“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vətəndaşlara təcili xəbərdarlıq edildi: Ən azı 72 saatlıq ərzaq ehtiyatı yığın

Tarix 02.11.26, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Marketlər bağlansa, elektrik və rabitə kəsilsə, nə edəcəksiniz? Qlobal böhran narahatlıqları fonunda diqqətçəkən hazırlıq çağırışı edib. Fövqəladə hallar çantalarında su, uzun müddət saxlanıla bilən qida, dərman, əl fənəri, batareya və radio kimi vasitələrin olması tövsiyə edilir. Bununla belə, mütəxəssislər bu çağırışların yaxınlaşan müharibənin və ya fəlakətin qəti əlaməti olmadığını vurğulayırlar.

Qlobal böhran narahatlıqları və artan təhlükəsizlik riskləri səbəbindən dünyanın 33 ölkəsi vətəndaşlarına fövqəladə hallar üçün ehtiyat toplamaq çağırışı edib. Müxtəlif ölkələrin hökumətləri və təhlükəsizlik qurumlarının eyni vaxtda cəmiyyətin hazırlıq səviyyəsini artırmaq qərarı ictimaiyyətdə geniş əks-səda doğurub və mümkün böhran ssenarilərini yenidən gündəmə gətirib.

Musavat.com xəbər verir ki, beynəlxalq təhlükəsizlik qiymətləndirmələrinə görə, ölkələri bu addımı atmağa vadar edən əsas amillər üç istiqamətdə cəmləşir.

Birinci amil kiberhücumlar və infrastrukturun zəifliyidir. Fransada təxminən 40 market şəbəkəsinin soyutma sistemlərinin hədəfə alınması və tonlarla ərzağın yararsız hala düşməsi hibrid müharibə üsullarının gündəlik həyata və təchizat zəncirlərinə real təsirini göstərib.

İkinci əsas səbəb ekstremal hava hadisələri və təbii fəlakət riskləridir. Xüsusilə Asiya regionunda Yaponiya Nankay çökəkliyində zəlzələ, Tokioda mümkün güclü yeraltı təkanlar və Fudzi vulkanının püskürməsi ehtimalına qarşı Fəlakətlərin Qarşısının Alınması Agentliyi yaratmaq qərarı verərək hazırlıqlarını ən yüksək səviyyəyə çatdırıb.

Üçüncü risk amili isə Ukrayna, Yaxın Şərq və Tayvan ətrafında artan regional gərginliyin qlobal ticarətə, nəqliyyata və enerji xətlərinə maneələr yaratması ehtimalıdır.

Çağırış edən 33 ölkənin vətəndaşlarından tələb etdiyi hazırlıq müddəti risk qiymətləndirməsinə görə dəyişir.

Avropa İttifaqı ölkələrində və Böyük Britaniya kimi dövlətlərdə əhalinin ən azı 72 saat ərzində kənardan yardım almadan öz ehtiyaclarını qarşılaya bilməsi hədəflənir. Böyük Britaniya bu çərçivədə həyata keçirdiyi “Be Ready” kampaniyası ilə üç günlük əsas tələbat məhsullarının hazır saxlanılmasını istəyir.

Almaniya və Avstriya kimi ölkələr isə daha uzunmüddətli hazırlıq tövsiyə edir. Almaniya Federal Mülki Müdafiə İdarəsi mümkün hibrid hücumlar və fasilələrə qarşı 10 günlük ehtiyat yaradılmasını məsləhət görür. Avstriyada bu müddət 14 günə qədər uzana bilər.

İsveç, Norveç, İsveçrə və Tayvan isə bir həftə ərzində müstəqil yaşamağa imkan verəcək ehtiyatların hazırlanmasını tövsiyə edir.

Şimali və Cənubi Amerika, eləcə də Asiya və Okeaniya regionundakı bir çox ölkə də vətəndaşlarından 3 günlə 1 həftə arasında kifayət edəcək fövqəladə hallar ehtiyatı hazırlamağı tələb edir.

Hökumətlərin və mülki müdafiə mütəxəssislərinin xəbərdarlıqlarında vurğulanır ki, fövqəladə hallar çantasında yalnız ərzaq deyil, infrastrukturun fəaliyyətində yaranacaq fasilələrin öhdəsindən gəlməyə kömək edən vasitələr də olmalıdır.

Ən vacib ehtiyac su ehtiyatıdır. Hər bir şəxs üçün gündəlik ən azı 1,5–2 litr içməli su saxlanılması tövsiyə edilir. Qida ehtiyatı üçün isə uzun müddət xarab olmayan, bişirilmə tələb etməyən konservlər və quru ərzaqlar məsləhət görülür.

Elektrik və rabitə şəbəkələrinin sıradan çıxması ehtimalına qarşı əl fənərləri, ehtiyat batareyalar, yüksək tutumlu enerji bankları və məlumat əldə etmək üçün batareya ilə işləyən radiolar vacib hesab olunur.

Bundan əlavə, ilk yardım çantası, su təmizləyici tabletlər, müntəzəm istifadə edilən dərmanlar, nağd pul, sənədlərin surətləri və ev heyvanları üçün qida da ehtiyat siyahısına daxil edilib.

Təhlükəsizlik və böhranların idarə olunması üzrə mütəxəssislər genişmiqyaslı kampaniyaların yaxın zamanda mütləq böyük fəlakətin və ya dünya müharibəsinin başlayacağı anlamına gəlmədiyini xüsusi vurğulayırlar.

Keçmiş FTB rəhbərlərinin də daxil olduğu mütəxəssislər panikaya düşmək əvəzinə hazırlıqlı olmağın narahatlığı azaldacağını bildirirlər.

Qeyd olunur ki, çağırışların əsas məqsədi elektrik kəsintiləri, təbii fəlakətlər və ya kiberhücumlar kimi gözlənilməz böhranların ilk günlərində dövlət qurumları müdaxilə edənədək cəmiyyətin dayanıqlığını qorumaqdır.

Hökumət səviyyəsində vətəndaşlarına 3 gündən 2 həftəyədək ehtiyat yaratmağı tövsiyə edən ölkələr bunlardır:

Avropa ölkələri: Avstriya, Almaniya, İsveç, Norveç, İsveçrə, Estoniya, Böyük Britaniya, İrlandiya, Fransa, Niderland, Danimarka, Finlandiya, Latviya, Litva, Polşa, Çexiya və Xorvatiya.

Şimali Amerika ölkələri: ABŞ, Kanada və Meksika.

Cənubi Amerika ölkələri: Çili, Kolumbiya, Braziliya və Argentina.

Asiya ölkələri: Yaponiya, Tayvan, İsrail, Hindistan, Filippin və Sinqapur.

Avstraliya və Okeaniya: Avstraliya və Yeni Zelandiya.

Afrika: Cənubi Afrika.



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap