Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Zeynal Nağdəliyev icra başçısını qoruya biləcəkmi? - Vaqif Həsənov problemlə üzləşib

Tarix 17.05.21, 12:47

Font ölçüsü : - / +
bitmap-img6


"Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin sabiq direktoru Həsrət Səfərovun cinayət işi üzrə məhkəmənin ilk iclası may ayının 20-ə təyin olunub. Hakim Elmin Rüstəmovun icraatına verilmiş cinayət işində "Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş vermiş qanunsuz halların istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Aparılan istintaqla müəyyən edilib ki, sabiq direktor Həsrət Səfərov 2018-2019-cu illər ərzində tərtib edilmiş sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.
 
Bu cinayət işi 2018-2019-cu illər ərzində baş verib. 2018-ci ilin avqustundan isə Ağdam Rayon İcra Hakimiyyətinə Vaqif Həsənov başçılıq edir. Deməli, bu cinayət işləri Vaqif Həsənov Ağdam rayonuna rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu isə Vaqif Həsənovun Həsrət Səfərovun əməllərinə görə ən azından siyasi və mənəvi məsuliyyət daşıyır. Doğrudur, Ağdam rayonunda bəzi şəxslər hesab ki, Həsrət Səfərovun əməllərinə görə Vaqif Həsənov da məsuliyyətə cəlb olunacaq. Ancaq bu iddiaları təsdiq və ya təkzib etmək üçün məlumata malik deyilik. Hesab edirik ki, bu iddialara hakim Elmin Rüstəmov sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilcək məhkəmə prosesində aydınlıq gələcək. Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun təqdimatı, Bəhruz Camalovun əmri ilə
 
Həsrət Səfərovun əməllərinə məsuliyyət daşıyacaq şəxslərdən biri də dövlət qeydiyyatına alındığı gündən hazırkı zamana qədər "Azərpambıq ASK” MMC-yə rəhbərlik edən Bəhruz Əliağa oğlu Camalovdur. Qeyd edək ki, "Azərpambıq ASK” MMC-i 25.05.2018-ci ildə dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, 1033-cü məhəllədə yerləşir. Həsrət Səfərov da məhz Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru təyin olunub. 2018-2019-u illərdə Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş verən mənimsə halları da Vaqif Həsənovla Bəhruz Camalovun gözü qarşısında baş verib. "Azərpambıq ASK” MMC-yə rəhbər təyin edilməzdən əvvəl "MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini olan Bəhruz Camalov təsadüfi şəxs deyil. Məlumatlara görə Bəhruz Camalov prezidentin Ərazi-Təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin bacısı oğludur. Yəni, Həsrət Səfərovun həbsinin doğurduğu səs-küy Prezident Adminstrasiyasına kimi çata bilər. Ağdam rayonundakı mənbəmiz qeyd edir ki, Vaqif Həsənovun icra başçısı təyin olunmasında Zeynal Nağdəliyevin də rolu olub. Mənbənin məlumatına görə, hətta Vaqif Həsənovu Zeynal Nağdəliyevin kadrı hesab edənlər də var. Ancaq bu məlumatı dəqiqləşdirmək mümkün deyil.

Göründüyü kimi "Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin sabiq direktoru Həsrət Səfərovun məhkəməsi sürpirizlər doğura bilər.

Ağdam rayonundan əldə etdiyimiz digər məlumata görə, rayon ərazisindəki digər Pambıq Tədarükü Məntəqəsində də ciddi nöqsanlar aşkar olunub. Bu məlumatı araşdırmağa çalışacağıq. Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla "Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalovun da münasibətini öyrənməyə çalışacağıq.

Mənbə: sozcu.info



Xəbərin oxunma sayı : 802




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap