“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərlotereya”nın “Kosmos” uduşu - Bəs vətəndaş yerdə nə udur?

Tarix 03.10.26, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


“Azərlotereya” sentyabr ayında “Poz-Qazan” oyunları üzrə milyonlarla manatlıq uduşların verildiyini açıqlayıb

Şirkətin yaydığı rəqəmlərdən bəlli olur ki, 3 milyon 144 min 137 uduşlu bilet və həmin biletlər üzrə ümumilikdə 15 milyon 823 min 889 manatlıq uduş olub.

AzFakt.com Bizimesr.info portalına istinadən xəbər verir ki, amma şirkətin açıqlamasında ay ərzində neçə lotereya biletinin satışa çıxarıldığı, neçə biletin satıldığı və neçə biletin uduşsuz olduğu barədə isə məlumat yer almır.

“Azərlotereya”nın məlumatında qeyd olunur ki, sentyabr ayında “Poz-Qazan” oyunlarında 22 böyük uduş qeydə alınıb.

Amma əsas rəqəm hansıdır?

Burada diqqət çəkən məsələ şirkətin açıqladığı 3 milyon 144 min 137 uduşlu bilet rəqəminin özü deyil. Əsas məsələ bu rəqəmin ümumi satılan biletlərin neçə faizini təşkil etməsidir.

Məsələn, “Azərlotereya” rəsmiləri açıqlaya bilərmi ki, sentyabr ayında 3 milyon 144 min 137 uduşlu bilet qeydə alınıbsa, həmin ay ümumilikdə neçə bilet satılıb? - 10 milyon? 20 milyon? 30 milyon? 

Bu rəqəm açıqlanmadığı üçün 3 milyon 144 min 137 uduşlu biletin ümumi satışdakı payını hesablamaq mümkün deyil.

Eyni zamanda, neçə biletin uduşsuz olduğu da açıqlanmır.

Qanun nə deyir?

“Lotereyalar haqqında” Qanunda lotereyanın şərtlərində uduş fondu barədə məlumatın göstərilməsi nəzərdə tutulur. Tirajlı lotereyada uduş fondu satılmış biletlərin sayından asılı olaraq müəyyən edilirsə, onun satılmış biletlərin ümumi məbləğinə nisbəti də göstərilməlidir. Qanun həmçinin tirajlı lotereyanın uduş fondunun minimum və maksimum hədlərini müəyyən edir: müvafiq tiraj üzrə buraxılmış və ya satılmış biletlərin ümumi məbləğinin 50 faizindən az, 80 faizindən çox olmamalıdır. Bununla yanaşı, qanunvericilik lotereyanın şərtlərinin ictimaiyyətə açıqlanmasını da tələb edir.

Bu baxımdan, “Azərlotereya”nın aylıq statistikasında yalnız neçə milyon manat uduş verildiyinin deyil, həmin rəqəmin ümumi satış və uduş ehtimalı ilə müqayisədə nə ifadə etdiyinin də göstərilməsi daha dolğun mənzərə yarada bilər.

Reklam statistikası, yoxsa tam hesabat?

Böyük uduşların- 50 min, 25 min, 10 min manat və digər məbləğlərin ön plana çıxarılması lotereyanın reklam kommunikasiya strategiyasının bir hissəsidir. Lakin belə məlumatlar lotereyanın maliyyə mənzərəsini tam göstərmir və oxucunu aldadır. Çünki lotoreya alan vətəndaş üçün əsas suallardan biri “mənim aldığım biletin uduş qazanmaq ehtimalı nə qədərdir və ümumilikdə satılan biletlərin neçə faizi uduşlu olur"a cavab axtarmaqdır. 

Bu suala cavab vermək üçün isə təkcə böyük uduşların sayını bilmək kifayət etmir. Məsələn, 3 milyon 144 min 137 uduşlu bilet rəqəmi ilk baxışdan böyük görünür. Ancaq ümumilikdə 5 milyon, 10 milyon və ya 30 milyon bilet satılıbsa, bu rəqəmin mənası tamamilə fərqli olur.

“Azərlotereya”nın mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 199




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap