-cü yerdə qərarlaşır.

Filial və ATM sayına görə ilk 10 bank aşağıdakı kimidir:

1. Kapital Bank – 119 filial, 53 şöbə,1190 ATM
2. ABB – 77 filial, 10 şöbə, 1050 ATM
3. Bank Respublika – 38 filial, 83 ATM
4. AccessBank – 37 filial, 1 şöbə, 44 ATM
5. Unibank – 31 filial, 185 ATM
6. Xalq Bank – 30 filial, 1 şöbə, 142 ATM
7. Rabitəbank – 28 filial, 74 ATM
8. Yelo Bank – 22 filial, 48 ATM
9. Bank of Baku – 21 filial, 36 ATM
10. TuranBank – 18 filial, 3 şöbə, 35 ATM

Xidmət şəbəkəsinin genişliyi bankların müştəri sayını artırmaqla yanaşı, regional iqtisadi fəallığın stimullaşdırılmasında da mühüm rol oynayır. Filial və ATM-lərin çoxluğu bankları daha əlçatan edir, müştəri etimadını gücləndirir və brendin geniş miqyasda tanınmasına xidmət edir.

Ümumilikdə, ATM və filial şəbəkəsinin genişlənməsi Azərbaycan bank sektorunun sağlam rəqabət mühitində inkişaf etdiyini göstərir. Bu rəqabətdə həm rəqəmsal, həm də fiziki müstəvidə güclü mövqeyə malik bankların liderliyi qazanılan etimad və düzgün qurulan strateji istiqamətin nəticəsidir.





Xəbərin oxunma sayı : 742




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap