“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Paşinyan tarix açıqladı - “Avropa İttifaqı ilə vizasız rejimə keçid realdır”

Tarix 19.11.26, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Paşinyan tarix açıqladı - “Avropa İttifaqı ilə vizasız rejimə keçid realdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib ki, 2029-cu ildə Avropa İttifaqı (Aİ) ilə vizaların liberallaşdırılmasına nail olmaq getdikcə daha real xarakter alır.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Paşinyan çıxışında siyasi münasibətlər kontekstində bu hədəfə çatmağın mümkünlüyünü vurğulayıb.

"Adətən bir hədəf və müddət müəyyən etdikdə, zaman keçdikcə həmin hədəfin reallaşması daha az inandırıcı görünür. Amma deməliyəm ki, Aİ ilə vizaların liberallaşdırılması, xüsusilə siyasi münasibətlərimiz fonunda, 2029-cu ilə qədər bu nəticəyə çatmağın mənə daha real göründüyü məsələlərdən biridir".

Baş nazirin sözlərinə görə, bu prosesdə biometrik pasport sisteminin tətbiqi həyati əhəmiyyət daşıyır. Eyni zamanda, yaxın gələcəkdə sərhəd idarəçiliyi sistemində islahatların aparılması və rəqəmsallaşma prosesinin irəlilədilməsi vacibdir.

Xatırladaq ki, Ermənistanla Aİ arasında vizaların liberallaşdırılması üzrə dialoqa 2024-cü ilin sentyabrında start verilib. 2025-ci ildə İrəvana dörd əsas sahəni - sərhəd təhlükəsizliyi, sərhəd və miqrasiya idarəçiliyi, ictimai asayiş və təhlükəsizlik, eləcə də xarici əlaqələr və fundamental hüquqları əhatə edən 74 meyarı özündə birləşdirən Fəaliyyət Planı təqdim olunub.

Noyabrın 1-dən etibarən Ermənistanda yeni nəsil biometrik pasport sisteminin tətbiqinə başlanılıb. Rəsmilər bu addımı Aİ ilə vizasız rejim yolunda mühüm mərhələ hesab edirlər.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl də 2029-cu ili hədəf tarix kimi göstərmişdi. Lakin Avropa İttifaqı vizasız rejimin tətbiqini Ermənistanın tələb olunan standartları tam yerinə yetirməsi ilə şərtləndirərək, konkret son tarixə dair zəmanət verməyib.



Xəbərin oxunma sayı : 67




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap