Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“48 saat içərisində yeni sanksiyalar tətbiq olunucaq“ - ABŞ və İran arasında gərginlik yenidən artır

Tarix 19.09.19, 20:12

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp 48 saat içərisində İrana yeni sanksiyalar tətbiq edəcəklərini bildirib.

Musavat.com xəbər verir ki, jurnalistlərin suallarını cavablayan ABŞ prezidenti "Nə olacağını birlikdə görəcəyik" deyib.

D.Tramp Los-Anceles Beynəlxalq Hava Limanında yeni Milli Təhlükəsizlik Müşaviri Robert O`Brienlə birlikdə çıxış edib.

Donald Tramp jurnalistlərin İranla bağlı suallarına bu cür cavab verib: "İrana çox önəmli sanksiyalar tətbiq olunacaq. Bunu da 48 saat içərisində bütün dünyaya elan edəcəyik. İranla müharibə etmək ən sonuncu seçimdir. Hazırda önümüzdə başqa seçimlər var. Əgər bir şey etməmiz lazım gələrsə bunu tərəddüdsüz edərik. Ümumi olaraq nələr olacağını birlikdə görəcəyik".

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş vasitəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ da hücuma görə İranı ittiham edib.





Xəbərin oxunma sayı : 571




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap