“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR

Tarix 14.09.26, 12:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda əhalinin sağlamlığının qorunması, xüsusən də irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 

AzFakt.com xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanıb, bu sahədə müvafiq qanunlar qəbul edilib. Eləcə də Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı 20 ildən çoxdur ki, ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan proqramın mahiyyəti yalnız mövcud xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də xəstəliyin genişlənməsinin qarşısının alınması, sağlam donor qanının təminatı kimi vacib sahələri əhatə edir.

Belə nəcib təşəbbüslərin davamı olaraq, sentyabrın 9-u Beyləqan Rayon İcra Hakimiyyəti, “Respublika Qan Bankı” publik hüquqi şəxsi və “Beyləqan RMX”sı publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Gənclər Evində könüllü qanvermə aksiyası keçirilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Aparatın məsul nümayəndələri və “Beyləqan RMX” publik hüquqi şəxsin direktoru Leylan Nəsirova ilə birlikdə aksiyanın keçirildiyi yerə baxış keçirib, burada yaradılmış şəraitlə tanış olub və qanvermə aksiyasına qoşulan donorlarla söhbət aparıb.

Aksiya zamanı donorların ilkin tibbi müayinəsi həyata keçirilib, qanverməyə uyğunluqları müvafiq qaydada yoxlanılıb. Tibbi personal tərəfindən qanvermə prosesi təhlükəsizlik və sanitariya normalarına uyğun şəkildə təşkil olunub.

Aksiyada iştirak edən könüllü donorların hər birinin qanvermə təşəbbüsü yüksək humanist dəyər daşıyaraq talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.







Xəbərin oxunma sayı : 76




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap