“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kəşfiyyatın məxfi məlumatı mediaya sızdı: sensasion təfərrüatlar

Tarix 06.07.25, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Fransa kəşfiyyat orqanlarının məxfi hesabatlarına görə, Çin hökuməti son aylarda Fransanın qüruru sayılan "Rafale" qırıcılarının ixracını zəiflətmək üçün genişmiqyaslı dezinformasiya kampaniyası həyata keçirib.

Bu barədə məlumatı "Associated Press" yayıb.

Kəşfiyyat məlumatlarında bildirilir ki, Pekin öz diplomatik şəbəkəsindən, xüsusən də səfirliklərdəki hərbi attaşelərdən istifadə edərək, "Rafale" təyyarələrinin döyüş imkanlarını şübhə altına almağa çalışıb. Çinin bu taktikasının əsas hədəfi İndoneziya kimi "Rafale" sifariş etmiş və ya almağı planlaşdıran ölkələr olub. Onlara Fransanın döyüş aviasiyasını deyil, Çin istehsalı olan döyüş təyyarələrini seçmək tövsiyə olunub.

Maraqlıdır ki, bu kampaniya Hindistan və Pakistan arasında 2025-ci ilin mayında baş verən hava toqquşmalarından sonra xüsusi sürət qazanıb. Pakistan həmin döyüşlərdə beş Hindistan təyyarəsini – o cümlədən üç "Rafale"ni vurduğunu iddia edib. Fransa Müdafiə Nazirliyi isə yalnız bir "Rafale" təyyarəsinin itirildiyini təsdiqləyib və bu, "Rafale"nin tarixində ilk döyüş itkisi kimi qeydə alınıb.

Fransanın Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, Çin tərəfinin yaydığı bu saxta məlumatlar yalnız "Rafale" təyyarələrini deyil, bütövlükdə Fransanın müdafiə sənayesinin nüfuzunu və texnoloji imicini hədəf alır. Çin Xarici İşlər Nazirliyi isə ittihamları qəti şəkildə rədd edib, bunları "əsassız şayiə və böhtan" adlandırıb.



Xəbərin oxunma sayı : 649




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap