“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər - Asahi

Tarix 13.09.26, 13:29

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər.

"Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir.

Yaxın Şərqdən Asiyaya neft tədarükü üçün ənənəvi marşrut olan Hörmüz boğazından keçən səfər əvvəllər gediş-gəliş üçün 40 gün çəkirdi. Alternativ marşrut kimi istifadə oluna biləcək Babül-Məndəb boğazından keçid də təxminən eyni müddət - 40-50 gün davam edir.

Hörmüz boğazının hazırkı blokadasından sonra Babül-Məndəb boğazının da bağlanması halında gəmilər Süveyş kanalı vasitəsilə, daha sonra isə Ümid burnunun ətrafından keçməli olacaqlar. "Asahi"nin qeyd etdiyi kimi, bu marşrut gediş-gəliş üçün təxminən 100 gün çəkəcək və nəticədə nəqliyyat xərclərinin qaçılmaz şəkildə artmasına səbəb olacaq.

Qırmızı dənizdəki Səudiyyə limanlarından Asiyaya istiqamətlənən gəmilər Yəmənin cənub-qərb ucunda yerləşən Babül-Məndəb boğazından keçməlidirlər.



Xəbərin oxunma sayı : 61




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap