Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli Aleyna Tilkinin hamam oyuncaqları - Foto
Axtar
 
  • / Maqazin / — 19 May 2020

    Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 04 May 2020

    Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO

  • / Maqazin / — 20 Aprel 2020

    “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli

  • / Maqazin / — 19 Aprel 2020

    Aleyna Tilkinin hamam oyuncaqları - Foto

  • / Maqazin / — 16 Aprel 2020

    Xalq artistinin yataqdan görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 16 Aprel 2020

    Çılpaq bədənlərini yastıqla örtən azərbaycanlılar... - FOTOLAR

347 obyekt sahibinə xəbərdarlıq olundu, 71-i isə cərimələndi – DİN-dən qaydaları pozanlara xəbərdarlıq

Tarix 23.03.20, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, konkret olaraq kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 15:00-dək müəyyən edilib:

“Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir.

Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15:00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə müəyyən edilən konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilib.

Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunub, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilib.

Eyni zamanda koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunub. 

Xatırladaq ki, respublikanın şəhər və rayonalrında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən 3 xüsusi polis postu yaradılıb. Bugünədək müəyyən edilən məhdudiyyəti pozmaqla Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4 000 avtomobil geri qaytarılıb.

Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılanmasını xahiş edirik”.




Xəbərin oxunma sayı : 199

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda