| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - FOTOLAR
Tarix 04.11.26, 16:14 |
|
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.
AzFakt.com xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
“PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edir.
Qeyd edək ki, dövlətimizin başçısının Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Sərginin təşkili ölkəmizdə daşınmaz əmlak, memarlıq və tikinti sahələrinin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti bir daha nümayiş etdirir. Sərgi mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və daşınmaz əmlaka investisiya yatırmaq istəyən şəxsləri, böyük investorları, şirkətlərin təmsilçilərini və sektorun peşəkarlarını vahid platformada birləşdirir, əmlak bazarının iştirakçıları arasında dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm rol oynayır.
***
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “PMD Group” şirkətinin stendi ilə tanış oldular.
Məlumat verildi ki, “PMD Group” 2013-cü ildən bəri daşınmaz əmlaka investisiya, layihələrin inkişafı və idarə edilməsi istiqamətində fəaliyyət göstərir. Şirkət yaşayış, kommersiya və ictimai-sosial təyinatlı layihələr icra edir. “PMD Group” layihələri konsepsiyadan tikintiyə və idarəetməyə qədər əhatə edən dörd istiqamət üzrə xidmət göstərir. Tikinti və layihələrin idarə edilməsi, memarlıq və dizayn, daşınmaz əmlakın idarə olunması, satışı və icarəsi, logistika və anbar xidmətləri şirkətin fəaliyyət istiqamətlərinə daxildir. “PMD Group” və ona daxil olan şirkətlər tərəfindən paytaxtdakı Zəfər parkının inşası həyata keçirilib, Bakı və Abşeronla yanaşı, işğaldan azad edilmiş rayonlarımızda da bir sıra layihələr icra olunub və hazırda bu işlər davam edir.
***
Bildirildi ki, “PASHA Holding”in tərkibinə daxil olan “PAŞA Real Estate Qrup” daşınmaz əmlaka investisiya qoyuluşu, layihələrin inkişafı və əmlak aktivlərinin idarə edilməsi sahələrində fəaliyyət göstərir. Qrup Azərbaycanda və daha beş ölkədə – Türkiyə, ABŞ, Monteneqro, Gürcüstan və Özbəkistanda nüfuzlu beynəlxalq brendlərlə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir. Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan “PAŞA Real Estate Qrup” beynəlxalq standartlara uyğun layihələri ilə Bakının müasir memarlıq simasının formalaşmasına töhfə verir. Onun layihələri tanınmış beynəlxalq memarlıq şirkətləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Qrupun fəaliyyət istiqamətləri daşınmaz əmlak layihələrinin inkişafını, hotel, yaşayış və ticarət obyektlərinin idarə olunmasını, həmçinin beynəlxalq hotel brendləri ilə əməkdaşlığı əhatə edir.
***
Dövlət başçısı, birinci xanım və qızları “Sea Breeze”in stendinə baxdılar, həyata keçirilmiş işlər və perspektiv layihələrlə tanış oldular.
Qeyd edildi ki, “Sea Breeze” 1000 hektardan çox ərazini əhatə edir. Gələcəkdə isə bu rəqəmin 1850 hektaradək artırılması nəzərdə tutulur. Burada tamamlanmış və həyata keçirilən layihələrin sayı 50-dən artıqdır. “Sea Breeze”də artıq 60 mindən çox rezident (sakin) var. Bütövlükdə isə layihə tam icra olunduqdan sonra “Sea Breeze”də 500 min sakin yaşayacaq.
Ərazidə icra edilən əhəmiyyətli layihələrdən biri 200 hektardan çox sahəsi olan “Fire Island” adasıdır. Layihə çərçivəsində beynəlxalq standartlara uyğun müasir infrastrukturun yaradılması planlaşdırılır. Buraya uzunluğu təxminən 5,5 kilometr olan və 18 döngədən ibarət Formula 1 yarış trekinin inşası da daxildir.
“Sea Breeze”in flaqman layihəsi “Caspian Dream Liner”dir. Bu, süni yarımadada yerləşən apart-hotel layihəsidir.
Təxminən 50 hektar ərazini əhatə edən “Aypara” “Sea Breeze”in ən böyük və diqqətçəkən layihələrindəndir. Burada beşulduzlu hotellərin inşası nəzərdə tutulur. Bununla yanaşı, ərazidə brend mağazaların yerləşəcəyi ticarət küçələri, çoxfunksiyalı arena, həmçinin hündürlüyü 323 metr olacaq qüllə inşa ediləcək.
Əsas məqsəd “Sea Breeze”in beynəlxalq səviyyəli müasir şəhər kimi inkişafını davam etdirmək, xarici investisiyaları cəlb etmək, yeni iş yerləri yaratmaq, o cümlədən Azərbaycanın turizm və iqtisadi potensialının inkişafına töhfə verməkdir.
***
Həmçinin məlumat verildi ki, 15 ilə yaxın təcrübəsi olan “Baku City Residences” şirkəti yaşayış və kommersiya məqsədilə daşınmaz əmlakın inşası və satışı üzrə fəaliyyət göstərir. Şirkətin layihələrində müasir memarlıq, əlverişli yerləşmə və əhatəli infrastruktur birləşir. Layihələrin icrasında keyfiyyət, dizayn və müasir şəhər həyatının tələbləri əsas götürülür. İndiyədək şirkət tərəfindən bir neçə layihə reallaşdırılıb. Gələcəkdə “Bakı Ağ Şəhər”in sahilyanı məhəlləsində “Baku Bay” layihəsinin inşası nəzərdə tutulur.
***
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva sərgidə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) stendi ilə də tanış oldular.
Diqqətə çatdırıldı ki, Agentlik ölkədə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılıb. Onun fəaliyyətinin əsas istiqaməti aztəminatlı və ortagəlirli ailələr üçün əlçatan, ekoloji təmiz və enerjiyə qənaət edən yaşayış komplekslərinin inşasıdır.
MİDA fəaliyyəti dövründə respublika üzrə ümumilikdə 20 layihəni icra edib. Bunlardan 7-si Bakıda, 3-ü Qarabağda, digər 10-u isə Gəncə, Abşeron, Sumqayıt, Lənkəran, Şirvan, Yevlax, Naxçıvan, Şəmkir və Salyandadır. Layihələrə binalarla yanaşı, məktəblər, bağçalar, tibb mərkəzinin inşası da daxildir.
Agentlik tərəfindən güzəştli mənzil layihələrindən Bakıda 5, regionlarda isə 6 layihə tamamlanıb. Hazırda agentlik paytaxt və bölgələrimizi əhatə edən 6 layihədən 3-nün icrasına başlayıb, 3 yaşayış kompleksi isə layihələndirmə mərhələsindədir.
***
Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Əliyeva “Fortis Development” şirkətinin stendi ilə tanış oldular.
Bildirildi ki, şirkət yaşayış və kommersiya obyektlərinin tikintisi ilə yanaşı, tarixi və memarlıq abidələrinin bərpası, bina fasadlarının yenilənməsi və ictimai məkanların abadlaşdırılması ilə məşğul olur və 10 ildən artıq təcrübəsi var. İndiyədək şirkət tərəfindən paytaxtda Şəhriyar və Səadət parklarının abadlaşdırılması, Balaxanı qəsəbəsində abadlıq işləri, Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsində İmam məscidinin təmir-bərpası, COP29 ərəfəsində Bakıda 40-dan çox binanın bərpası həyata keçirilib. Şirkət tərəfindən mədəni irs layihələri də icra edilib.
***
Memarlıq, planlaşdırma və interyer dizaynı sahələrində fəaliyyət göstərən “Chapman Taylor” şirkəti 1959-cu ildə Londonda yaradılıb. “Chapman Taylor” beynəlxalq memarlıq şirkəti kimi 100-dən çox ölkədə layihələr həyata keçirib, 300-dən çox memarlıq mükafatı qazanıb. Şirkət ölkəmizdə də bir sıra layihələr icra edib. Şuşa, Cəbrayıl, Xankəndi və Naxçıvan şəhərlərinin Baş planlarının müəllifi olan “Chapman Taylor” bu şəhərlərlə yanaşı, Bakı, Gəncə, Ağdam, Füzuli və Qusarda bir çox yaşayış və ictimai binaların layihələndirilməsini həyata keçirib.
Şirkət tərəfindən Şuşa, Cəbrayıl, Xankəndi, Füzuli və Ağdamda yaşayış məhəllələrinin inşası, mövcud binaların fasadlarının yenilənməsi və digər sosial layihələr icra olunub, bir neçə layihə isə icra mərhələsindədir.
***
Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i də sərgidə iri ekspozisiya ilə təmsil olunur. Şirkət innovasiyalara yönəlmiş fəaliyyət sahəsində ixtisaslaşıb, istehsal proseslərinin rəqəmsallaşdırılması və müasir standartlara keçid istiqamətində müxtəlif proqramlar reallaşdırır. Təklif edilən təşviq mexanizmləri arasında məsləhət xidmətləri, maliyyələşdirmə proqramları, yerli məzmunun inkişafına dəstək tədbirləri, həmçinin sənaye infrastrukturu və hazır istehsal sahələrinin təqdim edilməsi yer alır. Şirkət sərgidə Böyükşor gölü ərazisinin inkişaf planının konsepsiyasını təqdim edib.
***
“Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir. İcrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılan layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “Ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb. Burada şəhərsalmanın ən son yenilikləri tətbiq olunub. Əvvəllər “Qara şəhər” kimi tanınan bu ərazi 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə isə burada dünya miqyasında nadir ekoloji layihə icra olunaraq müasir yaşayış massivi yaradılıb. Yaşayış binaları MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM - beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM - karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq nümunələri ilə seçilən “Bakı Ağ Şəhər” paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilib.
“Bakı Ağ Şəhər” layihəsinin inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə neft sənayemizin zəngin tarixinə, onun dünya energetika sektorunda aparıcı roluna həsr olunmuş yeni muzey binası konsepsiyası hazırlanıb. Muzeydə keçmişdə ekoloji fəlakətlə üz-üzə olan “Qara şəhər”in müasir və dayanıqlı “Baku White City” şəhər məkanına transformasiyanın tarixi nümayiş olunacaq. Binada sərgi zalı, kitabxana, ofis otaqları, restoran və kafelər nəzərdə tutulur. Layihə çərçivəsində şəhərə və sahilə mənzərəsi olan 90 metrlik müşahidə qülləsi yaradılacaq.
“Bakı Ağ Şəhər” layihəsinin əsas rəmzlərindən biri olan “Gilavar” kompleksi ictimai məkanları, əyləncə obyektlərini, iaşə müəssisələrini, yaxta klublarını və təxminən 185 metr hündürlüyündə 49 mərtəbəli yaşayış binasını birləşdirir.
Layihə “ADEC” şirkəti və “Bürc-Xəlifə” layihəsinin müəllifi, hündürmərtəbəli binaların memarlığı üzrə dünya lideri Amerikanın məşhur SOM bürosu ilə birgə hazırlanıb.
“Ağ şəhər”, eyni zamanda, incəsənət və mədəniyyət həvəskarlarının da sevimli məkanına çevrilib. Belə ki, dünyanın tanınmış heykəltaraşları öz əsərlərinin burada quraşdırılmasında maraqlıdırlar. Bu xüsusda məşhur amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılan “Qarabağ atları” heykəltaraşlıq kompleksini, Zaman meydanında məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyasını, məşhur heykəltaraş Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyasını, müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəlini qeyd etmək olar.
***
“Housing Development Corporation” (HDC) Maldivin məkan və iqtisadi transformasiyasını aparan əsas dövlət müəssisəsidir. HDC “ağıllı”, inklüziv və dayanıqlı şəhərlərin salınmasında iştirak edir, əsas inkişaf layihələrinin idarəetməsini həyata keçirir. Şirkətin stendində logistika üçün mərkəzləşdirilmiş Sənaye Kəndi, yüksəktutumlu Cənub Limanı Ticarət Zonası və digər layihələr təqdim olunur. “Housing Development Corporation” sərgidə iştirak etməklə turizmdən əlavə, Maldivin kommersiya daşınmaz əmlakını, yaşıl texnologiyaları, “ağıllı” kommunal infrastrukturu və dəniz ticarəti sahələrindəki investisiya imkanlarını təqdim edir.
***
“Silk Development” Gürcüstanda yaşayış və hotel layihələri həyata keçirən aparıcı şirkətdir. Batumidəki Silk Towers şirkətin əsas layihələrindəndir. Şirkətin stendində yaşayış, lüks hotel və çoxfunksiyalı layihələrdən ibarət portfel, dünyada tanınmış memarların layihələndirdiyi obyektlər, uzunmüddətli dəyərə hesablanmış və yüksəkgəlirli mülkiyyət modellərini təqdim edilir. “Silk Development”in bu sərgidə iştirakda məqsədi Xəzər regionunda fəaliyyətini genişləndirmək, investorlar, strateji tərəfdaşlar və brokerlərlə birbaşa əlaqə qurmaqdan ibarətdir.
***
Çoxfunksiyalı yaşayış kompleksi olan “Luna Garden” Bakının dinamik inkişaf edən ərazilərindən birində, metronun “Koroğlu” stansiyasının və Böyükşor gölünün yaxınlığında yerləşir. “Koroğlu” stansiyasının yeni çıxışı birbaşa kompleksin ərazisindədir ki, bu da sakinlərin rahatlığının təmin edilməsində mühüm rol oynayır. Layihə 6,7 hektar ərazini əhatə edir və 9 binadan ibarətdir. Ərazinin 60 faizi yaşıllıq sahələri üçün nəzərdə tutulub.
***
2003-cü ildən Azərbaycanın tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “Kristal” Bakı və Sumqayıt şəhərlərində müasir standartlara cavab verən, yüksəkkomfortlu yaşayış komplekslərinin inşasını həyata keçirir. Şirkət öz layihələrində məktəb, uşaq bağçası, park, ticarət və digər sosial infrastruktur obyektlərini bir araya gətirən “şəhər içində şəhər” konsepsiyasını əsas götürür. Bu yanaşma sakinlər üçün rahat, funksional və müasir yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. “Kristal”ın bu istiqamətdə həyata keçirdiyi layihələr sırasında “City Garden Nərimanov”, “Park Yasamal” və “Highland Residence” kimi yaşayış kompleksləri xüsusi yer tutur.
“Kristal” fəaliyyətində innovativ tikinti texnologiyalarının tətbiqinə, enerji səmərəliliyinin artırılmasına, ekoloji məsuliyyətə və dayanıqlı şəhərsalma prinsiplərinə xüsusi önəm verir. Sərgidə şirkətin təqdim etdiyi əsas yeniliklərdən biri müasir panel fasad sistemidir. Bu texnologiya yüksək istilik izolyasiyası, enerji itkilərinin azaldılması və binaların enerji səmərəliliyinin yüksəldilməsi baxımından mühüm üstünlüklərə malikdir.
***
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qarabağ Dirçəliş Fondunun stendinə də baxdılar.
Qeyd olundu ki, Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyi göstərir, investisiya cəlb edir, dövlət-özəl tərəfdaşlığını təşviq edir və maarifləndirmə layihələri həyata keçirir. Fondun sərgidə iştirakının məqsədi onun fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə ictimaiyyətin məlumatlılığının artırılması, ianəçilik mədəniyyətinin təbliğidir.
“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsi də maraqla qarşılanır. Fondun sifarişi ilə hazırlanmış kitabda Qarabağ həqiqətləri və Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri əks olunub.
Stenddə, həmçinin “Qarabağın inciləri” - Qarabağın tarixi-mədəni irsini, bərpa olunan abidələri və Zəfərdən sonra inşa edilmiş infrastruktur obyektlərini tanıdan rəmzi maarifləndirici oyun, “Qarabağ quiz” - Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və Vətən müharibəsi haqqında interaktiv viktorina və beynəlxalq ictimaiyyətin diqqətini mina təhlükəsinə yönəltmək məqsədilə Fondun sifarişi ilə hazırlanan “Ölümcül Miras” sənədli filmi barədə də məlumat verilir.


















Xəbərin oxunma sayı : 169
Sosial
Xəbərlər
-
Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq
-
Xameneyidən Vaşinqtona sərt xəbərdarlıq: “Cavabımız dəhşətli olacaq...“
-
Türkiyədə 34 rus rəqqasə saxlanılıb - deportasiya ediləcəklər
-
Mehinin anasından geyim qadağası - “İş yoldaşlarım sənə baxır”
-
Bakıda 30 milyon manata obyekt satışa çıxarıldı: Gəliri ŞOK ETDİ! - FOTOLAR
-
Son 15 ildə AÇG yatağında neft hasilatı 101 milyon barel azalıb - Siyahı
-
“Evdə oturmuşduq, birdən anam qışqırdı...” - Ləman həmin gündən danışdı...
-
Fəvvarələr İdarəsi öz rəisi ilə 20 minlik müqavilə bağladı - Qəhrəman Məmmədov özü-özünə sifariş verdi
-
Gələn il şəhər və rayonların gəlirləri nə qədər artacaq? - Tam siyahı
-
Azərbaycanlılar qonşularından 10 gün az işləyir - SƏBƏB
-
“Salyanski kazarma”da mənimsəmə: kimlər istintaqa çəkilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İrana qarşı nüvə silahından istifadəyə ehtiyac yoxdur” - Tramp
-
“Esthederm“ klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
-
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - FOTOLAR
-
Bakının 7 rayonu milyonlarla manat borca düşdü - SİYAHI
-
“Son illər proqnozla real nəticələr arasında fərq özünü göstərir” - Millət vəkili
-
Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü - Video
-
Əfqanıstan vətəndaşları saxlanıldı - SƏBƏB
-
Bakıda hava kəskin dəyişəcək – Xəbərdarlıq
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Torpaq və ev alqı-satqısı adı ilə 254 min manatlıq dələduzluq - İş prokurorluğa qaytarıldı
-
Şirkətlərin iri obyektləri qeydiyyata alınmır, vergi ödənmir - İRAD
-
Paşinyan İrəvanın AB üzvlüyü hədəflərindən danışdı - “Prosesə başlamışıq...“
-
Bakıda maklerdən külli miqdarda dələduzluq - TƏFƏRRÜAT
-
“Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük“ - Nazir
-
Aİ Ukraynanın üzvlük prosesini ləngidə bilər: Cəmi 7 istiqamət müəyyənləşdirilib
-
Sertifikatı ləğv olunub, fəaliyyəti davam edir: Seymur Məmmədovu kim qoruyur?
-
Bu qurumlar ilk dəfə dövlətə divident ödəyəcək - “Azercell”, AZAL...
-
Azərbaycanda dəfn və doğum müavinətləri artırılır - Yeni məbləğlər
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Ədliyyə Nazirliyindən xəbərdarlıq - Saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını RƏDD ETDİ
-
Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
-
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
-
Nigar Seyidzadə Səfərbərlik Xidmətinə gül satır - 46 min manatlıq
-
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb - CƏDVƏL
-
Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi: Üç müavin gedir, biri qalır…
-
Paytaxtda gecə klubu insanları təngə gətirdi - VİDEO
-
Texasda Demokratlar qalib gəldi - 32 il sonra
-
Qalmaqallı “Şəki Yaylası” qapadıldı - VİDEO
-
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
-
Xətai rayonunda yaşıllıq məhv edilir? - VİDEO
-
Bu yol sabahdan bağlanır - Sürücülərin nəzərinə!
-
Kombi və qızdırıcılara görə sərt qaydalar gəlir - VİDEO
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb - Paşinyan
-
Maşın almaq istəyənlərin pulunu mənimsədi - Avtosalon əməkdaşına ağır cəza
-
Amnistiya ilə azadlığa çıxmışdı - ətçəkən oğurlayıb yenidən həbsə düşdü
-
“Qızılqaya” restoranı ətrafında qalmaqal böyüyür - VİDEO
-
Həm avtomobillərindən, həm də pullarından oldular - VİDEO
-
ABŞ İsrailə yardımı dayandırır - Trampdan şok qərar
-
Bu şəxslərə hava limanlarının VİP salonlarından istifadə hüququ verildi - Siyahı
-
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
-
Ermənistan Aİ və Aİİ-də eyni vaxtda tamhüquqlu üzv ola bilməz - Paşinyan
-
Bu marşrutların hərəkət istiqaməti dəyişir - Xəbərdarlıq
-
Tiktokda qadına gül atan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
-
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs“ elan etdi - SİYAHI
-
Ötən ay metrodan pulsuz istifadə edənlərin sayı - Açıqlandı
-
Hansı ölkədən gələn turistlər Azərbaycanda daha çox pul xərcləyir? - Siyahı
-
AAYDA-nın bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
-
Bəxtiyar Dalinin ittiham olunduğu madələr - o, 3 aya yaxındır ki, həbsdədir...
-
Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!
-
Məkkə yaxınlığında dron vurulub - Husilər hücum cəhdini təkzib edir
-
Biznesə verilən güzəştli kreditlərlə bağlı sərəncam - Yuxarı həddi müəyyənləşdi
-
Nazirlik 17 nəşriyyatdan 398 min manatlıq kitab alacaq - Son 2 ildə 2 dəfə azalıb
-
Murad Fetiyev Azərbaycana gətirildi - DTX-dən növbəti əməliyyat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Atamın verdiyi qovluqdakı vərəqi görüb güclü stress keçirdim” - Ramiz Mehdiyevin qızı
-
Prezident bu agentliyə sədr təyin etdi:Əsasnamə və struktur təsdiqləndi
-
Nazirlik Əkrəm Həmzəyevdən süni ot örtüyü alır - 278 min manatlıq
-
Restoranı bəyənməyən qadını “Cənnət Baku“da döydü - Məhkəmə qərarı
-
“Azenco” işi üzrə Etibar Pirverdiyevin adı hallandı - 15 minlik gül, 55 minlik məsləhətçi maaşı
-
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
-
Əcnəbi turistlər Azərbaycanda ən çox taksilərdən narazı qalıblar - Siyahı
-
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
-
Kozinoğlunun ölümü ilə bağlı detallar ortaya çıxdı - Bədənində ölümcül maddə aşkarlandı
-
Novxanıdakı “milyonluq saray“ın sahibi həbs edildi - Zorlanmada ittiham olunur
-
ABŞ xüsusi nümayəndəsi elan etdi - Rusiya və Ukrayna Abu Dabidə masaya oturacaq
-
Keçmiş həyat yoldaşını məhkəməyə verdi: “KinderVilla“ bağçası ətrafında qalmaqal
-
Dünya ölkələri nəyə hazırlaşır? - 33 ölkə vətəndaşlarına xəbərdarlıq etdi
-
Noyabrın 4-də bu ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
-
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
-
Rayonlar dotasiya almadan necə maliyyələşəcək? - VİDEO
-
Milli Məclis bəyanat qəbul etdi - Zəfər Günü münasibətilə
-
Səbinə Əliyeva yenidən Ombudsman seçildi - 7 il müddətinə
-
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu - RƏSMİ
-
“Mobile Payment Solutions” MMC qayda pozdu - Mərkəzi bank tədbir gördü
-
İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR
-
ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək - “Bloomberg“
-
Milli Məclisin iclası başladı: Azərbaycanın yeni Ombudsmanı seçilir
-
Yaşıllığı məhv edilən şəhər - Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək?
-
Bu ərazidə yolu keçmək piyadalar üçün təhlükəlidir - VİDEO
-
Adambaşına neft istehlakına görə ilk 20 ölkə açıqlanıb - Siyahı
-
Nəsimi rayonunda bir gecədə 10 ağac məhv edildi - VİDEO
-
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
-
“Amay” Ticarət Mərkəzinin damında təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
-
ABŞ İranın Qeşm adasına zərbə endirib - “The Wall Street Journal”
-
Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var?
-
Bu hallarda kredit borclarını sığorta şirkətləri ödəyəcək - VİDEO
-
Bu şəxslər üçün ilk gediş 1 qəpikdir - Bakı metrosu və avtobuslarda
-
“Stop” niyə “Toxta” olsun? - Hikmət Babaoğlu etiraz edənlərə cavab verdi
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
-
İradə İbrahimovanın görünüşü müzakirə yaratdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək
-
Vəzifəli şəxslər həbs edildilər - Rüşvət almaqda təqsirləndirilirlər
-
Ötən il 709 min, bu il isə 868 min manat - Şəkidə Qurcana çayına “axıdılan“ vəsaitlər
-
Azərbaycan nərə kürüsünü hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Moskva TDT-yə qoşulmaq istəyir: “Ölkəmizdə çoxlu türk xalqları yaşayır“
-
Bakıda ikitəkərli “qatillər” gəzir - yeni TƏHLÜKƏ
-
Vətəndaşlara təcili xəbərdarlıq edildi: Ən azı 72 saatlıq ərzaq ehtiyatı yığın
-
PUA-larla ölkəyə narkotik keçirmək istədilər – Fotolar
-
Avropalılar narahatdırlar: Tramp NATO-dan qisas ala bilər
-
Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara bu qədər məbləğ veriləcək
-
İstilik mövsümünə daha tez başlanılan rayonların sayı artırıldı - SİYAHI
-
“Neft zavodlarına zərbələri bu halda dayandırarıq” - Zelenski Trampa şərt qoydu
-
“Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil“ - VİDEO
-
Pensiya, iş və hərbi xidmətdən möhlət vəd edib 82 min manat alan qadına hökm oxundu - VİDEO
TOP 10
ARXİV






