“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Tarix 05.10.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir.

Uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurların həyatında dərin iz buraxıb.

Cennifer Lopez
Müğənni Ben Affleklə münasibətini sonlandırdıqdan sonra onun şəxsi həyatı yenidən diqqət mərkəzinə düşüb. Lopez bir neçə dəfə ailə həyatı qursa da, münasibətləri uzunömürlü olmayıb.

Sandra Bullok
Aktrisanın şəxsi həyatında da ağır hadisələr yaşanıb. O, keçmiş həyat yoldaşının xəyanəti ilə üzləşib, boşanıb, daha sonra isə sevgilisi Brayan Rendallı itirib.

Britni Spirs
Castin Timberleykdən ayrıldıqdan sonra Britni Spirsin şəxsi həyatı qalmaqallar və uğursuz münasibətlərlə gündəmə gəlib. Müğənninin sonrakı evlilikləri də uzun çəkməyib.

Naomi Kempbell
Dünyaca məşhur model müxtəlif dövrlərdə tanınmış kişilərlə münasibətdə olsa da, onun heç bir ciddi münasibəti uzunmüddətli olmayıb.

Madonna
Madonna müsahibələrində güclü və dominant xarakterinin münasibətlərinə təsir etdiyini etiraf edib. Müğənni hesab edir ki, bəzi kişilər onun xarakteri ilə ayaqlaşmaqda çətinlik çəkirlər. Bu səbəbdən münasibətləri hər zaman yarımçıq qalıb.

Linda Yevanqelista
Supermodel uğursuz münasibətlərdən sonra yeni sevgiyə can atmadığını deyib. O, tək yaşamağa öyrəşdiyini və hazırda özünü bu şəkildə daha rahat hiss etdiyini bildirib./Lent.az



Xəbərin oxunma sayı : 163




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap