Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zəngəzur Azərbaycandan, Altay Qazaxıstandan alındı - Milli Məclisdə müzakirə

Tarix 09.07.21, 13:12

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzi şəxslər sosial şəbəkələrdə yazırlar ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərman Ermənistana qarşı ərazi iddiasıdır. Mən bunu qətiyyən rədd edirəm”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, eyni fikirləri Ermənistanda və onların havadarları deyirlər.

Deputat Fəzail Ağamalı isə bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır: “Bizim ora iddiamız var. 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcı Zəngəzur deyil, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Niyə ermənilər heç öz ərazisi olmayan yerlərə iddia edir, böyük Ermənistan xülyasıyla yaşayırlar? Biz isə tarixi torpaqlarımıza iddia edəndə kimdən çəkinməliyik?! Kimsə desə iddia edirsən?! Yaxşı edirəm. Yaxşı edirik. Biz öz tarixi torpaqlarımıza iddialıyıq və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli qeyd edib ki, Zəngəzur o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə verilib: “Yazıq Nəriman Nərimanovu buna məcbur etdilər. Burada əsas məsələ Azərbaycan torpağının Ermənistana verilməsi deyildi, türk xəttinin qırılması idi. Altay Qazaxıstandan alındı. Bu sonuncu xətti qırmaqla türk dünyasının xətti qırıldı. Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir. Çünki bu vahid türk xəttinin bərpası deməkdir”.



Xəbərin oxunma sayı : 814




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap