Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ziyad Səmədzadə 29620 manat qrant almasına belə reaksiya verdi: “Mən ziyalıyam...“

Tarix 01.07.22, 20:24

Font ölçüsü : - / +
bitmap-img6


"Belə layihələr çox vacibdir. İlk dəfə olaraq bu layihə çərçivəsində Şuşanın bir əsrdən çox müddətdə sosial-iqtisadi, demoqrafik inkişafı əks etdiriləcək, perspektiv istiqamətlər barəsində də fikirlər irəli sürüləcək. Bundan sonrakı mərhələdə baxarlar, layihəmiz Azərbaycanımız, dövlətimiz, Şuşanı dünyada tanıtmaq üçün nə qədər vacib və əhəmiyyətlidir”.

AzFakt.com xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisin deputatı, “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsinin qaliblərindən olan Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə narazılıqlara münasibət bildirərkən deyib.

Z.Səmədzadə sosial şəbəkələrdə deputatın QHT rəhbəri olması və buradan pul qazanması barədə səsləndirilən fikirlərə isə belə cavab verib: “Harda yazılıb bu? Deputat dövlət vəzifəsi tuta və sahibkarlıqla məşğul ola bilməz. Bu, dünyanın bütün ölkələrində belədir. Azərbaycan Milli Elmlər Akademiyasının akademikiyəm, Dünya İqtisadçılar İttifaqının vitse-prezidentiyəm, Azərbaycan İqtisadçılar İttifaqının sədriyəm, bir neçə ölkənin irimiqyaslı beynəlxalq təşkilatlarının üzvüyəm... Azərbaycan elminə yarım əsrdən çoxdur xidmət edirəm. Bunu deyənlər çox yanlış fikirdədirlər. Deputata dövlət vəzifəsi tutmaq və  biznes fəaliyyəti ilə məşğul olmaq olmaz. Mənsə Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət paytaxtının sosial-iqtisadi, demoqrafik inkişafını təhlil edən adi iqtisadçı, ziyalıyam. Kim belə düşünürsə, səhv düşünür. Bu, qərəzli yanaşmadır...”.

Xatırladaq ki, Ziyad Səmədzadənin rəhbərlik etdiyi Azərbaycan İqtisadçılar İttifaqı “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsində “Şuşa rayonunun demoqrafik, sosial-iqisadi inkişaf vəziyyəti və perspektivləri” mövzusunda tədqiqatın aparılması” layihəsi ilə qalib gələrək, 29620 manat qrant qazanıb.



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap