| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ
Tarix 08.10.26, 14:00 |
|
“Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir”.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb. “Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur”, – deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycanla Türkmənistanı bir-birinə ortaq din, tarix, dil və mədəniyyət bağlayır və bu amillər iki ölkə münasibətlərinin möhkəm təməl üzərində qurulmasına şərait yaradıb. Tarixi köklərə bağlı olan Azərbaycan-Türkmənistan münasibətləri hələ sovetlər dövründə dinamik inkişaf edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Türkmənistan 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və həmin dövrdən etibarən iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzaladılar.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü keçirilib. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb. Azərbaycanın Məşvərət Görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib.
Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. “Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib”. Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib. “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir”, – deyə Prezident əlavə edib.
Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artdığini bildirib: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”. Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib. “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, – deyə o əlavə edib.
Avrasiya məkanında iqtisadi və nəqliyyat əlaqələrinin istiqamətləri sürətlə dəyişir. Yeni ticarət marşrutlarının axtarılması, enerji resurslarının alternativ istiqamətlər üzrə daşınması və ölkələrin xarici bazarlara çıxış imkanlarını genişləndirmək cəhdləri regionlararası əməkdaşlığın əhəmiyyətini əvvəlkindən daha da artırıb. Bu prosesdə Xəzər hövzəsi xüsusi mövqeyə malikdir. Çünki bu məkan Şərqlə Qərbi birləşdirən mühüm coğrafi xətt olmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün də imkanlar yaradır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir. Siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir. İkitərəfli münasibətlərlə yanaşı, bu əlaqələr getdikcə daha geniş regional əməkdaşlıq formatında da yeni məzmun qazanır. “ Nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir”, – deyə Prezident İlham Əliyev bildirib. Dövlətimizin başçısı qeyd edib: “Xəzər dənizi ölkələrimiz arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir”. Prezident, həmçinin qeyd edib ki, bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir.
Azərbaycanın Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin inkişafında rolu yalnız infrastruktur imkanları ilə məhdudlaşmır. Xəzərin iki sahilində yerləşən dövlətlərin eyni əməkdaşlıq platformasında təmsil olunması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Bu da regionlararası ticarət və logistika zəncirlərinin daha sıx əlaqələndirilməsinə şərait yarada bilər. Mərkəzi Asiya və Azərbaycanın əsas logistika və enerji inkişaf mərkəzləri kimi rolu durmadan artır, Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlıq üçün geniş perspektivlər açır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri də məhz bu əməkdaşlıq gündəliyi fonunda diqqət çəkir. Səfər çərçivəsində dövlətimizin başçısının Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq prosesində artan rolunun növbəti göstəricisidir.
Səbinə İsmayılova
Xəbərin oxunma sayı : 148
Sosial
Xəbərlər
-
Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
-
Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları təqdim edir
-
İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO
-
Sinif yoldaşını öldürən şəxsə “dəlilik“ kağızı hazırlanır? - VİDEO
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb - İşgəncələrlə bağlı
-
Azərbaycanlılar Hindistandan mal əti gətirirlər - 4 manata
-
London Moskvanın nəfəsliyini kəsir - Yeni sanksiyalar elan edildi
-
Məktəb servisi saatlarla gecikir - “2School”la bağlı ŞİKAYƏTLƏR artır
-
Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü
-
İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu - VİDEO
-
Səs-küy yaradan 23 motosiklet sürücüsü məsuliyyətə cəlb edildi - Video
-
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur - Rəsmi
-
“Vətənpərvərlər“ İctimai Birliyinin sədri həbs edildi - SƏBƏB
-
Sabah leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir
-
AAYDA-da yeni rəis müavinləri təyin edildi - FOTO
-
Dövlət sərhədini pozmağa cəhd etdilər - Saxlanıldılar
-
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam“
-
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzlidir“ - Milli Məclis
-
Nazirlikdəki mənimsənilən 160 milyon manat...- General zərərin nə qədərini geri qaytardı?
-
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı
-
Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?
-
Prezident ona yüksək vəzifə verdi - DSK-nın sədr müavini dəyişdi + DOSYE
-
Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi - FOTO
-
Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılacaq - TƏSDİQLƏNDİ
-
Putin “General Armageddon”u müharibəyə cəlb etdi - Qarşısına bu tapşırığı qoydu
-
Azərbaycanda “Stop-Kredit” xidməti istifadəyə verilib - DETALLAR
-
“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR
-
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
-
Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - FOTO
-
Heyvan kəsiminə çəki və yaş həddi qoyulur - Ət bazarında QITLIQ yarancaq?
-
Regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ
-
Sosial şəbəkədə “qəhrəmanlıq” 7 min manata başa gəldi - Məhkəmə işi
-
Barəsində cinayət işi olan məktəb direktoru nazirlik tərəfindən mükafatlandırıldı - Qarşı tərəf xəbəri təkzib edir
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
-
Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO
-
“Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır“ - İlham Əliyev
-
Paşinyan Medvedevə cavab verib: Ermənistan heç nəyə çevrilməyəcək
-
Abşeronda işdən çıxarılan xəstəxana əməkdaşı baş həkimin müavinini bıçaqladı - TƏFƏRRÜAT
-
“Golden Street“ hotelinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
-
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb - Prezident
-
Hörmüzdən gündə 20 milyon barel neft keçir - CENTCOM
-
Dövlət xidmətində qanunsuz əməllər - Cinayət işi məhkəməyə göndərilib
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTOLAR
-
Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib“? - DETALLAR
-
İlham Əliyev “Avaza” Kompleksində qarşılandı - VİDEO
-
Suriya husilərə qarşı müharibəyə qoşulur? - Dəməşqdən açıqlama
-
Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Prezident Türkmənistanda işgüzar səfərdədir - FOTOLAR
-
AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - ŞİKAYƏT
-
Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər - Tramp
-
Bakıxanov qəsəbəsində abadlıq işləri niyə yarımçıq dayandırılıb? - VİDEO
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir?
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Ronaldo Messinin gedişini belə şərh etdi - “Səni qucaqlayıram...”
-
“Piano Hall“ şadlıq evində xoşagəlməz mənzərə - FOTOLAR
-
Bu yol da təmirə bağlanacaq - Xəbərdarlıq
-
“Avropanı çətin payız və qış gözləyir“ - Robert Fitso
-
Minlərlə müəllim işsiz qala bilər - Bunu heç kim gözləmirdi...
-
Bu il qızıl nə qədər ucuzlaşıb? – Son məlumat
-
Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb - Peskov
-
Heyvanların erkən kəsilməsi qadağan olunur - Ətin qiyməti necə dəyişəcək?
-
Baş prokuror Gəncədə vətəndaşları qəbul etdi - Fotolar
-
Tacikistan prezidentinin qızı rəsmi tədbirdə rəqs etdi - VİDEO
-
Aİ mümkün böyük hibrid hücuma hazırlaşır - Politico
-
Qobustan Qoruğunun 377 minlik abadlıq - Tenderlərin dəyişməz qalibi “Şəmkir Tikinti-18“
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO
-
Müəllimlərin geyimləri necə olacaq? - Bunları geyinmək olar...
-
Bu şəxslər həm maaşını, həm də pensiyasını itirəcək - XƏBƏRDARLIQ
-
Yasamaldakı yanğınla bağlı klinika rəhbəri ifadə verdi - “Bağışlanmağımı istəyirəm“
-
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Ömər Çelik
-
Montella ilə yollar ayrılır - 5 aylıq maaşını təzminat alacaq
-
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş...
-
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm FƏRMAN
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Sabiq nazir müavini onu son anda bağışladı - Məhkəmə xitam verdi...
-
Qazaxıstan Rusiyadan vətəndaşlarını tələb edir - Müharibəyə aparılıblar
-
Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu - Səbəb nədir?
-
August Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur - AnewZ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi
-
“SOCAR-AQŞ”nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevlə bağlı qərar verilib - TƏFƏRRÜAT
-
Azərbaycanda iş rejimi dəyişəcək? - 4 gün iş 3 gün istirahət
-
Tikinti üçün yeddi nazirlikdən icazə alınmalıdır? - Nazirdən açıqlama
-
İlham Əliyev Vladimir Putinə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanda bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsi azalıb - FOTO
-
Dövlət rüsumu ödəyənlərin diqqətinə - Milyonlarla manat...
-
“İmişli”də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır
-
“Putin SSRİ-ni bərpa etmək istəyir” - Almaniyanın XİN rəhbəri
-
Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu - Dələduzluğa görə
-
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO/VİDEO
-
Avropa İttifaqından Rusiyaya rekord zərbə: 22-ci sanksiya paketi razılaşdırıldı
-
Mustafayev mənimsədiyi 12 milyonu neynəyib? - Oğlu əmlakları barədə ifadə verdi
-
Yarım milyon manatı vergidən yayındırdı - Gəlirlərini az göstərib
-
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr - SİYAHI
-
Kamaləddin Qafarov kimdir? - Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar...
-
“Bu qanunun qəbulundan sonra digər 4 qanun ləğv olunacaq” - Nazir
-
Azərbaycanın puluna yağlanan Şamil Ayrım... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
-
Elza Seyidcahan məhkəməni qazandı - Rəşid Mahmudov pul ödəyəcək
-
Messi Argentina millisi ilə vidalaşdı - VİDEO
-
Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
ABŞ həbsxanasında vəziyyət qarışdı - Rusiyalılar aclıq elan etdi
-
“Süni intellekt yeni problemlər yaradır“ - Allahşükür Paşazadə
-
“İtkin düşmüş heç bir vətəndaşımız unudulmur“ - İlham Əliyev
-
Media və Yayım Şurası: Azərbaycanın adının hallandırılması dezinformasiyadır
-
“Qərb ölkələrinin neft ehtiyatları tükənib“ - “Vitol“ rəhbərindən xəbərdarlıq
-
"İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq" - Əli Nağıyev
-
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır – Son rəqəmlər
-
Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq - Qərar dəyişmədi
-
Husilər Ər-Riyad aeroportunu vurdu - Uçuşlar dayandırıldı
-
Vensdən İrana xəbərdarlıq: Uranı zənginləşdirməyi dayandırın
-
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
-
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
-
İranla münaqişəni necə bitirəcəyimizi tezliklə biləcəksiniz - Tramp
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı - VİDEO
-
Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur - Uşakov
-
Binəqədidə 14 mərtəbəli binaların üstünə gizlin mansard artırılır - VİDEO
TOP 10
ARXİV






