“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Əlbəttə, mən geri qayıdacağam, əgər gürcü xalqı...“ - Saakaşvili

Tarix 24.09.21, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkilərinə qədər vətəninə qayıdacaq.

Bu barədə sabiq prezident özünün “Facebook” səhifəsindəki müraciətində bildirib.

O, Gürcüstanda hakimiyyət dəyişikliyi üçün tərəfdarlarını daha aktiv olmağa çağırıb: “Əlbəttə, mən geri qayıdacağam, lakin əgər gürcü xalqı aktiv olmasa, nəyisə dəyişdirə bilməyəcəyəm. Bütün bunların öz məntiqi var. Ona görə də bizim fəaliyyətə keçmək üçün bir neçə günümüz qalır”, - deyə M. Saakaşvili qeyd edib.

O, hakim “Gürcü arzusu” partiyasının oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə seçkilərində məğlub olacağına, bundan sonra ölkədə erkən parlament seçkiləri keçiriləcəyinə və hakimiyyətin dəyişəcəyinə inandığını vurğulayıb.

Xatırladaq ki, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan M. Saakaşvilinin Gürcüstan vətəndaşlığı ləğv edilib və ona qarşı vəzifədən sui-istifadə maddəsi ilə başlanan cinayət işi üzrə həbs edilməsi barədə məhkəmə qərarı var. Gürcüstanın hakimiyyət nümayəndələri ölkəyə qayıdacağı təqdirdə sabiq prezidentin hava limanından birbaşa həbsxanaya aparılacağını bildiriblər/APA.



Xəbərin oxunma sayı : 910




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap