Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zəngəzur dəhlizi ilə bağlı yeni xəbər - Kür çayı üzərində... + VİDEO

Tarix 23.01.22, 13:07

Font ölçüsü : - / +
bitmap-img6


Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində - Kür çayı üzərində yeni körpü tikilir. Körpüdə aparılan işlərlə bağlı geniş məlumatı sujetdə təqdim edəcəyik. Yeni körpünün tikintisi yekunlaşan kimi köhnə dəmiryol körpüsünün yenidən qurulmasına başlanacaq.

"Xəzər-xəbər" xəbər verir ki, konstruksiyalar qurulub, böyük bir sahədə qızğın iş gedir. Yeni tikiləcək dəmiryol körpüsü bizi işğaldan azad olunmuş bölgələrimizə aparacaq.

Yeni körpü 4 aşırımlı olmaqla Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində inşa olunur. Hazırda işlərin sürətlə aparılması üçün əraziyə müxtəlif təyinatlı texnikalar cəlb olunub.

Çay üzərindəki körpünün tikintisi bu ilin əvvəlində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilir. Tikintidən öncə ağırtonnajli texnikaların və digər nəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün Kür üzərində müvəqqəti estekada quraşdırılıb. Artıq tikinti zamanı xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb.

Hazırda dəmir-beton işlərinin görülməsi ilə yanaşı, aşırım hissəsində metal konstruksiyalar quraşdırılır. Tikintisi başa çatıb istismara verildikdən sonra dəmiryol körpüsü ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik olacaq.

Metal məhəccərlə əhatələnəcək yeni körpünün inşasının iki il müddətinə yekunlaşması nəzərdə tutlub. Bundan sonra bir əsrdən çox yaşı olan mövcud körpünün yenidən qurulmasına başlanacaq.







Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap