|
Bu kəndlər Azərbaycanın nəzarətinə keçdi - Sərhədçilərimiz daxil oldu (RƏSMİ)
“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil” - Prezidentdən xəbərdarlıq
Emin Əmrullayevin qardaşına sərt ittiham var: “Dedi, al bu 100 mini, get və...“ (VİDEO)
“3 milyonluq MMC-ni “1 qara qəpiksiz almışam“ - Sabiq deputatdan etiraf
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
“Azərbaycan sülh prosesinə sadiqdir“ - Hikmət Hacıyev (MÜSAHİBƏ)
Tarix 16.09.23, 12:33 |
|
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmasının perspektivləri, beynəlxalq vasitəçilik və Rusiya-Azərbaycan münasibətləri haqqında Rusiyanın TASS agentliyinə geniş müsahibə verib.
"Report" müsahibəni təqdim edir:
-Hazırda Azərbaycan ilə Ermənistan arasında mövcud gərgin vəziyyəti necə qiymətləndirirsiniz? Yeni müharibə riski varmı?
-Bildiyiniz kimi, Azərbaycan və Ermənistan bizim tərəfimizdən təklif edilən və Ermənistanın qəbul etdiyi beş baza prinsipi əsasında sülh sazişinin imzalanmasına dair danışıqlar aparırlar.
Bu prinsiplərin təməl daşı iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və gələcəkdə belə iddiaların irəli sürülməməsi üzrə hüquqi öhdəliklərdir. Təəssüf ki, son zamanlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, - onların arasında xüsusilə bu ölkənin baş nazirinin sentyabrın 2-də Qarabağdakı heç kimin tanımadığı qanunsuz rejimi “müstəqillik günü” münasibətilə təbrik etməsini göstərmək olar, - sülh prosesinə ciddi zərər verdi.
Erməni rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü deklarativ şəkildə tanımasına baxmayaraq, əslində, Ermənistan hakimiyyətinin Ermənistan Respublikasının dövlət büdcəsindən bizim ölkənin ərazisindəki qanunsuz “separatçı xuntanı”, o cümlədən əsasən Ermənistan silahlı qüvvələrinin hərbçilərindən ibarət qeyri-qanuni hərbi birləşmələri maliyyələşdirməyə davam etməsi faktı da sülhə kömək etmir. Erməni hərbi birləşmələri, - sanki Ermənistanın 2020-ci ilədək bizim torpaqlarımızda basdırdığı bir milyondan çox mina onlara azmış kimi, - Ermənistanın bəslədiyi Qarabağdakı “boz zona”nın bütün perimetri üzrə ərazilərimizin kütləvi şəkildə minalanmasını həyata keçirir. Qeyd edilməlidir ki, Ermənistan minalardan azərbaycanlılara qarşı kütləvi qırğın silahı kimi istifadə edir – təkcə 2020-ci ilin 44 günlük müharibəsindən ötən dövrdə bizim 300-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub.
Daha bir ciddi təxribat sentyabrın 9-da Xankəndidə qanunsuz rejim tərəfindən qondarma “prezident seçkilərinin” keçirilməsidir. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT, habelə region ölkələri növbəti dəfə Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan və beynəlxalq normalara zidd olan bu “seçkilərin” tamamilə qanunsuz və qeyri-legitim olduğunu təsdiq etdi.
Həmçinin Azərbaycanın sülh prosesinə sadiq olması və Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtmasını gözləməsinə baxmayaraq, sərhəddə və Qarabağda erməni silahlı qüvvələri tərəfindən artan hərbi təxribatlar və diversiyalar da bizi narahat edir. Sualınıza cavab olaraq deyərdim ki, Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil. Biz erməni rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə inteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyini pozmamağa çağırırıq.
-Hazırda sülh prosesi hansı mərhələdədir?
-İndiki məqamda Ermənistanın siyasi rəhbərliyinin qeyri-konstruktiv və səmimi olmayan mövqeyi ucbatından sülh prosesi ləngiyir. Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə Ermənistan və erməni diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində, xüsusən Qərbdə Azərbaycana qarşı genişmiqyaslı yalan informasiya kampaniyası başlayıb. Öz suveren ərazimizdə Azərbaycanı blokadada ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Ağdam yolunun Rusiya Qırmızı Xaç Cəmiyyətinin yükü üçün açılması bu cür iddiaların əsassız olduğunu göstərdi. Rusiya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə səyləri sayəsində Ağdam yolu açıldı. İndi biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüklərinin də eyni vaxtda iki marşrut – Ağdam və Laçın yolları ilə daşınacağını gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi bölüşür və tam dəstəkləyir.
İndi sülh prosesi üçün başlıca maneə Ermənistanın bizim ərazimizdə qanunsuz rejimi maliyyə və hərbi-siyasi yolla dəstəkləməyə davam etməsidir. Məhz Xankəndidəki qanunsuz rejim eyni vaxtda Ağdam və Laçın yollarını bloklayır, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara-irqçi motivlərlə əsaslandırır. Qanunsuz rejim, həmçinin Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağda yaşayan erməni etnik azlığı arasında danışıqlara əngəl törədir, baxmayaraq ki, Bakı onları dəfələrlə bu təmaslara dəvət edib. Ermənistanın Qarabağda bizim erməniəsilli 30 min vətəndaşımızı girov saxlayan qanunsuz rejimin dəstəklənməsi siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zona”lara yer yoxdur.
-Bakı İrəvanla dialoqda hansı kompromislərə getməyə hazırdır?
-Biz nə Ermənistan, nə də hər hansı üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcəyik. Dövlətimizin daxili işlərinə müdaxilə edilməsi, o cümlədən Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı erməni etnik azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər” mövzusunun gündəmə gətirilməsi cəhdləri uğursuzluğa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunun ətrafında mübahisə açan hər hansı cəhdlər regionda dayanıqlı sülhə nail olunması baxımından qeyri-konstruktivdir.
-Azərbaycan 2020-ci ildə olduğu kimi, yenidən güc tətbiq edə bilərmi?
-Mən hipotetik ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn normalarına uyğun hərəkət edir. Biz bütün mövcud məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq.
-2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli razılaşmanın bəndlərindən biri olan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı vəziyyət necədir?
-Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasına səy göstərir, çünki hesab edirik ki, sıx iqtisadi-ticari əlaqələr regionda sülhə, sabitliyə və tərəqqiyə kömək edəcək. Bu istiqamətdə böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk. Lakin hazırda nəqliyyat kommunikasiyalarının açılması üzrə Ermənistanla danışıqlarımızda müəyyən durğunluq müşahidə olunur. Bildiyiniz kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılması da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatın bəndlərindən biridir. Təxminən üç ildən sonra da bu bənd hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillik ərzində Azərbaycana qarşı işğalçı siyasət yeritməsi nəticəsində regiondakı nəqliyyat-logistika arxitekturasından kənarda qalan Ermənistanın özü üçün faydalıdır. Amma Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərini yerinə yetirməkdən imtina edirsə və təcrid vəziyyətində qalmaqda davam etmək istəyirsə, onda Bakı gözləmək niyyətində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal iş aparır. Biz öz logistika tələbatlarımızı Ermənistan hakimiyyətinin şıltaqlığına bağlamaq fikrində deyilik və regional tərəfdaşlarımızla irəliyə doğru hərəkət edəcəyik.
-Sizin zənninizcə, 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra beynəlxalq vasitəçilik nə dərəcədə səmərəlidir?
- Yuxarıda xatırlatdığım kimi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hərəkətləri, təəssüf ki, nəticələrə, o cümlədən sülh sazişinin imzalanması məsələsində beynəlxalq vasitəçilərin səyləri sayəsində tərəqqiyə kölgə salır. Biz hazırda bu ilin sonunadək sülh sazişinin imzalanacağına ümid edirik və erməni siyasi rəhbərliyini başlıca addımı ataraq, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, Azərbaycanın razi bütövlüyünü sülh sazişində öz rəsmi imzası ilə təsdiq etməyə və gələcəkdə ölkəmizin daxili işlərinə müdaxilə etməkdən çəkinməyi öhdəsinə götürməyə çağırırıq. Bu, bizim daxili məsələlərin kənara çıxarılması cəhdinə, o cümlədən Qarabağdakı erməniəsilli vətəndaşlarımızın bizimlə qarşılıqlı fəaliyyətinə dair məsələlərin əhalinin bu qrupunun hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə beynəlxalq müstəviyə çıxarılmasına da aiddir. Onlar bizim vətəndaşlarımızdır və təhlükəsizlikləri Azərbaycan Konstitusiyası ilə təmin ediləcək. Vacib olan odur ki, Ermənistan ölkəmizdə separatçılığın maliyyələşdirilməsi və qızışdırılması siyasətindən əl çəksin.
Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəldikdə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinə verdikləri töhfəni yüksək qiymətləndiririk. Öz fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabrında irimiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanatın imzalanmasını təmin edən Rusiyanın bu prosesdə rolu son dərəcə mühümdür. Avropa İttifaqı və ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər. Ümumilikdə, danışıqlar prosesində hər bir trek öz-özlüyündə nadirdir və ən problemli məsələlər üzrə Bakı ilə İrəvan arasında dialoqun aparılmasına kömək edir.
-Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
-2022-ci il fevralın 22-də imzalanan ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir və onların inkişafına ciddi impuls verir. Münasibətlərimiz, hətta mövcud mürəkkəb geosiyasi şərtlərdə də möhkəmliyini qoruyub saxlayır. Əminəm ki, Azərbaycan və Rusiya birgə səylərlə ən çətin regional, o cümlədən regional məsələlərin region dövlətləri tərəfindən həllini nəzərdə tutan “3+3” formatında məsələləri həll edə biləcəklər. Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu ilin birinci yarısının məlumatları əmtəə dövriyyəsində böyük artım olduğunu, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni və humanitar sahələrdə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başlayır və ölkəmizdə hər il olduğu kimi, şagird və tələbələrin rus dilində təhsil almasına böyük tələbat müşahidə olunur. Həm də rus dilinin öyrənilməsinə maraq ildən-ilə artır. Qeyd etməliyəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın yerinə yetirilməsi üçün bütün zəruri şəraiti yaradır.
Xəbərin oxunma sayı : 796
Müsahibə
Xəbərlər
-
Hadisə seriala çəkilir - 10 milyon qazanacaq
-
Mourinyo “Fənərbaxça“da - 2 illik müqavilə bağladı
-
Qeyri-sabit hava taxıl zəmilərinə ziyan vurub: Qıtlıq olacaq?
-
Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını təhqir etdi: Həbs edildi
-
Bakıda bu binalardakı mənzillər kütləvi satışa çıxarılır - VİDEO
-
Telefonla danışarkən ildırım vurub, başı tamam yanıb: Ötən gün baş verən hadisənin detalları (VİDEO)
-
Azərbaycanlılar ən çox hansı qidanı istehlak edirlər? - FOTO
-
Bu yolda sürət həddi endirildi - Xəbərdarlıq
-
Vasif Talıbovun yeri niyə boş qalıb? - Səbəbi bu imiş...
-
Rusiyanın Ukraynadakı itkilərinin – Son siyahısı
-
Kredit götürənlərin diqqətinə: Qaydalar dəyişdirildi - VİDEO
-
Bəzi rayonlara leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
-
Polis əməliyyat keçirdi: saxlanılanlar var - VİDEOFOTO
-
Teymur Musayev strateji dəyirmi masada çıxış edib - FOTO
-
Bank kartlarını talayan şəxs tutuldu - FOTO
-
Rusiyalı nazir qəzaya düşdü - Vəziyyəti ağırdır
-
Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb - VİDEO
-
Maşın bazarında diqqətçəkən ucuzlaşma - Əsas alıcılar kimdir?
-
Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı - Məhkəmə
-
“Rusiya işğal üçün hər zaman bəhanə tapacaq” - Zelenski
-
Nazir sabiq mühafizəçisinə yeni vəzifə verdi - Rəis müavini təyin etdi
-
Bakı avtovağzalında narkoloji test bazarı: Sürücülərə qəbz verilmir - VİDEO
-
Özünü vəkil kimi təqdim edib qadınlardan pul tələb edirdi – Saxlanıldı
-
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
-
Çinlə müharibə nə yaxındır, nə də qaçılmaz - Pentaqon rəhbəri
-
Dünən kartlardan oğurlanan vəsaitlər açıqlandı – 10 min manatını itirənlər var
-
Leysan yağacaq, dolu düşəcək – Sabahın havası
-
Rauf Vəliyev və müavinləri ötən il nə qədər qazanıb? - MƏBLƏĞ
-
Dövlət sərhədini pozduğuna görə 126 nəfər saxlanılıb - FOTO
-
Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?
-
BDU-da hüquqşünaslıq ixtisası ləğv olunur, yoxsa...? - Nazirdən ajiotaj yaradan xəbərə reaskiya
-
“YAŞAT” Fondu və “Nar” şəhid övladlarını təbrik etdi - FOTO
-
“Məqsədlərimizə çatana qədər müharibə davam edəcək“ - Netanyahu
-
“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur - VİDEO
-
Göygöl və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA
-
Şuşa Real Məktəbində tədris nə vaxt başlayacaq? - Nazir açıqladı
-
Prezident onları təltif etdi - SİYAHI
-
“İran Türkiyəyə təşəkkür edib“ - Yaşar Gülər
-
Zaqatalada fərdi yaşayış evini ildırım vurdu - FOTO
-
Günəşdə ən güclü partlayış olub - XƏBƏRDARLIQ
-
Mehriban Əliyeva uşaqları təbrik etdi - FOTO
-
Daha bir pandemiya xəbərdarlığı - Yeni qorxulu virus
-
Təhsilə büdcə vəsaiti 4 dəfə artırıldı - valideynlər “fond pulu”ndan qurtulacaq?
-
Zəkanı artırır, ürəyi qoruyur - “Qara mirvari” möcüzəsi
-
FHN ildırım təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi - VİDEO
-
Bakıda ölüm saçan dərman satışa çıxarıldı: Həm daxili, həm xarici məhv edir - VİDEO
-
Azərbaycanda bu məhsullar bahalaşacaq - AÇIQLAMA
-
Dollara tələb artımı davam edir: devalvasiya gözlənilirmi?
-
“Nüvə silahı regionda sülhün təminatıdır“ - Pakistanın müdafiə naziri
-
Aktyor Rza Rzayevlə bağlı yeni qərar - Cəzası azaldıldı
-
“Ukrayna münaqişəsinin səbəbi NATO-nun genişlənməsi deyil“ - Ostin
-
Səidə transparan geyimi ilə gündəmə gəldi - VİDEO
-
İntiqam Cümşüdov Xətai icra başçısının müavini təyin ediləcək? - Oliqarx məmur olimpə doğru
-
“Tapança” satmaq adı ilə dələduzluq edirmiş - VİDEO
-
“Ukraynanın Belarusa zərbə endirmək hüququ var“ - Litva XİN rəhbəri
-
“Anam deputat olmaq istəmir” - Lalə Şövkətin oğlu
-
Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradılır - VİDEO
-
İyunda 39 dərəcə isti olacaq – Aylıq proqnoz
-
“Hazırda sülhün olması real deyil” - Zelenski
-
Azərbaycan Ordusu Naxçıvanda təlim keçirib - VİDEO/FOTO
-
Kardiologiya İnstitutunun əməkdaşları rəhbərlikdən narazıdır – Direktor müavini kabinetində hamam tikdirib?
-
Ev alarkən diqqətli olun - Alıcıları gözləyən yeni təhlükə
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur - SİYAHI
-
Məcnun Məmmədov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşdü - FOTO
-
İyunda Milli Məclisin növbədənkənar iclasları olacaq, sonra... – Deputat Erkin Qədirlidən açıqlama
-
Başgicəllənmə ilə başlayan təhlükə – Yaşıl çay içmək vəziyyəti pisləşdirə bilər
-
Güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
-
Abituriyentlərin nəzərinə! - Qeydiyyat başladı
-
SOCAR Ərəbistan körfəzindəki neft yataqlarına şərik oldu – Təfərrüat
-
Yükü azaltmaqdan artırır, bir daha baxmalıyıq - Fazil Mustafa
-
Ayaqlarını pəncərədən çıxaran sürücü və sərnişin həbs edildilər - VİDEO
-
Bu valideynlər uşağa görə hər ay 600 manat alacaq - Lazım olan sənədlər
-
İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı
-
Nazir təyin olunan Elxan Nəcəfov kimdir? - DOSYE
-
Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Viski içib, domino oynadılar...
-
Azərbaycanda kredit vermə şərtləri dəyişdi – Yeni qaydalar
-
İcra başçısının imzaladığı sənəddən özünün xəbəri yoxdur - VİDEO
-
Naxçıvanda iki nazir təyinatı olub - Yeni təhsil və səhiyyə nazirləri kimdir? (FOTO)
-
“Oba Market“dən alınan konfetdən qurd çıxdı - VİDEO
-
Xaricdə təhsil almış 240 nəfər peşə tanınması üzrə imtahandan kəsilib - SİYAHI
-
Çin İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək – “Reuters”
-
Sabiq nazirlər Cıdır düzündə - VİDEO
-
Abşeronda itkin düşən məktəbli tapıldı: “Özü qaçıbmış“ - VİDEO
-
Milli Məclis toplandı - 9 məsələyə baxılacaq
-
Prezident icra başçısını işdən çıxardı - Şair Alxasov kimdir? + DOSYE
-
“Qarabağ“dan 8 oyunçu gedir - Nə baş verir?
-
Avtomobilin nömrəsini gizlətmək üçün qurğular satılır - VİDEO
-
NATO Ukraynaya illik yardımı ikiqat artırmaq istəyir - KİV
-
“1 manatlıq“ taksi dövrü bitir: Cərimə yazılacaq
-
Arıqlamaq üçün inqilabi dərman - Oral forması da sınaqdan keçirildi
-
NATO buna görə cavab verəcək - Zaxarova
-
Siqareti bacısının bədənində söndürdü: Bakıda işgəncələrlə dolu QƏTL
-
Bakı bulvarından Qız qalasına gedən gizli yol - VİDEO
-
Laçın şəhərinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Nura Suri yeni layihəsi üçün məşhurları bir araya toplayıb - FOTO/VİDEO
-
Arda Gülər üçün daha bir dünya nəhəngi hərəkətə keçir - İDDİA
-
Çexiyanın baş nazirindən bəyanat: “Ukrayna hər ay on minlərlə mərmi alacaq“
-
“2 milyon baş nazirə vermişəm...“ - Sabiq komitə rəisi nə qədər “paket“ aldığını da açıqladı
-
Bu il maaşların artırılması gözlənilirmi? - VİDEO
-
Netanyahunun oğlundan təhrikçi Kürdüstan paylaşımı - FOTO
-
“Tik-Tok”da xanımların fotolarını yayan şəxs saxlanıldı – Fotolar
-
“Bayden gizli şəkildə Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi” – “Politico”
-
Kartı olan hər kəsə DİN-dən XƏBƏRDARLIQ
-
Ramin İsayevin ittihamı ağırlaşdırıldı - Vəkilindən açıqlama
-
Bakıda məktəblərin boş qalan yerlərinə sərbəst qəbul aparılacaq - SİYAHI
-
Avropanın ən qeyri-adi 10 qalası – Görənləri heyran edir
-
İşsiz valideynlər alimenti necə ödəyə bilərlər? - VİDEO
-
Mənzillərin təmiri neçəyə başa gəlir? - VİDEO
-
Gürcüstana səyahətlə bağlı sığorta tələbi: Qiymətlər nə qədərdir? - CƏDVƏL
-
Fransız Polineziyası Bakıdan dəstək istədi: “Buraya yardım xahişi ilə gəlmişik“
-
Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA
-
Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar üzə çıxdı - DETALLAR
-
Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
-
Bu tarixdən Bakı boşalacaq – Qorxunc tıxaclar aradan qalxır
-
“Qərb qüvvələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır“ - Rusiya XİN
-
Naxçıvan Təhsil Nazirliyində 24 milyon manatlıq yoxlama - Baş Prokurorluğa müraciət edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İki dövlət qurumu arasında mübahisə: Hamiləliyə görə artıq pul ödəndi...
TOP 10
ARXİV