“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Zamin durmadan öncə 2 dəfə düşünün - Borcdan əlavə öhdəliklər

Tarix 22.09.26, 13:07

Font ölçüsü : - / +
bitmap-img6


Bank kreditlərində zamin durmaq hüquqi müstəvidə kifayət qədər ciddi öhdəlik və məsuliyyət tələb edən addımdır. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsi zaminin məsuliyyətini yalnız əsas borc məbləği ilə məhdudlaşdırmır, kredit öhdəliyinin yerinə yetirilməməsindən doğan əlavə xərclərin də zaminin üzərinə düşməsini birbaşa təsbit edir.

AzFakt.com xəbər verir ki, Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, zamin kreditor (bank) qarşısında borclu ilə eyni həcmdə cavabdehlik daşıyır. Bu qanunvericilik norması göstərir ki, borclu kredit ödənişini gecikdirdikdə və ya ümumiyyətlə ödəmədikdə, bank tərəfindən hesablanan faizlər, cərimələr və digər maliyyə sanksiyaları avtomatik olaraq zaminin də öhdəliyinə çevrilir.

Yaranan əlavə xərclərin tərkibinə müqavilə şərtlərinin pozulmasına görə tətbiq edilən dəbbə pulu (dəymiş zərər), hesablanmış əlavə faizlər, habelə borcun məcburi qaydada tutulması üçün bankın çəkdiyi hüquqi xərclər daxildir.

Əgər məsələ məhkəmə müstəvisinə keçərsə, Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddia qaldırılması üçün ödənilən dövlət rüsumu və işə baxılması ilə bağlı digər məhkəmə xərcləri də zaminin üzərinə qoyulur. Məhkəmə qərarı icraya yönəldildikdə isə icra məmurları tərəfindən tətbiq edilən icra ödənişləri (məcburi icra xərcləri) də cavabdeh qismində zaminin əmlakından və ya əməkhaqqından tutula bilər.

Təcrübədə banklar adətən müştərək zaminlik müqavilələrinə üstünlük verirlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borc ödənilmədikdə kreditor əsas borclu ilə zaminə qarşı müştərək tələb irəli sürmək hüququna malikdir. Bu da banka imkan verir ki, əsas borclunun ödəniş qabiliyyətinin olub-mamasından asılı olmayaraq, birbaşa zaminə müraciət etsin və bütün borcu — əsas məbləğ, faiz və bütün əlavə xərclər daxil olmaqla — ondan tələb etsin.

Zaminin bu cür əlavə xərclərdən azad olmasının yeganə hüquqi yolu zaminlik müqaviləsi bağlanarkən məsuliyyətin həcmini xüsusi bəndlə məhdudlaşdırmaqdır. Mülki Məcəllənin 472.2-ci maddəsində yer alan "zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa" qeydi tərəflərə müqavilə sərbəstliyi verir. Əgər müqavilədə zaminin yalnız əsas borca görə məsuliyyət daşıdığı, dəbbə pulu və məhkəmə xərclərinə görə cavabdeh olmadığı açıq şəkildə yazılarsa, bank əlavə xərcləri zamindən tələb edə bilməz. Lakin kommersiya banklarının standart təcrübəsində bu cür məhdudlaşdırıcı bəndlərə nadir hallarda rast gəlinir.

Öhdəliyin icrasından sonra zaminin hüquqi müdafiəsi Mülki Məcəllənin 474.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, kreditorun tələbini yerinə yetirən zamin reqres (geritələb) hüququ qazanır. Bu o deməkdir ki, zamin banka ödədyi bütün summanı — əsas borcu, faizləri, cərimələri və ödənilmiş məhkəmə-icra xərclərini — sonradan əsas borcludan məhkəmə qaydasında tələb etmək və zərərini təmin etmək hüququna malikdir./yenisabah/



Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap