Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zəngilan 27 ildən sonra işğaldan azad olundu

Tarix 19.10.21, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


1993-cü ilin 30 oktyabrında Zəngilan şəhəri ermənilər tərəfindən  işğal edildi. 30 ilə yaxın işğal dövründə digər rayonlarımızda olduğu kimi Zəngilan şəhəri də düşmən tərəfindən darmadağın edilmiş, burada yerləşən tarixi və dini abidələrimiz xüsusi qəddarlıqla məhv edilmişdir.

Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri – Məmmədbəyli türbəsi, XIV əsrə aid Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan və XVII-XVIII əsrə aid məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və sadalamaqla qurtarmayan tarixi 
əsərlərlə zəngin olmuşdur. Onlardan ən böyüyü «Şəhri Şərifan» adı ilə tanınan orta əsr şəhərinin
xarabalıqlarıdır. Erməni barbarlığı nəticəsində bu möhtəşəm abidələr dağıdılmış və şəhər xarabalığa
çevrilmişdir. Zəngilan ötən ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra  dekabrın 23-də  Azərbaycan Prezidenti   İlham Əliyev  və birinci xanım  Mehriban Əliyeva  işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində  Azərbaycan bayrağını  qaldırdı. Dövlət başçımızın tapşırığı ilə bura da yenidənqurma və bərpa işləri aparılır.
Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək. Belə ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1- ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar
yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Həmçinin ərazidə böyük logistika layihələri də icra olunmaqdadır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər strateji əhəmiyyətli layihələrdən biri də uğunluğu 124 kilometr olacaq 6 zolaqdan
ibarət  Zəngilan-Horadiz avtomobil yoludur. Sözsüz ki, burada icra olunacaq ən böyük layihə Zəngilan hava limanıdır. Bu il aprel ayında
təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib istifadəyə veriləcək. Zəngilanda Hava Limanın tikilib istifadəyə verilməsi eyni zamanda
Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur və  Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük, 
möhtəşəm bir logistikhabınyaradılmasına imkan verəcək.

Hidayət Əliyev



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap