Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yeni sistem bu gündən işə düşür: Cəriməni kim yazacaq? (VİDEO)

Tarix 01.06.23, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


Bu gündən evini sığorta etdirməyən vətəndaşlar cərimələnəcək.

Söhbət dövlət qeydiyyatına alınmış və çıxarışı olan evlərdən gedir.

Daşınmaz əmlakın icbarı sığortası ilə bağlı yeni elektron sistemin işə düşməsilə bu proses avtomatik həyata keçiriləcək.

Hüquqşunas Rəhim Xoyski "Xəzər Xəbər"ə bildirib ki, sözügedən cərimələr qanunvericilikdə daha əvvəldən nəzərdə tutulsa da icra orqanlarının qarşılıqlı kommunikasiyalarının zəif qurulması nəticəsində tətbiq olunmurdu. Ancaq sistemin elektronlaşdırılması mexanizmə nəzarəti artırmağa imkan verəcək. Bununla yanaşı, yenə də cərimələnmə mexanizmində müəyyən boşluqlar və qeyri-müəyyənlik qalmaqda davam edir.

Hüquqşünas əlavə edib ki, cərimə olunan vətəndaşlar daşınmaz əmlaklarını sığorta etdirməsələr 20 gün sonra təkrar cərimələnəcəklər. Onun sözlərinə görə, sığorta şirkətlərinin vətəndaşlara zəng edərək müxtəlif üsullarla onları sığorta müqaviləsinə məcbur etməsi isə qanun pozuntusudur.
Qeyd edək ki, daşınmaz əmlakın sığortalanmamasına görə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.




Xəbərin oxunma sayı : 280




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap