“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İsa Qəmbərin Almaniyaya səfərinə icazə verilmədi - Hava limanından geri qaytarıldı

Tarix 21.11.26, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Almaniyaya səfəri baş tutmayıb.

AzFakt.com xəbər verir ki, bu barədə siyasətçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.

İsa Qəmbər noyabrın 21-də Berlində keçiriləcək mühüm konfransa dəvət olunduğunu, lakin hava limanında uçuşuna maneə yaradıldığını bildirib.

Siyasətçi paylaşımında yazıb:

“Bu gün – 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər”.

İsa Qəmbər konfrans təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayıb.

O, paylaşımına Bakı–İstanbul–Berlin marşrutu üzrə aviabiletlərinin görüntüsünü də əlavə edib.

Hələlik İsa Qəmbərin xaricə səfərinin hansı səbəbdən əngəlləndiyi məlum deyil. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.



Xəbərin oxunma sayı : 19




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap