“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

66 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik

Tarix 19.11.20, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarəti davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, noyabrın 18-də aparılan monitorinqlər zamanı Binəqədi rayonunda “Qarabağ ucuz market”də, “Aptek-193”də, Nərimanov rayonunda “Laminat evi” mağazasında, “Məhəllə market”də, Nəsimi rayonunda Rəcəb Nəsirova, İlqar Fərmanova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Rüstəm Qədirliyə məxsus ərzaq mağazasında, Qaradağ rayonunda “Kaktus mebel salonu”nda, Sabunçu rayonunda “Fito çay” ticarət obyektində, “Eccentric–mağaza”da, Səbail rayonunda “Sevimli dad mağazası”nda, “İvanovka mağazası”nda, Suraxanı rayonunda “Oba market”də, “Al market”də, Xətai rayonunda “Elya butik” mağazasında, Xasay Əliyevə məxsus pərakəndə ticarət obyektində, Xəzər rayonunda Adil Əliyevə məxsus tikinti materialları mağazasında, Yasamal rayonunda “Avromart 5 mərtəbə” mağazasında, “Dalğa market”də, Gəncə şəhərində “Sahil uşaq geyimləri mağazası”nda, “Stimul keramika mağazası”nda, Sumqayıt şəhərində “Halal market”də, “Qayalı market”də, Abşeron rayonunda Polad Məmmədova məxsus “Ləziz şirniyyat evi”ndə, Zahir Mahmudova məxsus mağazada, Quba rayonunda Əziz Əliağayevə məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Mənsiməxanım Ağaşovaya, İlqar Ələkbərova məxsus pərakəndə ticarət obyektlərində, Şəmkir rayonunda “Billur home” mağazasında, Yasin Nəcəfova məxsus mebel mağazasında, ümumilikdə 66 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.



Xəbərin oxunma sayı : 571




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap