“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konfrans - Fotolar

Tarix 06.11.26, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

AzFakt.com xəbər verir ki, tədbirdə DTX-nin rəhbər şəxsləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər.

Tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov 44 günlük Vətən müharibəsindəki zəfəri xalqımızın dövlətçilik tarixinin ən mühüm hadisəsi kimi qiymətləndirərək müvafiq qələbənin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu, hərbi strategiya, diplomatik fəaliyyət və xalqın birliyinin nəticəsi olduğunu vurğulayıb. Çıxışda həmçinin tarixi zəfərin dövlətimizin qüdrətinin, xalqımızın yenilməz iradəsinin və gələcəyə inamının təcəssümü kimi gələcək nəsillər üçün əbədi qürur mənbəyi olacağı qeyd edilib.

Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qələbənin əsasında Heydər Əliyev siyasi irsinin davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə yanaşı, onun Vətən müharibəsi dövründə xarici mediaya verdiyi müsahibələrin haqlı mövqeyimizin dünyaya çatdırılmasındakı əhəmiyyətinə diqqət çəkib.

Deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin iqtisadi, siyasi və hərbi potensialını daha da gücləndirdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru general-mayor Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin milli hərbi kadrların yetişdirilməsini prioritet kimi müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin isə bu xətti ardıcıl davam etdirərək hərbi təhsil sistemini və ordunun potensialını daha da inkişaf etdirdiyini qeyd edib.

Yekunda konfransın mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.





Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap