“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO

Tarix 07.11.26, 8:30

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda məcburi köçkün ailəsi tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur.

Bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edən paytaxt sakini Seymur Qasımov deyir ki, atasına məxsus mənzil Laçın rayonundan olan məcburi köçkün ailəsi tərəfindən zəbt edilib.

Xezerxeber.az-ın məlumatına görə, Seymur Qasımov deyir ki, Nizami rayonu, Nəsimi küçəsi 29 ünvanında yerləşən mənzil daha sonra başqa şəxsə satılıb.

Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərlər mənzildən çıxdıqdan sonra ev möhürlənib, açarlar ərazi üzrə 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilib. Amma atasına məxsus mənzilin kim tərəfindən və necə satrılması ilə bağlı onlara məlumat verilməyib.

Seymur Qasımovun iddialarına aydınlıq gətimək məqsədilə biz də sözügedən 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinə yaxınlaşdıq.

Rəis Qardaşxan Hüseynov məsələyə belə aydınlıq gətirdi: "Nəsimi 29, mənzil 29-da Laçından məcburi köçkün ailəsi yaşayıb. Onlar doğma yurdlarına qayıtdı. Biz də mənzilin qapısını möhürlədik və açarı Mənzil Kommunal Təsərrüfatı Birliyinə, yəni özümüzün baş idarəmizə təqdim etdik. Sonradan indi əlimdə sizə təqdim etiyim bu sənədi görürsünüzmu? Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarışı vətəndaş gətirib bizə və deyib ki, bu mənzil mənimdir. Biz də bu sənədin əsasında baş idarədən açarı alıb mülkiyyətçiyə təqdim etmişik. Əgər bu şəxs deyirsə ki, ev mənimdir, bu məsələyə məsul qurum 34 saylı Mənzil-Kommunal İstismar Sahəsi deyil. Biz əmlakın rəsmi sənədinə baxıb açarı vermişik. Məsələ məhkəmə predmetidir".

Daşınmaz Əmlakın Dövlət və Reystri Publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, Nəsimi küçəsi, ev 29-da yerləşən 29 saylı mənzil Bakı şəhəri, 32 saylı dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bəşirov Alyoşa Vəzir oğlunun adına qeydiyyata alınıb və rəsmiləşdilirlib.

Məsələyə Xətai Rayon Məhkəməsində baxılır.




Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap