| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
2030-a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? - HƏDƏFLƏR
Tarix 04.10.26, 10:26 |
|
Dünyada baş verən qlobal dəyişikliklər, qeyri-sabit mühit və təchizat zəncirindəki qırılmalar Azərbaycanın iqtisadi inkişafla bağlı prioritetlərini, hədəflərini yenidən formalaşdırmağa sövq edir. Bu çağırışlar fonunda iqtisadi inkişafla bağlı gələcək illərdə prioritet sayıla biləcək sahələrə xüsusi diqqət yetirilir. Konkret müddət və hədəfləri özündə əks etdirən dövlət proqramları qəbul olunur. Bəs Azərbaycan iqtisadiyyatının gələcək hədəfləri hansı sahələrdir?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Yaxın illərin əsas inkişaf istiqamətləri
Öncə onu qeyd edək ki, prioritet istiqamətlər üzrə qəbul edilən ayrı-ayrı dövlət proqramları yaxın bir neçə ili hədəfləyir. Son tarix əksər hallarda 2030-cu il nəzərdə tutulur.
Prezident İlham Əliyevin 30 may 2025-ci il tarixli Sərəncamı ilə 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələrinin hazırlanmasına başlanılıb. Sənədlər İqtisadi Şurada müzakirə olunaraq Azərbaycan Prezidentinə təqdim edilib. Sərəncamda da qeyd edilir ki, əsas hədəf ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsidir. Sərəncamda prioritet sektorlar üzrə müvafiq Dövlət Proqramlarının qəbulunun vacibliyi ön plana çəkilib. Buraya kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı, turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı (2027–2030) daxildir. Mövcud sahələr üzrə daha konkret və aydın proqnozların hazırlanması və məlumatlara çıxışın əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının hazırlanması da prioritet elan edilib.
Aqrar sektorda artım gözləntiləri
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” 2026-cı ilin may ayında təsdiq edilib. Proqramın əsas hədəfləri aşağıdakılardır:
- Kənd təsərrüfatı üzrə ÜDM-in 2% və ya daha çox artırılması.
- Aqrar məhsulların ixracının altı milyard dollara çatdırılması.
- 5,9 milyard manat vəsait investisiya olaraq yatırılması.
- 300 min hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi.
- Buğda və pambıq üzrə məhsuldarlığın hər hektara 50 sentnerə yüksəldilməsi.
- Damazlıq iribuynuzlu heyvanların xüsusi çəkisinin 10%-ə çatdırılması.
- Ət, süd və quş əti istehsalının 20–30% artırılması.
- Akvakultura məhsulları istehsalının 7,700 tona çatdırılması.
Turizmdə 12,2 milyardlıq hədəf
Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə turizm sektorunun sistemli inkişafını və qeyri-neft iqtisadiyyatının şaxələndirilməsini hədəfləyir. Proqrama əsasən, 2030-cu ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayının 3,8 milyon nəfərə çatdırılması nəzərdə tutulur. Azərbaycanda üç yeni turizm və rekreasiya zonası yaradılacaq və bu zonaların hər birində ən azı üç turizm mərkəzi qurulacaq. Hər il ən azı bir yeni hədəf turizm istiqaməti üzrə birbaşa uçuşlara başlanılacaq və proqramın sonunadək bu istiqamətlərin sayı azı dördə çatdırılacaq. Mövcud uçuş tezlikləri 20% artırılacaq. Azərbaycan hər il azı 20 beynəlxalq turizm sərgisində təmsil olunacaq və xarici turoperatorların sayının 10% artırılmasına nail olunacaq. 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 % real artım hədəflənir. Gələn il sektorda 8,5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12,2 milyard manata çatdırılması gözlənilir.
Dağ-mədən sənayesi
“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” sentyabrda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənib. Proqramın əsas hədəfləri aşağıdakılardır:
- Sektorun illik ixrac potensialının 2030-cu ilədək 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılması.
- Sənaye zəncirinin hasilatdan başlayaraq dərin emala və son məhsul istehsalına qədər ölkə daxilində tam qapalı dövrədə qurulması.
- Mineral resurslardan səmərəli istifadə edilməsi və yeni yataqların iqtisadi dövriyyəyə cəlb olunması.
- Yerli zənginləşdirmə və emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsullarının yaradılması.
- Regionların sosial-iqtisadi inkişafına töhfə verməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması.
- "Made in Azerbaijan" brendinin qlobal metallurgiya bazarında mövqeyinin və rəqabət gücünün artırılması.
Davamlı, sabit və proqnozlaşdırılan iqtisadi inkişaf
Dövlət proqramlarında əksini tapan hədəflərdən da göründüyü kimi, yaxın illərdə Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft-qaz sektoru olacaq. İqtisadi inkişafın məhz bu istiqamətlər üzrə daha da sürətləndirilməsi və davamlılığın təmini gözlənilir. Təbii ki, digər ənənəvi sahələr də diqqət mərkəzindədir. Həm dövlət proqramları ilə inkişafı hədəflənən, həm də mövcud çağırışlar fonunda güclü sərmayə dəstəyi ilə inkişaf etdirilən sahələrin vahid xətt üzrə inkişafı, fəaliyyətlərin koordinasiyası mühüm şərtlərdəndir. Hədəf isə davamlı, sabit və proqnozlaşdırılan iqtisadi inkişafdır.
Xəbərin oxunma sayı : 142
Sosial
Xəbərlər
-
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama
-
ABŞ İran müharibəsindən dərs çıxarmalıdır - Medvedev
-
Ölkənin avtobus parkı “qocalır“ – 61 faizinin yaşı...
-
İran ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı tədbirlər görüb - Pezeşkian
-
Müharibə yaxınlaşır: Baltikyanı ölkələr müdafiəyə ciddi hazırlaşır
-
Bakıda fərdi ev uçdu - Ölən və yaralanan var - Video
-
“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” - Video
-
Abşeronda yaşayış binasında partlayış: Xəsarət alan var
-
Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar
-
2030-a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? - HƏDƏFLƏR
-
Nazir 400-ə yaxın müəllimi təltif etdi – SİYAHI
-
Paytaxtın ən ucuz mənzilləri - 30 min manatdan başlayır
-
Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək - Kobaxidze
-
Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir - Tramp
-
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
-
Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
-
İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır
-
6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir - “The Guardian”
-
Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO
-
Arvadı evdən çölə buraxmayan kişilər cərimələnə bilər - 300-500 manat
-
Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
-
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
-
Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib - FOTO
-
Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan var
-
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu “tapdı“: “Ermənistan vətəndaşı Tanrıya inanmalıdır“
-
Güclü yağışlar Zaqatalada fəsadlar törətdi: Körpü dağıldı - FOTO
-
Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir - “Bild“
-
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu
-
DİN narkotiklə bağlı əməliyyat keçirdi - Saxlanılanlardan biri İran vətəndaşıdır + Video
-
Vətəndaşın evini sökən “Gold Məkan” şefi həbs olundu - Həm qanunsuz söküb, həm də...
-
Nərimanovda silsilə oğurluqlar - 4 nəfər saxlanıldı
-
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
-
Azərlotereya”nın “Kosmos” uduşu - Bəs vətəndaş yerdə nə udur?
-
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - 15 oktyabrdan
-
Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?
-
Avropanı çətin payız-qış mövsümü gözləyir - “Qazprom”
-
Bayramovla Əraqçi telefonda danışdı - Nələr müzakirə olunub?
-
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
-
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
-
Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO
-
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - VİDEO
-
Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər - “Axios“
-
6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - VİDEO
-
Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu - SİYAHI
-
“Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?
-
Sabirabadda canavar təhükəsi - Xeyli heyvan tələf oldu (VİDEO)
-
Bakıda 870 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - FOTO
-
Qafar Dəmirçi “Ferrum Kapital”ın sədrliyindən getdi - 13 işçi işdən çıxarıldı
-
“Almaniyanın ən mühüm tərəfdaşı olaraq...“ - İlham Əliyev almaniyalı həmkarına yazdı
-
Marketlərdə toyuq filesi qıtlığı yaranıb - Qiymətlər artıb (VİDEO)
-
Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - FOTOLAR
-
Anar Bayramov əmr imzaladı - İlkin Namazov vəzifəsindən azad edildi
-
Elçin Əmirbəyov İsveçrə rəsmiləri ilə görüşlər keçirib - Nələr müzakirə olunub?
-
Tovuzda dəhşətli hadisə: Anasının üzərinə benzin tökərək yandırdı
-
Boşanmaq üçün məhkəməyə müraciət etdi, evində qətlə yetirildi - VİDEO
-
Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır
-
Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı - 52 nəfər saxlanıldı
-
“Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər“ - Tramp
-
“Manatlıq” taksilər yığışdırıldı: Yolda qalan sərnişin nə etsin?
-
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları” - Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
-
Dələduzlar adamları yeni üsulla aldadırlar - DTX məlumat yaydı
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - ŞİKAYƏT (VİDEO)
-
Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR
-
Ağdamda 14 milyonluq layihə: Strateji istehsal müəssisəsi yaradılır
-
Bakı-Tbilisi-Bakı qatarlarının reysləri artırıldı - Biletlər bu gündən satışdadır
-
İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - Fotolar
-
“Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır“ - Prezident
-
Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)
-
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi həbs edildi - 2 aylıq
-
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib - 3 nəfər çıxarıldı
-
Azərbaycanda 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib - FOTO
-
Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq - İlham Əliyev
-
YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi - Kimlər getdi, kimlər gəldi?
-
Nazir 20 ilin prorektorunu işdən çıxardı - Yerinə professoru təyin etdi
-
Bu telefon nömrələrinin qiyməti dodaq uçuqladır - FOTOLAR
-
Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
-
Azərbaycanda güclü yağış yağacaq - XƏBƏRDARLIQ
-
Qaxda 7 kq narkotik aşkarlandı - 2 nəfər həbs edildi
-
Sumqayıtda məktəbdə 21 şagird zəhərləndi - TƏFƏRRÜAT
-
Nazir FHN-də strukturu dəyişdi - 7 idarə şöbəyə çevrildi
-
“Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq” - Prezident
-
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Fotolar
-
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - FOTO
-
Tanınmış rəqqas qalmaqallı görüntülərdən danışdı: “Pula görə etdi“
-
Müasir ideoloji işlər aparılmalıdır - İlham Əliyev
-
ABŞ-ın İranla müharibə hazırlığı: Bu ölkələrə əlavə Patriot-lar yerləşdirildi
-
Bakıda restoran sakinlərin narazılığına səbəb olub - VİDEO
-
Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin - Prezident
-
Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?
-
Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?
-
Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi - İlham Əliyev
-
Nazir müavininin kürəkəni də həbs olundu - Fond istintaqında YENİ
-
Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır - Hikmət Hacıyev
-
Tanınmış rəqqas Nicat Azadlı maşında xanımını döydü - VİDEO
-
Demokratlar aralıq seçkilərdə qalib gəlsələr, mənə impiçment elan edəcəklər - Tramp
-
YAP-ın VIII Qurultayı keçirilir - İlham Əliyev çıxış edir
-
Azərbaycan nefti 5 faizə yaxın bahalaşdı - Yeni qiymət
-
Monqolustandan gətirilən quzu əti bahalaşdı - VİDEO
-
İran xalqı mətanəti və cəsarəti ilə bütün dünyanı heyran edib - Putin
-
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO
-
“Qızıl Saray”da istehlaka yararsız ətlər aşkarlandı - FOTOLAR
-
Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
-
“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı (VİDEO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 milyon manatlıq onlayn kazino: 6 nəfər saxlanıldı (VİDEO)
-
Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə
-
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi - QƏRAR
-
“YouTube”da AzTV-nin izləyici kütləsi artıb, ATV-ninki azalıb - TV-lərin reytinq göstəriciləri
-
Bakıda məmurun evinə oğurluğa girdilər, elə bir şey apardılar ki...- TƏFƏRRÜAT
-
Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - TƏFƏRRÜAT
-
Sabah Azərbaycanda leysan yağacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV






