“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ Ukraynanı hədələdi: Hücumları dayandır, yoxsa...

Tarix 10.10.26, 16:43

Font ölçüsü : - / +
bitmap-img6


Kiyev ABŞ Prezidenti Donald Trampın Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələblərini qulaqardına vurmağa davam edəcəyi təqdirdə, Ukraynanı kəşfiyyat məlumatlarını paylaşmağı dayandıracaqları ilə hədələyib. 

“Axios” xəbər verir ki, belə bir təhdid cümə günü Mayamidə Trampın nümayəndələri Stiv Vitkof və Cared Kuşner ilə Ukrayna nümayəndə heyəti arasında davam edən səkkiz saatlıq danışıqlar zamanı edilib.
Nəşrin yazdığına görə, ABŞ rəsmiləri Kiyevdən Rusiya neft emalı zavodlarına zərbələri birtərəfli qaydada dayandırmağı tələb ediblər. Vaşinqtonun mövqeyinə əsasən, bu hücumlar ABŞ-da yanacağın qiymətinin artmasına təsir göstərib.

Mənbənin bildirdiyinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırması ilə əlaqələndirməyi təklif edib. Lakin iddiaya əsasən, Tramp bu iki addımı ekvivalent hesab etməyib.

Axios-a danışan ABŞ rəsmisi bildirib ki, Zelenski vəziyyəti düzgün qiymətləndirmir və Rusiya neft emalı zavodlarına zərbələri davam etdirməklə son altı ay ərzində Trampla qurduğu müsbət münasibətlərə zərər vurur.

Nəşrin mənbələri, həmçinin ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələdiyini iddia ediblər.

Nəşr onu da yazıb ki, Ağ Ev rəsmisi deyilənləri təkzib edərək söyləyib ki, əksinə Uitkof və Kuşner ukraynalılara ABŞ-nin sursat və kəşfiyyat təmin edən güclü tərəfdaş olduğunu bildiriblər.

Rəsmi “Axios”a deyib ki, danışıqlar ABŞ, Avropa və NATO-nun müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın bir hissəsi olaraq Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətlərinin yekunlaşdırılmasına yönəlib.



Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap