Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Zərərçəkmişlər “Yelo Bank”ın qanunsuz oyunlarının araşdırılmasını tələb edir - 560 min manatı ələ keçiriblər

Tarix 03.11.25, 15:43

Font ölçüsü : - / +
bitmap-img6

 
“MTN işi” üzrə Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünün mülki iddia hissəsi havada qalıb. Zərərçəkmişlərə çatmalı 560 min 302 manat İbrahim Zeynalovun kredit borcu adı ilə ələ keçirilib.

Musavat.com xəbər verir ki, zərərçəkmişlər  İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədov, idarənin banklarla iş şöbəsinin əməkdaşı olmuş Tural Süleymanov, onun qayınatası Cavidan Hacıyev, Nərimanov Rayon İcra Şöbəsinin  rəisi Rəşad Abbasov, icra məmuru Rafael Səfərovun əlbir olaraq bu vəsaiti heç bir hüquqi əsası olmadan “Yelo Bank” ASC-nin balansdan kənar hesabına köçürdüklərini bildiriblər. Rəsmi sənədlərdə əməliyyat kredit ödənişi kimi göstərilsə də, faktiki olaraq heç bir kredit ödənilməyib.

Zərərçəkmişlər qeyd ediblər ki, Bankın İdarə Heyətinin sədri Anar Həsənov zəmanət məktubu ilə bəyan edib ki, məhkəmə İbrahim Zeynalovun adına kredit ödənişini  əsassız hesab edərsə, vəsait geri qaytarılacaq. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə köçürmənin qanunsuzluğu təsdiqlənməsinə baxmayaraq, “Yelo Bank” pulu geri qaytarmaqdan imtina edir.

Zərərçəkənlər qeyd edirlər ki, bu, yalnız bir vəsait məsələsi deyil. Bu, hüquq sisteminə qarşı açıq meydan oxumaqdır. Cinayət Məcəlləsinin 179-cu maddəsi – mənimsəmə və israf etmə, Mülki Məcəllənin 1099-cu maddəsi əsassız əldə etmə, icra qərarlarının icrasına maneə törətmə, bütün bunlar “Yelo Bank”ın və icra orqanlarının əlbirliyi ilə törədilib. Ən skandal məqam isə Cavidan Hacıyevin adı ilə bağlıdır. O, əvvəllər Azərbaycan Beynəlxalq Bankından 70 milyon manat kredit götürərək qaytarmadığı üçün 10 il həbsdə olub. Həbsdən sonra isə kürəkəni Tural Süleymanov vasitəsilə digər vəzifəli şəxslərlə əlbir olaraq zərərçəkmişlərin haqqına göz dikib, vəsaiti öz aralarında bölüşdürüblər. Zərərçəkmişlər artıq birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinə və Mərkəzi Banka müraciət “Yelo Bank” ASC-də baş vermiş qanunsuz maliyyə əməliyyatlarının araşdırılması və məsul şəxslərə, bank rəhbərliyi və icra orqanlarının əməkdaşlarının əməllərinə  hüquqi qiymət verilməsini, Bankın əməliyyatlarına daxili audit aparılması və qanun pozuntularının aradan qaldırılmasını xahiş ediblər. Bundan başqa, 560 min 302 manatın və digər qanunsuz köçürülmüş vəsaitlərin dərhal geri qaytarılması və zərərçəkmişlərə ödənilməsini istəyirlər.

Zərərçəkənlər deyirlər ki, “Yelo Bank”ın və icra orqanlarının bu qanunsuz əməliyyatları araşdırılmalıdır.

Yazıda adı keçən hər kəsi dinləməyə hazırıq.



Xəbərin oxunma sayı : 1030




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap