| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Zəfərin zirvəsi, dirçəlişin ilk ünvanı - Şuşa
Tarix 11.11.25, 21:00 |
|
Məhz bu səbəbdən 8 Noyabr Zəfər Günü dövlət səviyyəsində əbədiləşdirildi çünki o gün yalnız bir şəhərin azadlığı deyil, bütöv bir millətin öz tarixi torpaqlarının zirvəsinə qovuşması günü idi
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətində və dövlətçilik fəlsəfəsində qoyulmuşdu. XX əsrin sonlarında müstəqilliyini yenicə bərpa edən Azərbaycan üçün bu yol həm siyasi müstəqilliyin möhkəmləndirilməsi, həm də torpaq bütövlüyünün bərpası anlamına gəlirdi. Heydər Əliyevin hakimiyyəti dövründə dövlətin ideoloji dayaqları, milli ordunun əsası və strateji düşüncə məktəbi formalaşdırıldı. Azərbaycanın dövlətçilik sistemi elə bu təməllər üzərində quruldu. Gələcəkdə onun hərbi, iqtisadi və diplomatik gücü Zəfərə gedən yolun əsasını təşkil etdi. O illərdə dövlətin siyasi və hüquqi sütunlarının möhkəmləndirilməsi, milli ordu quruculuğunun başlanması, beynəlxalq aləmdə Azərbaycanın suverenliyinin tanıdılması və müdafiəsi üçün atılan addımlar əslində gələcək Qələbənin təməl mərhələsi idi.
Sonrakı illərdə Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji kursu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirdi. Bu, yalnız davamlı siyasət deyil, həm də məqsədyönlü bir dövlətçilik fəlsəfəsinin praktik təzahürü idi. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadi gücünü artırmaqla, ordunun modernləşməsi üçün güclü maliyyə və texnoloji baza yaratmaqla Qarabağ məsələsinin həllinə real zəmin hazırladı. İqtisadi islahatlar, neft və qaz gəlirlərinin səmərəli idarə olunması, infrastruktur layihələri və beynəlxalq tərəfdaşlıqlar nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövləti səviyyəsinə yüksəldi. Ordunun silah-sursatla təminatı, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, müasir hərbi idarəetmə sistemlərinin tətbiqi və milli ruhun gücləndirilməsi istiqamətində ardıcıl siyasət aparıldı.
Bu illər ərzində Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, regional proseslərin taleyini müəyyən edən dövlətə çevrildi. Məhz bu güc sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icra olunmamış qətnamələrini 2020-ci ildə öz ordusu və siyasi iradəsi ilə həyata keçirdi. Qarabağ Zəfəri yalnız hərbi əməliyyatların uğuru deyildi, bu, milli birliyin, dövlət strategiyasının və Prezidentin qətiyyətli liderliyinin məntiqi nəticəsi idi. Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi, Vətən müharibəsinin mənəvi dayağına çevrildi. "Dəmir yumruq" ifadəsi artıq yalnız rəmz deyil, dövlət və xalq iradəsinin birləşmiş gücünün simvoluna çevrildi.
Vətən müharibəsinin gedişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalardı. Bu fikrin arxasında dərin strateji məna dayanırdı. Çünki Şuşa təkcə hərbi məqsəd deyil, həm də mənəvi yüksəklik, Azərbaycanın dövlətçilik yaddaşının, milli kimliyinin simvolu idi. Müharibənin 44 günü ərzində ordumuz Şuşaya doğru irəliləyərkən bu şəhər həm strateji məqsəd, həm də milli ruhun qayəsi kimi görülürdü. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı azad etməklə təkcə hərbi baxımdan üstünlük qazanmadı bu, bütöv xalqın qürurunun bərpası, 30 illik ədalətsizliyin sonu idi.
Şuşa əməliyyatı müasir hərb tarixinin ən unikal əməliyyatlarından biri kimi dəyərləndirilir. Azərbaycan əsgəri sıldırım qayalardan, keçilməz meşələrdən keçərək, dar yollarla irəliləyərək düşməni Qarabağın döyünən qəlbindən iti qovan kimi qovdu. Bu əməliyyat ordunun yüksək döyüş ruhunu, hərbi peşəkarlığını və rəhbərliyin strateji zəkasını nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə Azərbaycan Qələbənin zirvəsinə çatdı və bu zəfərin memarı, Ulu Öndərin başladığı işi məntiqi sonluğa çatdıran Prezident İlham Əliyev oldu. Məhz bu səbəbdən 8 Noyabr Zəfər Günü dövlət səviyyəsində əbədiləşdirildi. Çünki o gün yalnız bir şəhərin azadlığı deyil, bütöv bir millətin öz tarixi torpaqlarınnı zirvəsinə qovuşması günü idi.
Bəzi beynəlxalq dairələr və analitiklər 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatdan sonra status-kvonun dəyişməz qalacağını zənn edirdilər. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, Azərbaycan qətiyyətindən dönmür. 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbiri bir daha sübut etdi ki, Azərbaycan öz suverenliyini tam təmin etmək əzmindədir. Cəmi 23 saat 48 dəqiqə davam edən əməliyyat nəticəsində Qarabağda separatçı qurumun qalıqları birdəfəlik məhv edildi. Bu hadisə çağdaş tariximizdə Prezident İlham Əliyevin siyasi iradəsinin və dövlətin strateji planlaşdırma qabiliyyətinin parlaq göstəricisidir. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində, legitim şəkildə apardığı bu əməliyyat regionda yeni reallıq yaratdı və Ermənistanı sülh gündəliyinə yönəlməyə məcbur etdi.
Azad Şuşa bu gün Azərbaycanın bərpa və dirçəliş simvoluna çevrilib. Qalib dövlətin mədəniyyət paytaxtı olan bu qədim şəhər yeni həyatın, milli dirçəlişin nəfəsini daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə salınan 101 kilometrlik Zəfər yolu təkcə fiziki nəqliyyat əlaqəsi deyil bu yol Azərbaycanın iradə və inad yoludur. Şuşaya gedən bu yol bir millətin tarixə, ədalətə və kimliyinə dönüş yoludur. Burada hər bir tikinti, hər bir bərpa işinin arxasında siyasi məna dayanır.
2021-ci ildə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, daha sonra 2022-ci ilin "Şuşa İli", 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı", 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı", 2026-cı ildə isə "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" kimi elan olunması göstərir ki, Şuşa artıq beynəlxalq səviyyədə mədəni diplomatiyanın, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Bu ardıcıl uğurlar Azərbaycanın yumşaq güc siyasətinin uğurlu nəticəsidir.
Şuşanın gələcəyi isə artıq şəhərin 2040-cı ilədək alan dövrü əhatə edən Baş planında öz əksini tapıb. Nazirlər Kabinetinin təsdiq etdiyi Baş plan şəhərin ekoloji tarazlığını qorumaqla yanaşı, müasir urbanist yanaşmanı özündə birləşdirir. Tarixi abidələrin qorunması, turizm infrastrukturunun inkişafı, sosial xidmətlərin əlçatan olması və yaşıl şəhər konsepsiyasına uyğun bərpa işləri aparılır. Bu, təkcə şəhərsalma planı deyil - dövlətin strateji baxışının, gələcək nəsillərə yönəlmiş milli vizyonunun göstəricisidir.
Şuşa bu gün yalnız bərpa olunan bir şəhər deyil, həm də Azərbaycanın gələcək inkişaf fəlsəfəsinin mərkəzinə çevrilib. Burada dövlətin, xalqın və mədəniyyətin birləşdiyi yeni mərhələ başlayıb. Bərpa olunan hər bina, qaldırılan hər bayraq, açılan hər küçə təkcə fiziki yenidənqurma deyil, həm də mənəvi intibahın təcəssümüdür. Qədim Şuşa artıq Azərbaycanın deyil, bütün Türk dünyasının, İslam mədəniyyətinin və bəşəri irsin paytaxtıdır.
Bu Zəfər həm də gələcəyə mesajdır. Azərbaycan dövlətçiliyi tarixə yalnız qələbələrlə deyil, həm də ədalət və dirçəliş fəlsəfəsi ilə yazılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın müasir inkişaf modeli suverenliyin, milli həmrəyliyin və güclü idarəetmənin birliyinə əsaslanır. Şuşa Zəfəri bu modelin ən parlaq sübutudur.
Şuşa ötən 5 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında yalnız azad olunmuş şəhər deyil, yenidən doğulmuş Azərbaycan mədəniyyətinin, dövlət iradəsinin və türk birliyinin rəmzinə çevrilib.
Müzəffər Ali Baş Komandanın Şuşaya hər səfəri əslində bir mərhələnin yekunu, növbəti inkişaf dövrünün başlanğıcı olub. İlk səfərlərdə dağıdılmış şəhərin yaralarını görən Prezident qısa müddət ərzində həmin yerləri həyatla dolu mərkəzlərə çevirdi. Şuşada bayrağın ucaldılması ilə başlayan bu yol bu gün bərpa olunmuş məscidlər, açılan məktəblər, muzeylər, mehmanxanalar, yaradıcılıq mərkəzləri, konfranslar və beynəlxalq tədbirlərlə zəngin bir həyatın təntənəsinə çevrilib. Hər səfər yeni bir layihənin açılışı, bir mədəniyyət abidəsinin dirçəlişi, bir beynəlxalq həmrəyliyin nümayişi ilə yadda qalıb. Bu şəhər artıq yalnız tarixin deyil, gələcəyin də paytaxtına çevrilib, Azərbaycanın qələbəsinin, sülhün və mənəvi yüksəlişinin simvolu olub.
Fuad Əliyev
Xəbərin oxunma sayı : 70
Sosial
Xəbərlər
-
Amerikalı reperin həbsxanadan ilk fotosu yayıldı: Tanınmaz hala düşüb
-
Makrondan xəbərdarlıq: “Tezliklə kosmik müharibələr başlayacaq“
-
Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı - VİDEO
-
Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğradı - Xorvatiyada
-
“Hökumət və parlament inflyasiyanın əsas səbəbkarıdır“ - Pezeşkian
-
Arayikə ömürlük cəza istənildi - Digərlərinə isə... + MƏHKƏMƏ
-
“Deyirdi “əlindən güclə qaçdım” - 9 ildir axtarılan qızın anası
-
TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
-
“Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq“ - Nazir
-
ABŞ iki Ukrayna şirkətinə sanksiya tətbiq etdi - İrana yardım etdiyinə görə...
-
Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85 faiz tamamlanıb - VİDEO
-
Məktəbdə zorakılıq iddiası: “Kəməri çıxarıb bizi bağladı, dərsdən sonra açıb buraxdı“
-
Bakıda eston qızın çantası oğurlandı - “Yellov bag“ dedi, oğru tutuldu
-
Türkiyədə mərc qalmaqalı - 100-dən çox futbolçu cəzalandırıldı
-
“Ermənistan sülhün nə olduğunu bilmir“ - Nikol Paşinyan
-
Şəffaflıq idarəçilik modelinin əsas prioritetidir
-
Bəzi rayonlarda leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Maliyyə Nazirliyi yanında İctimai Şuraya 7 nəfər üzv seçilib – SİYAHI+FOTO
-
Avtomobilinizi bu şirkətlərdə sığorta edən zaman ehtiyatlı olun - Siyahı
-
Samir Abasov hakimləri söydüyünə görə - Ağır cəza aldı
-
Bakıda eston qızın çantası oğurlandı - “Yellov bag“ dedi, oğru tutuldu
-
“Fransada terror təhlükəsi hələ də yüksəkdir“ - Daxili işlər naziri
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Həbsdəki hakimə güzəşt edildi - Şikayəti özü yazmışdı
-
Azyaşlılara aid pornoqrafik videolar satanlar tutuldu - Kiberpolisdən əməliyyat
-
“Premium Bank“da nə baş verir? - Sədr vəzifədən getdi
-
“Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir“ - Prezident İlham Əliyev (MÜSAHİBƏ)
-
Bu il azad edilmiş rayonlarda tikintiyə 3.2 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI
-
“Naxçıvana uçan təyyarələrin “biznes klası“ı olmur - İşindən çıxarılan Fuad Nəcəfli
-
Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - TENDER
-
“Rusiya 2029-2030-cu illərdə Avropada böyük müharibəyə hazırlaşır“ - Zelenski
-
“Aqat”da dana əti adı ilə camış əti verilirmiş - FOTOLAR
-
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı
-
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTO
-
Fuad Cəbrayılov Naftalan icra başçısı olacaq?
-
Məmur-vətəndaş münasibətlərinin mənmunluğu qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
-
“Mədəniyyət Nazirliyindəki qoçular ...” - Rejissoru boşanmağa nə vadar edib?
-
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
-
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
-
“Azərbaycanda inflyasiya 2026-2027-ci illərdə azalacaq“ - “S&P Global Ratings“
-
Vətəndaşlar artıq iş yerinə dair arayışı - “mygov”dan da əldə edə biləcəklər
-
MEDİA media subyektlərinə dəstək üçün müsabiqə elan edib - Şərtlər
-
Bakıda yerləşən “La Villa” restoranında partlayış - Qadın işçi öldü
-
“Trendyol“ insanları aldadır“ - Qiymət artımından gileyləndi
-
Paşinyandan şok qərar: Boşanmağı qadağan etdi
-
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?
-
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
-
Banka borcu olanların nəzərinə: Böyük təhlükə yaranıb - Hüquqşünasdan xəbərdarlıq
-
Sənan Əsədzadəyə cinayət işi açıldı - 412 min dollar ziyan vurub (VİDEO)
-
Prezident İlham Əliyev qəbul keçirdi - FOTOLAR
-
ABŞ Macarıstana bir il möhlət verdi: Rusiyadan neft və qaz ala bilər
-
“Kirayə vergisi beş faizə endirilsin“ - Deputatdan təklif
-
DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan İslandiyaya qarşı
-
Adnan Əhmədzadənin həyat yoldaşı ölkəni tərk etdi - Londonda yaşayacaq
-
Sənədsiz evlərin qeydiyyatı məsələsi nə yerdədir? - VİDEO
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Yuventus“ Kenan Yıldızla yeni müqavilə bağlaya bilmir - SƏBƏB
-
Elman Nəsirovun qızı: “Atam heç bir yardım etmədi“
-
Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO
-
Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? - SENSASİYA
-
HƏMAS Qəzzada nizamlamaya hazır olduğunu nümayiş etdirir - Fidan
-
“Ricon“ MMC tikinti şirkəti işçisinin maaşını niyə vermir? - VİDEO
-
Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO
-
Təhsili olmadan diş həkimliyi edən şəxslər aşkarlanıb - VİDEO
-
“Rusiya ilə sülh danışıqları rəsmi şəkildə dayandırılıb“ - Ukrayna XİN
-
Azərbaycanda otellər ən çox nədən pul qazanır? - SİYAHI
-
Ərdoğan Bağçalının evinə getdi - 40 dəqiqə qapalı görüş keçirilib
-
Qarabağın taçı - Şuşa şəhəri günü
-
“Favorit biz sayılırıq” - İslandiya yığmasının baş məşqçisi
-
Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın oldu - Video
-
Məcnun Məmmədov 14 noyabrda qəbul keçirəcək - Biləsuvarda
-
Kreml Putinin yerini gizlətmək üçün bu üsuldan istifadə edib - 3 fərqli yerdə...
-
“Boşanıram ki, onu rahat buraxasınız” - Səidə Haqverdiyeva
-
Mehdiyevlərin bankı yenə ən çox şikayət olunan bank oldu - Siyahı
-
Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?
-
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
-
Trampdan Netanyahunun əfv tələbi – İsrail prezidentinə məktub göndərdi
-
“İpoteka haqqında“ qanun dəyişib - Nələr olacaq?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb - Ərdoğan açıqladı
-
“Uğur 777“ estetik mərkəzində qanunsuz əməliyyatlara görə cinayət işi başlanıb - RƏSMİ
-
Vergi Xidmətində dəyşiklik - Şahin Məmmədov yeni vəzifəyə təyin olunub
-
“Bəzi hallarda məmurlar özlərini hamıdan üstün tutmağa çalışırlar” - İlham Əliyev
-
Həqiqi hərbi xidmətlə bağlı dəyişiklik - Xidmət müddəti 6 ay azaldılır
-
Saleh Məmmədovun idarə rəisi də dəbdəbəli toy etdi:Dəvətnamə 50, masa 500, müğənnilər isə 200 min AZN…
-
Nazirliyin sürücüsü həbs edildi - Avtomobildə silah saxladığı üçün
-
“Bəzi məmurlar ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər“ - İlham Əliyev
-
Hansı rayonda əhali nə qədər qaz istehlak edib? - Tam siyahı
-
Ədliyyə naziri vəzifədən kənarlaşdırıldı - Ukraynada korrupsiya qalmaqalı
-
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
-
Prezident Ceyhun Cəlilovu və yeni təyin olunan icra başçılarını qəbul etdi - FOTO
-
“İranın nüvə potensialının məhv edilməsi heyrətamiz əməliyyat idi” - Tramp
-
Müdafiə Nazirliyindən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq
-
Göyçayın icra başçısı da vəzifəsindən azad edildi - Başqa rayona təyinat aldı
-
Elvin Paşayev Qax rayonuna icra başçısı təyin edildi - Sərəncam
-
Prezident İlham Əliyev qəbul keçirdi - Fotolar
-
Orxan Mürsəlov Gədəbəyin icra başçısı vəzifəsindən azad edildi - Bu rayona göndərildi
-
Naftalanın icra başçısı işdən çıxarıldı, yeni vəzifəyə təyinat aldı
-
Azərbaycanda ilin ilk 10 ayında vərəmə yoluxma azalıb - RƏSMİ
-
Nəsimi və Kürdəmir rayonlarına yeni icra başçısı təyin edildi - Sərəncam
-
“2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi“ - Paşinyan
-
Fuad Nəcəfli vəzifəsindən uzaqlaşdırıldı - Naxçıvana yeni rəhbər təyin edildi
-
Övladları Trampın yolunu davam etdirə bilər: ABŞ prezidentindən açıqlama
-
Prezidentdən konfrans iştirakçılarına - Müraciət
-
“Kinomuz inkişaf edə bilməyəcək“ - Polad Bülbüloğlu
-
“Tramp Putin görüşü onsuz da olacaq” - Orban əmindir
-
DSMF 4 ədəd pikap tipli avtomobil alır - 227 min manat ödəniləcək
-
Naxçıvanda rayon mədəniyyət idarələri ləğv edildi - Yeniləri yaradıldı
-
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi oldu - FOTO
-
Geomaqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
-
Azərbaycanın gözü - Şuşa
-
78 stomatoloji klinikada yoxlama keçirilib - 72-də nöqsanlar aşkarlanıb
-
Baş nazirdən büdcə xərcləri ilə bağlı - Qərar
-
Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - FOTO
-
Zakir Həsənov Bosniya və Herseqovinadadır - Fotolar
-
Bakını duman bürüdü - Pis qoxu yayılıb
-
Təyyarədəki 20 hərbçinin hamısı şəhid olub - ADLARI
-
Prezident Konstitusiya Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir
TOP 10
ARXİV





