“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI

Tarix 28.10.26, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun yaşı və səhhəti nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzanın şərti tətbiq olunması qərara alınıb.

Hökmdə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimatın göndərilməsi də nəzərdə tutulub.

AzFakt.com sabiq məmurun indiyədək layiq görüldüyü ordenləri araşdırıb.

Ramiz Mehdiyev müxtəlif illərdə Azərbaycanın dörd mühüm dövlət ordeni - "İstiqlal”, "Şərəf”, "Şöhrət” və "Heydər Əliyev” ordenləri ilə təltif olunub.

"İstiqlal” ordeni

Ramiz Mehdiyev 2008-ci ildə Azərbaycanın yüksək dövlət təltiflərindən biri olan "İstiqlal” ordeninə layiq görülüb. Sözügedən orden dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin inkişafı istiqamətində xüsusi xidmətlərə görə təqdim edilir.

"Şərəf” ordeni

Sabiq PA rəhbəri 2013-cü ildə "Şərəf” ordeni ilə təltif edilib. Bu orden Azərbaycan dövləti və xalqı qarşısında mühüm xidmətləri olan şəxslərə verilir.

"Şöhrət” ordeni

Ramiz Mehdiyev 16 aprel 2018-ci ildə Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeninə layiq görülüb.

"Heydər Əliyev” ordeni

Onun aldığı ən yüksək dövlət təltiflərindən biri isə "Heydər Əliyev” ordenidir. Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildə dövlət idarəçiliyi və elmin inkişafı sahəsində uzunmüddətli xüsusi xidmətlərinə görə bu ordenlə təltif olunub.

Ramiz Mehdiyevin xarici dövlətlərdən aldığı ordenlər də var

Sabiq məmurun təltifləri yalnız Azərbaycanla məhdudlaşmır. Onun bioqrafiyasında SSRİ dövrünə və Rusiya Federasiyasına aid ordenlər də yer alır.

Bunlar arasında SSRİ-nin "Qırmızı Əmək Bayrağı”, Rusiyanın "Dostluq” və "Şərəf” ordenləri də var.

Lakin Azərbaycan məhkəməsinin dövlət təltiflərindən məhrumetmə ilə bağlı qərarı xarici dövlətlər tərəfindən verilmiş ordenlərin avtomatik ləğvi anlamına gəlmir. Həmin təltiflərlə bağlı məsələlər onları təqdim edən dövlətlərin qanunvericiliyinə uyğun tənzimlənir.

Bundan əlavə, Ramiz Mehdiyev elmi fəaliyyətinə görə müxtəlif medal və mükafatlara da layiq görülüb. O, 2021-ci ilin dekabrında Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif edilib.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap