| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Zərifə xanım Əliyevanın elmi irsi ümumdünya tibb sahəsində mühüm önəm kəsb edir
Tarix 16.04.26, 6:00 |
|
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ölkəmizdə dərin ehtiramla yad olunur. Onun zəngin və çoxşaxəli həyat yoluna nəzər salarkən, tibb elminə bəxş etdiyi mühüm töhfələrlə yanaşı, insanlara olan səmimi münasibəti, yüksək ziyalılığı və fədakar fəaliyyəti də ön plana çıxır. Zərifə xanımın həyatı həm də cəmiyyətə sədaqətlə xidmətin, mənəvi kamilliyin və örnək insanlıq keyfiyyətlərinin dolğun ifadəsidir.
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva erkən yaşlarından elmə və təhsilə böyük maraq göstərmişdir. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan Zərifə xanım 1947-ci ildə ali təhsilini əla nəticələrlə başa vurmuşdur. Bu dövr onun dünyagörüşünün formalaşmasında, tibbi biliklərinin dərinləşməsində və gələcək elmi fəaliyyətinin istiqamətinin müəyyənləşməsində həlledici rol oynamışdır.
Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqaməti oftalmologiya sahəsi olmuşdur. 1949-cu ildən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayan alim qısa müddətdə özünü peşəkar mütəxəssis kimi təsdiqləmiş, mühüm elmi nəticələr əldə etmişdir. Zərifə xanımın tədqiqatları xüsusilə traxoma və qlaukoma kimi geniş yayılmış göz xəstəliklərinin öyrənilməsi, diaqnostikası və müalicəsinə həsr olunmuşdur. Həmin dövrdə geniş yayılmış traxoma xəstəliyinə qarşı apardığı məqsədyönlü mübarizə onun adını tibb tarixində mühüm mövqeyə yüksəltmişdir.
Zərifə xanım yalnız elmi araşdırmalarla kifayətlənməyərək, praktik fəaliyyətə də böyük önəm verirdi. O, bölgələrə səfərlər edir, xəstəlik ocaqlarında birbaşa müalicə və profilaktik tədbirlər həyata keçirir, yerli həkimlər üçün maarifləndirici çıxışlar edirdi. Onun tətbiq etdiyi müalicə üsulları qısa müddətdə geniş yayılaraq traxoma xəstəliyinin aradan qaldırılmasına mühüm töhfə vermişdir. Bu fəaliyyət yalnız tibbi uğur deyil, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edən xidmət kimi dəyərləndirilir.
Alimin elmi yaradıcılığı çoxşaxəli və zəngindir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi kimi oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülən Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir ki, bu da onun elmi fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də pedaqoq kimi böyük nüfuz qazanmışdır. O, gənc həkimlərin yetişdirilməsinə xüsusi diqqət yetirmiş, onların peşəkar inkişafı üçün əlverişli elmi mühit yaratmışdır. Onun rəhbərliyi ilə formalaşan yeni nəsil oftalmoloqlar bu gün də görkəmli alimin elmi ənənələrini davam etdirir və bu sahənin inkişafına töhfə verirlər. Bu baxımdan, Zərifə xanımın fəaliyyəti davamlı elmi məktəbin əsasını təşkil edir.
Akademik Zərifə Əliyevanın fəaliyyəti yalnız elm sahəsi ilə məhdudlaşmırdı. Zərifə xanım yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı kimi cəmiyyətdə böyük hörmət qazanmışdır. Kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı maarifləndirmə işi, insanların sağlamlığı naminə yorulmaz fəaliyyəti onun humanist xarakterinin bariz ifadəsi idi. Zərifə xanımın “Yüksək etimad” kitabı həkim peşəsinin etik və mənəvi tərəflərini əks etdirən dəyərli əsər kimi bu gün də aktuallığını qoruyur. Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında söylədiyi fikirlərdə onun çox istedadlı, çox xeyirxah, çox sadə insan olduğunu vurğulamışdır. Bu fikirlər Zərifə Əliyevanın şəxsiyyətinin çoxşaxəli və dərin mənəvi məzmununu ifadə edir.
Görkəmli alim 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. Onun xatirəsi dərin ehtiramla yad olunur, adı elm və səhiyyə sahəsində böyük hörmətlə çəkilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi zəngin irsin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Bu gün Zərifə Əliyevanın həyat yolu elmə sədaqətin, insanlara xidmətin və yüksək mənəvi dəyərlərin bariz nümunəsi kimi yaddaşlarda yaşayır. Onun zəngin irsi gələcək nəsillər üçün tükənməz bir təcrübə məktəbi olaraq qalır, formalaşdırdığı dəyərlər isə insanlara düzgün seçim etməyə, cəmiyyətə faydalı olmağa və peşəsinə məsuliyyətlə yanaşmağa istiqamət verir.
Rauf Zeynalov
Xəbərin oxunma sayı : 832
Sosial
Xəbərlər
-
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
Alimlərdən həyəcan siqnalı: Yer kürəsində güclü geomaqnit qasırğaları ola bilər
-
Pakistandan şok addım: Səudiyyə Ərəbistanına ordu, qırıcı təyyarələr yerləşdirdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Aylığı 500 manat olan “Pearl Kids“ bağçaında vəziyyət - “Uşağıma müəllimlər şiddət göstərib“
-
İlk üç ayın statistikası: Nikah, boşanma, doğuş və əhali sayı
-
Avropada Çinlə bağlı həyəcan siqnalı: Zavodlar bağlanma təhlükəsi ilə üz-üzə
-
Prezident iki qanuna dəyişiklik etdi - DETALLAR
-
Bakıda kirayə qiymətləri niyə artır? - Ekspert səbəbləri açıqladı
-
Yağışlarla bağlı mübarizədə müəyyən islahatlar aparılmalıdır - Eldar Əzizov
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
“Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib“ - Mikayıl Cabbarov
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
“Sabah“ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
-
Azərbaycan 300 min məcburi köçkünü mənzillə təmin edib - Hikmət Hacıyev
-
Niyə pravoslavlar Roma Papasını qəbul etmir: Bu, necə yaranıb və hansı təsiri var?
-
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
-
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL
-
90 milyard avro almaq üçün yeni maneə - Aİ Ukraynaya şərt qoyub
-
Xankəndi-Şuşa kanat yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur - Aydın Kərimov
-
Avropada dərman böhranı: “Təminat sistemi artıq işləmir“
-
Premyer Liqada mövsümün gənci - 16 yaşında debüt etdi
-
Maaş artımı ilə bağlı yeni qərar kimlərə şamil olunacaq? - Açıqlama
-
Azərbaycanda içməli su necə yoxlanılır? - AÇIQLAMA
-
Yelo Bankda kreditlərə görə “şapka” alan Vüqar kimdir?
-
“O buna görə sonda peşman ola bilər” - Si Cin Pin Trampa Putin haqqında nə deyib?
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü - Bu dəfə 45 minə
-
Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq - RƏSMİ
-
“Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir“ - Prezident
-
Qvardiola “Mançester Siti“dən ayrılır - Yeni namizəd kimdir?
-
Prezident WUF13-ün açılış mərasimi ilə bağlı görüntülər paylaşdı - VİDEO
-
ABŞ Kubaya qarşı hərbi əməliyyat ehtimalını müzakirə edir - “Politico“
-
Bahalı əmlak bazarında durğunluq yaşanır - VİDEO
-
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib - FOTO/ VİDEO
-
Zaur Mikayılov şərhlərdən qorxur? - ADSEA-nın “Facebook” səhifəsində şərh bölməsi bağlanıb
-
“Qarabağ” fransalı vingerin transferini açıqladı - VİDEO
-
Pəncəli Teymurovla Vaqif Qurbanovun ailələrinə medalları təqdim olundu - Fotolar
-
“Amazon“un tarif böhranı:Müştəridən alınan əlavə pul haradadır?
-
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkdi - Fotolar
-
“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı icra edilib - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü - FOTOLAR
-
Bakı-Tbilisi dəmiryolu ilə sərnişindaşıma bərpa olunur - Tarix də açıqlandı
-
Azərbaycan “vahid Çin“ siyasətini dəstəkləyir - İlham Əliyev
-
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşdü - Fotolar + Video
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - Siyahı
-
Masaj salonunun sahibini belə aldatdı - Qara kostyum, qırmızı vəsiqə...
-
“Sona qədər döyüşmək istəyirsiniz?“ - Pezeşkian onları tənqid etdi
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTOLAR
-
Dünənki imtahana gecikənlərin nəzərinə! - Bu tarixdə təkrar keçiriləcək
-
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı - İkisi də “kars”a salınıb
-
Moskva Paşinyanla açıq gərginlikdən yayınmağa çalışacaq - Stratfor
-
Xarici valyuta ehtiyatları artan sığorta şirkətləri - SİYAHI
-
“Torpağın əsl sahibləri məhz belə davranırlar...“ - Prezident
-
Azərbaycan çempionatında qalmaqal: Meydana 9 nəfərlə çıxdılar, futbolçuları günahlandırdılar
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - Tam siyahı
-
“Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb“ - Dövlət başçısı
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
-
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq? - DİM-dən açıqlama
-
AAK İsa Həbibbəylinin “çətirtutanı“na elmi dərəcə verdi - Detallar
-
İraqın qərbində ikinci gizli hərbi baza aşkar edilib - İsrailə məxsus
-
Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Prezident WUF13-ün açılış mərasimində - CANLI
-
“Bakıda böyümüş biri kimi may ayında bu qədər yağış görməmişəm” - Komitə sədri
-
Eyyubov, Daşdəmirov və general oğlu haqda yeni qərar - Məhkəmə
-
Yoxlama aparıldı, pozuntular aşkarlandı - Vüsal Nəsirli rəisi işdən çıxardı
-
Sabirabad rayonunda ağır qəza - 3 ölü, 8 yaralı
-
ABŞ kosmosa 7800 peyk yerləşdirəcək - “Qızıl Günbəz“ sistemi üçün
-
İş zamanı xəsarət aldı - Təyin olunan kompensasiya ödənilmədi
-
Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır - Hikmət Hacıyev
-
Azərbaycanda avtomobillərin təkrar ixracı niyə aktual deyil? - VİDEO
-
Pentaqon İrana mümkün zərbələr endirmək üçün planlar hazırlayıb - CNN
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar
-
Mənzil bazarında yenidən bahalaşma - VİDEO
-
“Maya bacı”, “Rus Əhməd” və “Qədir” - Məşhur obrazların naməlum müəllifləri
-
Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… - Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar
-
ABŞ Polşadan qoşunlarını çıxarır? - Varşava real vəziyyəti açıqladı
-
İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTOLAR
-
Magistral yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR
-
ABŞ da İrana 5 şərt irəli sürüb - Danışıqların davam etdirilməsi üçün
-
Bolqarıstan Prezidenti Azərbaycanda - FOTOLAR
-
Elektromobil bazarında geriləmə - Ekspertlər səbəbləri açıqladı
-
Magistraturaya qəbul imtahanı keçirildi - 1 nəfərdə telefon aşkarlandı
-
WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - Foto-Video
-
Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib
-
Çin Tramp və Si danışıqlarından sonra faktiki qalib oldu - “Reuters“
-
Deputat və oğlu: Milyonluq tender ovçuları...
-
Aleksandar Vuçiç Azərbaycana gəldi - FOTOLAR
-
Sabirabadda zəncirvari qəza: 3 nəfər öldü, 7 nəfər yaralandı
-
Prezident Deryageldi Orazovu qəbul etdi - FOTO
-
Azərbaycana təkcə bu ölkə səs veribmiş - FOTO
-
Rusiya Ukraynaya zərbə endirdi - Xəsarət alanlar var
-
Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər
-
Azərbaycada “yaşıl sahələr“ 13 faizdən təxminən 38 faizə yüksəlib - Anar Quliyev
-
“Makron Avropa İttifaqına rəhbərlik edə bilər“ - Robert Fitso
-
İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTOLAR
-
Bolqarıstan “Avroviziya 2026”nın qalibioldu - VİDEO
-
Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - FOTOLAR
-
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
-
Kredit kartlarına maraq niyə azalır? - ARAŞDIRMA
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Müəllimlərin sertifikatlaşdırılması prosesi - İmtahan tarixi açıqlandı
-
“Avroviziya-2026” mahnı müsabiqəsinin finalı başlayıb - VİDEO
-
“WUF13Azerbaijan“: Bakı foruma hazırdır - VİDEO
-
Makqreqor UFC-yə qayıdır: Tarix və rəqib bəlli oldu
-
Əşrəf Səfərov yenə DOST-a ofis icarəyə verdi - Bu dəfə aylıq 55 min manata
-
Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
-
Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? - VİDEO
-
Oğuz sakinləri örüş sahəsinin zəbt olunduğunu iddia edirlər - VİDEO
-
Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər - CNN
-
Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO
-
“Mənim xəbərim olmadan evim satılıb“ - ŞİKAYƏT/ VİDEO
-
Afiyəddin İsgəndərov direktor müavini təyin edildi - Yeni təyinat
-
“Rusiyaya qarşı “uzaqmənzilli sanksiyalar“ gücləndiriləcək“ - Zelenski
-
“Məndə adları var, amma açıqlamaq düz çıxmaz” - Qurban Qurbanov
-
Azərbaycanda bu il bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
TOP 10
ARXİV






