“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Vesta Construction” MMC rəhbərindən 172 nəfərə qarşı dələduzluq - Məhkəməsi başlayır

Tarix 24.11.26, 12:10

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərinin Nizami rayonunda “Vesta Construction” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun müddət ərzində verilməməsi barədə daxil olmuş məlumatlar əsasında Nizami Rayon Prokurorluğunda araşdırma aparılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, toplanmış materiallar üzrə “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyevin qulluq mövqeyindən istifadə etməklə vətəndaşları mənzil satışı adı ilə aldadaraq təkrarən dələduzluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq materiallarına əsasən, C.Quliyev paytaxtın Nizami rayonu ərazisində, Ş.Mirzəyev küçəsində “Vesta Construction” MMC tərəfindən inşa edilmiş “My Home” yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyən şəxslərə əvvəllər başqa şəxslərə satılmış əmlakları satmasına dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib və bu adla xeyli, külli və xüsusilə külli miqdarda pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq edib, maddi ziyan vurmaqla çoxsaylı zərərçəkmiş şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.

Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilməklə, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 172 şəxsin zərərçəkmiş şəxs qismində tanınması təmin edilməklə, ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbərin oxunma sayı : 148




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap