Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

10 milyarder eyni tarixdə doğulub - Varlıların maraqlı ortaq cəhəti

Tarix 09.01.24, 16:36

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi milyarderlərin maraqlı ortaq xüsusiyyəti var. Araşdırmaya görə, dünyanın ən zəngin 500 adamından 19-u eyni tarixdə doğulub.

Qeyd olunub ki, bu tarix 30 noyabrdır. Yanvarın 1-i isə 13 ən varlının doğum günüdür.

Daily Maildə yer alan xəbərə görə, “Coupon Follow” endirim saytının maliyyə mütəxəssisləri “Bloomberg”in Top 500 milyarder siyahısındakı məlumatlara baxıblar. Milyarderlərin ortaq cəhətləri tapmaq istəyən mütəxəssislər onların ailəsini  doğum tarixini araşdırıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, 30 noyabr ən populyar tarixdir. Müvafiq olaraq, 500 ən zəngin milyarderdən 19-u, yəni təxminən 4 faizi bu tarixdə doğulub.
Mütəxəssislər həm də ən çox milyarderin oktyabr ayında doğulduğunu açıqlayıb. Araşdırmaya görə, oktyabr ayında 45 milyarder doğulub.

ABŞ-ın “Advance Publications” media şirkətinin sahibi Donald Nyuhaus 15,8 milyard dollar sərvəti ilə noyabrın 30-da doğulan milyarderlər arasında ən varlı şəxs hesab olunur. Nyuhaus Bloomberqin milyarderlər indeksində 115-ci yerdədir. Sinqapurda boya və üzlük istehsalçısı “Vuthelam Holdings” şirkətini quran Goh Cheng Liang 11,1 milyard dollarlıq sərvətlə noyabrın 30-da doğulan milyarderlər siyahısında ikincidir. Lianq ümumi reytinqdə 183-cü yerdədir.

30 noyabrdan sonra ən populyar tarix 1 yanvardır. “Coupon Follow” həmin gün 13 milyarderin doğulduğunu bildirir. İlin digər tarixlərində, bəzi günlərdə eyni gündə dördə qədər milyarder doğulur.

ABŞ 189 nəfərlə dünyanın ən çox milyarderinə ev sahibliyi edən ölkədir. İkinci yerdə 53 milyarderin yaşadığı Çin qərarlaşıb. Bloomberqin milyarderlər indeksinə görə, ən varlı şəxs “Tesla”, “X.com” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskdır. 219 milyard dollar sərvəti olan Mask iyunun 28-də anadan olub. İkinci yerdə qərarlaşan Amazonun sahibi Ceff Bezos yanvarın 12-də anadan olub. Bezosun sərvəti 170 milyard dollardır. Üçüncü yerdə qərarlaşan və 167 milyard dollar sərvəti olan fransız iş adamı Bernard Arnaultun doğum tarixi martın 5-dir.//Baku.ws



Xəbərin oxunma sayı : 919




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap