“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi - FOTO

Tarix 08.10.26, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət Nazirliyinin sabiq aparat rəhbəri Vasif Eyvazzadə amerikalı professor Şaista Xilji (Shaista E. Khilji) ilə birlikdə yeni təşkilat təsis edib.

AzFakt.com Yurd.Media-ya istinadən xəbər verir ki, onların birgə yaratdığı "Intelligent Organizations Hub" (“İntellektual Təşkilatlar Mərkəzi”) adlı təşkilatın məqsədi insan–təşkilat–süni intellekt əməkdaşlığı dövründə təşkilatların öyrənmə, düşünmə, qərarvermə və dəyişikliklərə uyğunlaşma imkanlarının inkişaf etdirilməsidir.

"Intelligent Organizations Hub" təşkilatların intellektual fəaliyyətinin mahiyyətini araşdıran fənlərarası təşəbbüsdür.

Professor Şaista Xilji Corc Vaşinqton Universitetində İnsan və Təşkilati Öyrənmə Departamentinin rəhbəri, eyni zamanda İnsan və Təşkilati Öyrənmə və Beynəlxalq Münasibətlər üzrə professordur. Vasif Eyvazzadə isə Corc Vaşinqton Universitetində Ed.D. (Təhsil üzrə doktorluq) proqramının namizədi, həmçinin ABŞ-da Mədəniyyət və Təhsil İnstitutunun (Chartered Culture and Education Institute) baş icraçı direktoru (CEO) və Baş Öyrənmə Direktorudur (CLO).

Mərkəz təşkilati öyrənmə, liderlik, qərarvermə, dəyişikliklərə uyğunlaşma, innovasiya və texnologiyalardan məsuliyyətli istifadə məsələləri ilə maraqlanan rəhbərləri, alimləri, tələbələri, mütəxəssisləri, siyasətçiləri və müxtəlif institutları bir araya gətirməyi nəzərdə tutur.

Qeyd edək ki, Vasif Eyvazzadə 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. O, öz istəyi ilə vəzifəsindən ayrılaraq ABŞ-a köçüb və orada fəaliyyətə başlayıb.






Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap