Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zukerberqdən tarixi qərar: gələn həftə Feysbukun adını dəyişdirəcək

Tarix 20.10.21, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


Feysbuk şirkəti gələn həftə adını dəyişdirməyi planlaşdırır.

AzFakt.com "Report”a istinadla xəbər verir ki, bu barədə "Verge” portalı mənbəyə istinadən xəbər verir.

"Facebook" "metakainat" qurmağa olan diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır", - portalın saytında deyilir.

Feysbukun rəhbəri Mark Zukerberqin sözlərinə görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən "metakainat" yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.

"Report" xatırladır ki, iyulda Mark Zukerberqin virtual dünya hazırlamaq planlarının ciddiləşdiyi məlum olub. Qeyd edilir ki, istifadəçilər bu dünyada bir-birini görüb eşitməklə yanaşı, həm də fiziki olaraq da hiss edə biləcəklər. Şirkət layihə ilə məşğul olacaq komandanı da elan edib, yeni mühəndislərin cəlb olunduğunu açıqlayıb. Avqustda feysbuk, videokonfrans və ya "Oculus VR" qulaqlıqdan istifadə etməklə bağlana bilən virtual "Horrison Workrooms”u təqdim edib.

Xatırladaq ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zuckerberg tərəfindən yaradılıb. Bir müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi Ginnesin "Rekordlar" kitabına da düşüb. 

Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir. Feysbuk messencer, vatsap və instaqram xidmətlərinə də sahibdir.



Xəbərin oxunma sayı : 340




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap