“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz

Tarix 12.11.26, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna işğal olunmuş ərazilərdə "Starshield" sisteminin sürət məhdudiyyətləri ilə yenidən üzləşib. Bu isə Rusiya reaktiv pilotsuz uçuş aparatlarının vaxtında zərərsizləşdirilməsinə mane olur.

AzFakt.com "Report"a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin Sammitinin açılış plenar sessiyasında bildirib.

"Yeganə pis xəbər ondan ibarətdir ki, biz yenidən "Starshield"lə bağlı problemlər müşahidə edirik. Ukrayna ərazisində "Starshield"in iş sürətinin məhdudlaşdırıldığını qeydə almışıq. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yenidən saatda 161 km, yəni 100 mil sürət məhdudiyyəti tətbiq edilir", - o bildirib.

"Biz Amerika tərəfindən təfərrüatları öyrənməyə çalışırıq, lakin hələlik çox az şey bilirik. Ancaq bəzi şeylər artıq aydındır. Əgər Amerikada kimsə qərarlar qəbul edərkən faktiki olaraq Ukrayna ərazisini bizə məxsus olmayan ərazi kimi nəzərdən keçirirsə, bu, bizə hər şeyin hara getdiyini göstərir. Mövqeyimiz aydın olmalıdır: Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalını heç bir formada tanımaq olmaz", - o deyib.

Qışdan danışan V.Zelenski qeyd edib ki, Rusiya hər il Ukraynaya maksimum zərər vurmağa çalışır. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin energetikaya ayrıca bir döyüş meydanı kimi baxır.

Bununla əlaqədar olaraq, Zelenski Ukraynaya lazım olan dəstəyin üç əsas istiqamətini müəyyən edib. O, hava hücumundan müdafiənin gücləndirilməsini birinci prioritet adlandırıb.

"Bizə dron əleyhinə raketlər, Patriot və NASAMS komplekslərimiz üçün raketlər lazımdır. Sizi buna çox ciddi yanaşmağa və bu raketləri tapmaqda bizə kömək etməyə çağırıram", - o bildirib.

Prezident ikinci istiqamət kimi Ukraynanın "Shahed"ləri məhv etmək üçün istifadə etdiyi F-16 qırıcıları üçün sursatların tədarükünü adlandırıb. Zelenskinin sözlərinə görə, Rusiya həm reaktiv "Şahed"lərin istehsalını, həm də onların tətbiqi ilə edilən hücumların sayını artırmağı planlaşdırır.

O, üçüncü prioritet kimi Ukraynanın energetika sektoruna artıq noyabrda və bütün qış ərzində lazım olan yardımı adlandırıb.

Cəbhə xəttindəki vəziyyətdən danışan Zelenski, Ukraynanın mövqelərini möhkəm adlandırıb və bunu tərəfdaşlarla əməkdaşlıqla əlaqələndirib. O, birgə müdafiə layihələrini və silah istehsalını davam etdirməyə çağırıb.



Xəbərin oxunma sayı : 67




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap