| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
1 milyonluq qan pulu işi - körpələr müalicəsizlikdən dünyasını dəyişib!
Tarix 12.02.25, 10:52 |
|
Bu gün, fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hazırda zərərçəkən valideynlərin ifadələri dinlənilir.
İş üzrə 36 nəfər zərərçəkən var. Valideynlər uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən dünyasını dəyişən körpələr də var. Bu, son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə ümumilikdə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.
Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir. Son proses də zərərçəkmişlərin dindirilməsi ilə davam etdirilib. Yada salaq ki, bundan əvvəlki prosesdə zərərçəkən Ramin Dadaşov ifadə vermişdi. Demişdi ki, bir övladı talassemiya xəstəliyindən dünyasını dəyişib: "Daha sonra ikinci uşağım dünyaya gəldi. Onda da talassemiya tapıldı. Aysel Məmmədova ilə danışıb vəziyyəti izah etdim. Dedi ki, əməliyyat üçün 80 min dollardan artıq vəsait lazımdır. Daha sonra qohumum Mayis Bayramova 30 min dollar verdim ki, Nuridəyə versin. O, 30 min dollar pulu Toğrulun yanında Nuridəyə vermişdi. Mayisin oğlu da xərçəng xəstəsi idi. Bu səbəbdən Nuridəgili tanıyırdı. Daha sonra talassemiya qrupunda Nuridənin ölkədən qaçdığı barədə məlumat oxudum. Ayseldən soruşanda dedi ki, Nuridə həbs olunub. Aysel Məmmədovanın dayısı mənə 15 min manat qaytarıb. Hazırda hər iki şəxsdən qalan 36 min manatı tələb edirəm".
Zərərçəkən Kəmalə Nuriyeva isə deyib ki, xəstə övladını Talassemiya Mərkəzində qan köçürməyə apararkən yardım edən şirkətlə bağlı xəbərlər eşidib və orada Aynur Bayramova ilə tanış olub: "Aynur Bayramova mənə yardım edəcəyini söylədi. Bir müddət sonra zəng edib donorun tapıldığını söyləyib məni o qədər sevindirdi ki, elə bildim yenidən dünyaya gəlmişəm. Düşünürdüm ki, o, bir mələkdir. Dedi ki, 93 min dollar donorun qiymətidir. Lakin aksiya var, 20 min dollar versəm kifayətdir. Nəyim varsa satdım. Tək anayam və o, tək övladımdır deyə bütün qohumlarım mənə pul göndərdilər. Mən hazırda bu pulu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edirəm".
Zərərçəkən Solmaz Eyvazova bildirib ki, o, xəstə nəvəsinə donor axtarılması üçün Aysel Məmmədovaya 6 800 manat pul ödəyib. Bir müddət sonra isə uşaqların müalicə üçün göndərilməsi ilə məşğul olduğunu iddia edən Aynur Bayramova ilə tanış olub: "İttiham olunan hər üç şəxslə bu məsələni danışdım. Aysel Məmmədova məndən 30 min dollar pul istədi. Aynur Bayramova isə 15 min dolların kifayət edəcəyini dedi. Mən 25 min 500 manatı Nuridə Seyidovaya verdim. Yan otaqdan bir oğlan gəlib saydı. Mən 15 min dolları Nuridə Seyidovadan, 6 min 800 manatı Aysel Məmmədovadan tələb edirəm".
Nuridə Seyidova pulu aldığını etiraf edib, lakin pulu Aynur Bayramovaya verdiyini deyib. Aynur Bayramova isə həmin vaxt Türkiyədə olduğunu bildirib. Digər zərərçəkən Ceyran Musayeva nəvəsinin talassemiya xəstəsi olduğunu açıqlayıb. O da Aynur Bayramova ilə Talassemiya Mərkəzində tanış olduğunu deyib: "Aynur Bayramova və onun vasitəsilə tanış olduğum Nuridə Seyidova ilə kafedə oturmuşduq. Onlara əlimdə olan 20 min manat pulu verdim. Aynur Bayramova da dedi ki, gətir, 300 dollar da ver, nəvənin qanını götürüm, gedim donor axtarım. Daha sonra dedi ki, donor Polşadan tapılıb. Qızım o zaman hamilə idi. Onun övladı dünyaya gəldikdən sonra bunlardan səs çıxmadı. Qızım da kürəkənimlə birgə Samsuna getdilər. Orada öyrəndilər ki, adımıza pul köçürülməyib. Orada da çox xərcimiz çıxdı. Hazırda 20 mini və Samsunda xərclədiyim 13 mini Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm”.
Zərərçəkən Faiq Nəcəfov demişdi ki, övladı talassemiya xəstəsidir, eşidib ki, bu xəstələri müalicəyə göndərən şirkət var: “Aynur xanımın nömrəsini verdilər, dedilər ki, onunla əlaqə saxla. Nömrəni yoldaşıma verdim, o da danışdı. Aynur xanım dedi ki, yaxşı həkimlər var, müalicə edilər. Bizə hesab göndərdilər. Dedilər ki, müalicə üçün 10 min dollar pul lazımdır. Bunu bizə Aynur xanım dedi. Əvvəlcə 3 min manatı “Çinar Plaza”da verdik. Nuridə xanımı oarada gördüm. Dedilər, şirkətin rəhbəridir. Biz 3 min manat verdik. Qalan 7 min dolları sponsor ödəyəcəkdi. Amma sponsorun adını demədilər, dedilər ki, xeyirxah işlər görür. Sonra 2500 manat verdim. Pulu Nuridə aparatda saydı, götürdü”.
Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin dekabrın 7-də uşağı Türkiyəyə müalicəyə göndərəcəkdilər: “Amma sonra səs çıxmadı. Gördük ki, bunlar işi uzadırlar. Mən Aynur xanımla əlaqə saxladım. Dedi ki, Nuridədən ayrılıb, onunla əlaqəsi yoxdur. Mənə dedilər ki, şikayətçi çoxdur. Mən də Nərimanovda ofisdə ərizə yazdım, vəd verdilər ki, 15 iş gününə pul qayıdacaq. Nuridə xanım dedi ki, ərizə yaz, pulunu geri qaytaracaqlar. Mən də ofisdə Aysel xanımın yanında ərizə yazmışdım. Sonra eşitdim ki, Nuridə həbs olunub. Mən şikayətçi kimi istintaqa cəlb olundum”.
Zərərçəkmiş bildirib ki, pulun ödənilməsi ilə bağlı ona müqavilə verilib, amma pulun ödəndiyini təsdiq edən çek verilməyib. Zərərçəkmiş deyib ki, Aynur Bayramova ona köməklik göstərəcəyini vəd edib. Pulu Nuridə və Aynurun yanında stolun üstünə qoyub. Daha sonra zərərçəkmiş Kamil Əhmədov ifadə verib. O bildirib ki, həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkir.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.
Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb. Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. Hər 3 müttəhimə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbərin oxunma sayı : 874
Hadisə
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Murad Süleymanov susur: Baş həkim Elnarə Canlının ali tibbi təhsili varmı?..
-
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…
-
Qadınların hərbi xidməti ilə bağlı qanun dəyişir - Yeni təklif
-
İsraildə İran casusu tutuldu - Yüksəkvəzifəli şəxsi izləyirmiş
-
Nazirdən yeni kadr təyinatı - Bir nazirlikdən digərinə vəzifəyə getdi
-
Diş fırçaları Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
TƏBİB məlumat yaydı - Vüqar Qurbanovla vəzifəsindən azad olunub
-
Azərbaycanda bu vaxta qədər olan ən rəzil reklam - Qadını soyundurub...
-
Mediada bu məlumatları yayanlar həbs ediləcək - Ali Məhkəmə
-
Prezidentin Serbiyaya səfəri başa çatdı - FOTOLAR
-
Vətəndaşın cibinə qurulan “reklam tələsi“: “Park Yasamal“da nələr baş verir?
-
TƏBİB-in icraçı direktoru işdən çıxarılıb? - Səlahiyyətləri müavininə həvalə olunub...
-
Ən soyuq və ən isti nöqtələr açıqlandı: Fərq 100 dərəcəyə yaxındır
-
Xətai rayonunda yaşayış binasında yanğın olub - VİDEO
-
Prezidentlər qeyri-rəsmi səhər yeməyində - FOTOLAR
-
“Medi Hall“da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı
-
Astarada 64 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO
-
Baxçalı “Bozo”ya zəng etdi - “Yeraltı” ilə bağlı paylaşım
-
İcra başçısı köməkçisini işdən çıxarıb şəhərə “mer” təyin etdi - FOTO
-
SOCAR AQŞ işçilərindən etiraz: “Dekabrdan maaş vermirlər”
-
Gecə 2-də tanımadığı evin qapısını döydü - Həbs edildi
-
“Milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçiriləcək“ - AMB məlumat yaydı
-
İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi
-
Bakıda şirkət rəhbəri işçiləri “blok“a atdı: Qanunsuz əməlləri ifşa olundu (VİDEO)
-
Antarktidada ölümcül virus yayıldı: Vəhşi quşların kütləvi tələfatı baş verir
-
“Epşteyn faylları”ndakı 300-dən çox məşhurun adını açıqladı - Siyahıda özü də var
-
Bakıya qatı duman çökdü:Görünüş məsafəsi məhdudlaşdı
-
Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO
-
Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq - Tramp
-
Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur - VİDEO
-
Astaradakı “Astalanya“ istirahət mərkəzi işçilərin maaşını vermir - VİDEO
-
İranda fəhlələri daşıyan avtobus gülləbaran olunub - Ölən və yaralananlar var
-
Bakı gömrük terminalı avtomobilsiz qalıb - Səbəb güzəştlərin ləğvidir (VİDEO)
-
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır
-
Azərbaycanın coğrafi vəziyyəti onun əsas üstünlüklərindən biridir
-
“Xahiş edirəm, buna maksimum ciddi yanaşsınlar” - Prezident tapşırıq verdi
-
Bir zamanlar bütün SSRİ-ni güllə təmin edirdik - İndi Afrikadan alırıq
-
Avropada ən çox maaş alan futbolçular - SİYAHI
-
İlham Əliyev və Vuçiç mətbuata bəyanatla çıxış etdilər - FOTOLAR
-
Təzyiqi necə aşağı salmaq olar? - Kardioloqlardan 6 yeni tövsiyə
-
Əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm - Vuçiç
-
“Ermənilər bizə heç vaxt “azərbaycanlı“ demədilər“ - VİDEO
-
“Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq“ - İlham Əliyev
-
Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir“ - Natiq Şirinov
-
Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları...
-
Azərbaycan benzini hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Süfrələrimizin yeni favoriti - Quru meyvə bazarında qiymətlər necə dəyişir?
-
Mehriban Əliyevadan təxribat xarakterli suala sərrast cavab - VİDEO
-
Britaniya nəhəng hərbi gəmisini Arktikaya göndərir - Kir Starmer
-
Prezident serbiyalı həmkarı ilə təkbətək görüşüb - FOTOLAR
-
Magistraturaya qəbul imtahanı keçirildi: Nəticələr nə vaxt açıqlanacaq?
-
İlham Əliyev Belqradda Ümummilli Liderin abidəsini ziyarət etdi - Fotolar
-
Serbiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO
-
Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib - FOTOLAR
-
Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadıldı - QMİ-dən açıqlama
-
“Rusiya, ABŞ və Ukrayna danışıqları “məlumat sızdırmadan“ aparmağa dair razılaşıblar“ - Mixail Qaluzin
-
Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi
-
4 ildir yeni tikiliyə köçüblər, həyətlərində hələ də qazıntı aparılır - VİDEO
-
Rəqəmsallaşmanın sürətlənməsi ölkəmizin əsas prioritetlərindən biridir
-
“Avropa müəyyən zəmanətlər şərti ilə Rusiya ilə dialoqa hazırdır“ - Kallas
-
Vaşinqtonun yeni planı: İrandan Çinə neft ixracı dayandırılır
-
Daha bir ərazidə söküntü - 2700 AZN kompensasiya təklif edilir
-
Salyanda kanalizasiya xəttinin çəkilişi yolları keçilməz etdi - VİDEO
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
ADSEA-nın su təchizatında ciddi qanun pozuntuları aşkarlanıb - Rəsmi
-
Prezident sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb - VİDEO
-
Bakıda yeni təhlükəli dəb: Sevgini qan və məzar torpağı ilə sübut edirlər
-
Navalnı zəhərlənərək öldürülüb - Beş ölkə təsdiqlədi
-
ABŞ mütəxəssisləri Norveçə niyə getdilər? - Şübhəli qurğu araşdırılır
-
Bakıda 1194 bina qeydiyyata alındı - Yaşayış üçün risklidir
-
Meyiti tapılan kişinin qardaşından şok iddia: “Heç dəli də oraya getməzdi“
-
Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular
-
Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?
-
Prezident erməni nümayəndənin təxribatçı sualına belə cavab verdi - Video
-
Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb - İlham Əliyev
-
Xəbəri olmadan sosial şəbəkədə adından pul yığılır - VİDEO
-
Magistral yollarda quraşdırılan bariyerlərin məqsədi nədir? - VİDEO
-
Prezident Münxendə görüşlər keçirdi - FOTOLAR/VİDEO
-
Ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı - Ölkədən çıxışına qadağa qoyulub
-
Hüquqşünaslarla bağlı haçalanan mövqelər - Formal bolluq, real çatışmazlıq
-
Zelenski İlham Əliyevə təşəkkür etdi - VİDEO
-
Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR
-
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
-
Prezident İlham Əliyev Münxendə panel iclasda iştirak edib - VİDEO
-
Naxçıvanda ailə üzvləri dəm qazından zəhərləndi - Baba və nəvə öldü
-
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
-
Azərbaycanın qaraya boyanan 14 fevralı - Murovdağ faciəsi
-
Prezident İlham Əliyevin Münhendə Volodimir Zelenski ilə görüşü olub - VİDEO
-
Sabah yağış qısamüddətli intensivləşəcək - XƏBƏRDARLIQ
-
Meydan TV-nin efirinə çıxan Fuad Qəhrəmanlı gözləmədiyi ilə qarşılaşdı - VİDEO
-
“Bu müharibə “ənənəvi məğlubiyyət”lə bitməyəcək” - ABŞ Dövlət katibi
-
Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı - FOTOLAR
-
Siyasi proseslər futbola da müdaxilə etdi: İran millisi özünə rəqib tapa bilmir
-
“ABŞ 2026-cı ildə Ukraynaya 15 milyard dollarlıq silah verəcək” - Rutte
-
14 illik övlad həsrətinə kənd sakinlərindən sürpriz - VİDEO
-
Məşhur “Pitomnik bağı“ ləğv edilir? - Rəsmi açıqlama
-
“Ayətullah istəsə, Tramp onunla görüşər” - Marko Rubio
-
“İşə düzəltmək” adı ilə 12 minə yaxın pulunu ələ keçirdi - Həbs olundu
-
Messi 2026-cı il Dünya Çempionatını buraxa bilər - “The Touchline”
-
Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu - SƏBƏB
-
“Ukrayna müharibəsində birbaşa iştirak edən tərəf deyilik“ - Çin XİN başçısı
-
Zakir Həsənov generalları topladı, tapşırıqlar verdi - MN-də Kollegiya iclası
-
Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq-Video
-
Maşında 15 yaşlı qızla insi əlaqədə olan 24 yaşlı şəxs saxlanıldı - İsmayıllıda...
-
“Ukraynada işğal etdiyi hər kilometr torpaq Rusiyaya 170 əsgərə başa gəlir“ - Zelenski
-
“ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər“ - Rubio
-
Sabah olimpiadada erməni təxribatı gözlənilir - Nə edəcəklər?
-
Hakimin dəm qazından ölümünə görə cəza verildi - Çilingər günahkar bilindi
-
“Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər“ - “Politico“
-
Arayik və separatçı dəstəsini əfv edə bilərsiniz? - Prezident bu suala belə cavab verdi
-
Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı - Yerinə təyinat oldu + FOTO
-
“KapitalBank“ rəhbərinin peşəkarlığı sual doğurdu - Amma hər ilin sonu milyonlarla manat bonus alırlar...
-
“Avropa müdafiə baxımından ABŞ-dan ifrat asılılıqdan uzaqlaşmalıdır“ - Starmer
-
Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil - PREZİDENT
-
Paytaxtda sahibkar yol kənarını zəbt etdi - Qurumlar nə cavab verdilər?
-
Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
-
“Bundesveri Avropanın ən güclü ordusuna çevirəcəyik“ - Merts
-
Masazırda kanalizasiya suları küçəyə axır - Sakinlər çarəsizdir - VİDEO
TOP 10
ARXİV






