“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Şimal bölgəsində yanğınlar 4 min hektar əraziyə ziyan vurub“ - Etibar Mirzəyev

Tarix 19.08.22, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


"Avqustun 15-dən şimal bölgəsində yanğınlar davam edir. Təəssüf ki, yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında olmaqla, böyük ərazini əhatə edib. Bu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Təbiətə böyük ziyan dəyib. İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan vurub".

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Qubada jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, genişmiqyaslı yanğın ilk olaraq Şabran rayonunun Dağbilici kəndi yaxınlığında biçilmiş əkin sahəsindən başlayıb.

“Yanğının əsas səbəbi insan amili ilə bağlıdır. Ümumiyyətlə, ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib. Ötən beş gün müddətində güclü küləklə müşayiət olunan hava şəraiti oldu. Küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğını fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Bəzən yanğınsöndürənlər boğulmaq təhlükəsi ilə üz-üzə qalırdılar. Çox şükür olsun ki, bu yanğın hadisələri zamanı xəsarət alan olmadı. Vətəndaşlarımızdan xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər”, - Etibar Mirzəyev söyləyib.



Xəbərin oxunma sayı : 817




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap