“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan

Tarix 12.11.26, 12:24

Font ölçüsü : - / +
bitmap-img6


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aviasiya və mobil hava hücumundan müdafiə qüvvələri yaradılır

Rusiya KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) yeni hərbi imkanlarla gücləndirməyə hazırlaşır. Moskva təşkilatın kollektiv qüvvələrinin tərkibində aviasiya komponentinin yaradılmasını, həmçinin mobil hava hücumundan müdafiə bölmələrinin formalaşdırılmasını nəzərdə tutur. Bu isə postsovet məkanında hərbi əməkdaşlığın yeni mərhələyə keçə biləcəyindən xəbər verir.

Заседание Совета коллективной безопасности Организации Договора о коллективной безопасности в Москве - Sputnik Южная Осетия, 1920, 11.11.2026

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri noyabrın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasını şərh edərkən yazıb. 

Nəşrin diqqət çəkdiyi əsas məqamlardan biri təşkilatın hərbi potensialının genişləndirilməsi ilə bağlıdır. Putin sammitdə çıxışı zamanı kollektiv qüvvələrin müasir silah və hərbi texnika ilə təchiz edilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Rusiya liderinin sözlərinə görə, KTMT-nin kollektiv qüvvələrinin gələcək inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilməlidir. Buraya aviasiya komponentinin yaradılması və birgə hərbi əməliyyatlar zamanı istifadə olunacaq mobil hava hücumundan müdafiə bölmələrinin formalaşdırılması da daxildir.

Putin konkret olaraq hansı aviasiya vasitələrinin və hava hücumundan müdafiə sistemlərinin nəzərdə tutulduğunu açıqlamayıb. Lakin “Nezavisimaya qazeta” ehtimal edir ki, söhbət yeni hərbi texnologiyalardan, xüsusilə hücum və müdafiə təyinatlı pilotsuz uçuş aparatlarından gedə bilər. Beləliklə, KTMT çərçivəsində pilotsuz sistemlərin tətbiqi və vahid müdafiə imkanlarının yaradılması gündəmə gələ bilər.

Qeyd edək ki, son illərdə müharibələrin xarakterinin dəyişməsi, xüsusilə Ukrayna müharibəsində dronların geniş tətbiqi hava hücumundan müdafiə sistemlərinin və pilotsuz aviasiyanın əhəmiyyətini artırıb. Rusiya da bu təcrübəni nəzərə alaraq müttəfiqləri ilə hərbi-texniki əməkdaşlığı dərinləşdirməyə çalışır. Maraqlıdır ki, təşkilatın hərbi imkanlarının genişləndirilməsi ilə bağlı planlar açıqlansa da, Moskva sammitinin yekun bəyannaməsində KTMT-nin əsasən sülhpərvər xarakteri ön plana çəkilir.

“Nezavisimaya qazeta”nın diqqət çəkdiyi Moskva Bəyannaməsində təşkilatın münaqişələrin həllində siyasi və diplomatik vasitələrə üstünlük verdiyi vurğulanır. Sənəddə qarşılıqlı hörmət, bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq və onların qanuni maraqlarını nəzərə almaq prinsipləri xüsusi qeyd olunur.

Bu yanaşma onu göstərir ki, Moskva hərbi potensialı artırmaqla yanaşı, KTMT-nin aqressiv hərbi blok kimi təqdim olunmasından da ehtiyatlanır. Çünki təşkilatın NATO-ya alternativ hərbi ittifaq kimi formalaşdırılması üzv dövlətlərin xarici siyasət prioritetləri baxımından əlavə suallar yarada bilər.



Xəbərin oxunma sayı : 64




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap