“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Afət Fərmanqızı yenə də məhkəməyə verildi - Dəniz Əsədova şikayətçidir

Tarix 15.09.26, 21:06

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Dəniz Əsədova Rusiyada fəaliyyət göstərən müğənni Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bu barədə Dəniz Əsədovanın vəkili Mirzə Xankişiyev məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəməyə müraciət edilməsinə səbəb Afət Fərmanqızının sosial şəbəkələr vasitəsilə həmkarına qarşı təhqir və böhtan xarakterli ifadələr işlətməsi iddiasıdır.

Mirzə Xankişiyev bildirib ki, Afət Fərmanqızı sosial şəbəkədə canlı yayım açaraq Dəniz Əsədova ilə yanaşı, onun azyaşlı övladları barədə də təhqiramiz ifadələr səsləndirib. Vəkilin sözlərinə görə, bununla bağlı müğənniyə dəfələrlə xəbərdarlıq edilsə də, o, bu hərəkətlərini davam etdirib.

Vəkil qeyd edib ki, təhqirlərin qarşısının alınması məqsədilə müvəkkili tərəfindən aidiyyəti üzrə digər müraciətlər də edilib.

Dəniz Əsədovanın xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmənin icraatına götürülüb və prosesin vaxtı müəyyənləşdirilib.

Məhkəmə prosesi sentyabrın 22-də Saatlı Rayon Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Afət Fərmanqızı Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifova tərəfindən də xüsusi ittiham qaydasında məhkəməyə verilib.Lent.az



Xəbərin oxunma sayı : 67




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap