“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Şərur İnşaat“ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır

Tarix 20.11.26, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Əhmədli qəsəbəsində yerləşən 17 mərtəbəli yaşayış binasında sərnişin liftindən istifadə bəzi sakinlər üçün bağlanıb. Təmir xərcləri üçün tələb olunan vəsaiti ödəməyən sakinlərin liftə girişini təmin edən lift kartları bloklanıb. Nəticədə həmin şəxslər mənzillərinə gedib-gəlmək üçün yalnız yük liftindən istifadə etməyə məcbur olublar.

Qaynarinfo xəbər verir ki, Trend-ə müraciət edən sakinlərin sözlərinə görə, problem sərnişin liftinin nasaz vəziyyətə düşməsindən sonra yaranıb. Binanı idarə edən şirkət liftin təmiri üçün mənzil sahiblərindən vəsait toplamağa başlayıb. Lakin ödəniş etməyən sakinlərin lift kartlarını bloklayıb və onların sərnişin liftindən istifadəsinə imkan verilməyib. Sakinlər binanı idarə edən şirkətlə aralarında hər hansı müqavilə bağlanmadığını deyirlər. Onların sözlərinə görə, buna baxmayaraq, liftin təmiri üçün pul toplanıb, ödəniş etməyən sakinlərin isə lift kartları bloklanıb.

Söhbət Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında yerləşən, “Şərur İnşaat” şirkətinin inşa etdiyi binadan gedir. Sakinlərin bildirdiyinə görə, binanın idarəçiliyini də hazırda həmin tikinti şirkətinə bağlı şəxslər tərəfindən həyata keçirilir.

Məsələ ilə bağlı binanın idarəçiliyini həyata keçirən “Şərur İnşaat”la əlaqə saxlamağa cəhd edilsə də, telefon zəngləri cavabsız qalıb.

Qeyd edək ki, sözügedən binada liftlə bağlı problem bundan əvvəl də gündəmə gəlib. Belə ki, 2024-cü il yanvarın 16-da saat 18:13 radələrində həmin binanın liftində qəza baş vermişdi.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Onlardan 2 böyük və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası 14 avqust 2025-ci il tarixində çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətlərin tətbiqi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmənin mövqeyinə görə, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətindədir. Xidmət haqqını ödəmədiyinə görə sakinin lift kartının deaktiv edilməsi yalnız tərəflər arasında bağlanmış müqavilədə belə bir şərt nəzərdə tutulduqda və ya bina sakinlərinin ümumi yığıncağı bununla bağlı qərar qəbul etdikdə mümkün ola bilər.



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap