Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Zelenski Putinə təpədə görüş təklif edib -adı Vatikan...

Tarix 01.05.21, 21:10

Font ölçüsü : - / +
bitmap-img6


Peskov Rusiya prezidentinin Moskvadan başqa bir yerdə ikitərəfli görüş keçirməyə hazır olub-olmadığını hələ bilmədiyini deyib
 
“Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putin dünya təcrübəsinə söykənərək, ya neytral ölkədə, və ya Donbasda görüşməlidirlər”. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba söyləyib.

"Putinlə görüşmək lazımdır, onunla danışıqlar aparmaq lazımdır, çünki qərarları o qəbul edir. Dünya təcrübəsində müəyyən ənənələr mövcuddur ki, münaqişə şəraitində tərəflər ya neytral ərazidə, ya da birbaşa münaqişə zonasında görüşlər”- nazir bu gün "Azadlıq Radiosu"na verdiyi müsahibəsində belə deyib. "Bu, gələcək görüş üçün ən yaxşı ssenaridir",- deyə o əlavə edib.

Rusiya Federasiyasının prezidenti Zelenskinin şəxsi görüş üçün təklifini şərh edərkən qeyd edib ki, söhbət Donbas problemlərini müzakirə etməkdən gedirsə, onda ilk növbədə Ukrayna rəhbərliyi tanınmamış “Luqansk və Donetsk Xalq respublikaları”nın rəhbərləri ilə bir araya gəlməlidir. Putinin sözlərinə görə, Donbasdakı gərginlik tənzimlənəyə başlanmalı və sonra bu məsələlər Rusiya da daxil olmaqla, hər hansı bir üçüncü ölkə ilə müzakirə olunmalıdır. Eyni zamanda, Rusiya prezidenti ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına gəldikdə, Zelenskini hər hansı bir əlverişli vaxtda Moskvada qəbul etməyə hazır olduğunu söyləyib. Rusiya Donbasdakı münaqişədə tərəfi olmadığı, Ukraynanın şərqindəki vəziyyətin həlli ilə bağlı danışıqlarda vasitəçi olduğunu bildirir.

İki gün əvvəl isə  Zelenski Vatikanın Putinlə görüşmək üçün ən yaxşı yer ola biləcəyini söyləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Zelenski ilə Moskvadan başqa bir yerdə ikitərəfli görüş keçirməyə hazır olub-olmadığını hələ bilmədiyini qeyd edib. TASS xəbər verir ki, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya Zelenski ilə Putin arasındakı görüşün yaydan əvvəl ola biləcəyini, ancaq konkret bir tarixin hələ razılaşdırılmadığını qeyd edib.

Ukraynanın keçmiş prezidenti, Donbasdakı təmas qrupundakı Kiyev nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk  bəyan edib ki, Zelenskinin Putinlə üz-üzə, Qərb tərəfdaşlarının iştirakı olmadan görüşməlidir, çünki Ukrayna lideri "dayəyə ehtiyac duymur".


Qeyd edək ki, Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür. 

Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya olan Vatikan 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında imzalanmış Lüteran sazişi əsasında yaradılıb. Belə kiçik ərazidə yerləşməsinə baxmayaraq, onun özünün 750 metr uzunluğunda dəmiryol xətti, vağzalı, poçt markaları, bayrağı, himni, gerbi, polisi, hətta həbsxanası da var.[

Belə bir görüş olacağı xəbərləri ərəfəsində isə Avropa Parlamenti bağlanış sessiyasında Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib. "Avropa İttifaqı bu cür beynəlxalq hüquq və normaların pozulmasının ciddi olacağını açıq şəkildə göstərməlidir: bu vəziyyətdə Rusiyadan Avropa Birliyinə  neft və qaz idxalının dərhal dayandırılmalı, Rusiyanın SWIFT ilə əlaqəsi kəsilməlidir. Rusiyadakı oliqarxlar və ailələrinin maliyyə vəsaitləri  dondurulmalı, vizalar ləğv edilməlidir”,-deyə qətnamədə bildirilir.

Avropa Parlamentinin qərarında "Rusiya ilə istənilən dialoqun beynəlxalq hüquqa və insan hüquqlarına hörmətə əsaslanmalı olduğunu" vurğulanıb. Avropa Parlamenti AB-ni Rusiyadan enerji asılılığını azaltmağa və "Şimal axını- 2” boru kəmərinin tamamlanmasını dayandırmağa" çağırıb.

Avropa Parlamentinin beynəlxalq məsələlərə dair qərarları deklarativ xarakter daşıyır, lakin Avropa Birliyinin digər qurumları avroparlamentin qərarlarını gözardı edə də bilməz.

Musavat.com




Xəbərin oxunma sayı : 883




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap