“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu

Tarix 28.10.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin Baş naziri Benyamin Netanyahu parlament seçkilərində özünün təmsil olunduğu sağçı blokun üstünlük qazandığını bəyan edib. Bununla belə, o, yekun nəticələri gözləməyə çağırıb.

Netanyahu bu barədə Qüdsdə rəhbərlik etdiyi "Likud” partiyasının seçki qərargahında çıxışı zamanı danışıb.

"Sağçı blok sionist ictimaiyyət arasında və dövləti dəstəkləyən bütün qüvvələr arasında açıq və həlledici üstünlüyə malikdir”, – deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, İsrailə sağçı, milli və güclü hökumət lazımdır.

Netanyahu hesab edir ki, İsraili təhlükə altına atmaq və antisionist ərəb partiyalarına arxalanan hökumət yaratmaq yolverilməzdir.

"Bununla belə, biz hələ də yekun nəticələri gözləyirik”, – deyə İsrailin baş naziri əlavə edib.

İlkin exit-poll nəticələrinə görə, Netanyahunun rəhbərlik etdiyi blok Knessetdə mütləq çoxluq əldə edə bilmir.

Exit-poll nəticələrinə əsasən, 120 deputatdan ibarət parlamentdə "Likud” partiyası 24-25 mandat qazana bilər. İkinci yerdə Qadi Eyzenkotun rəhbərlik etdiyi "Yaşar” partiyası qərarlaşıb. Bu partiyanın 21-23 mandat əldə edəcəyi proqnozlaşdırılır.

İlkin hesablamalara görə, Netanyahunun bloku ümumilikdə təxminən 50 mandat qazana bilər. Eyzenkotun rəhbərlik etdiyi bloka isə 52-53 mandat proqnozlaşdırılır.

Exit-poll nəticələrinə əsasən, qalan yerlər əsasən ərəb partiyalarının təmsil olunduğu "Birləşmiş Siyahı" və RAAM partiyası arasında bölüşdürülə bilər.

Knessetdə parlament çoxluğunu formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur. 
Əgər iqtidar və müxalifət koalisiya qura bilməsə, növbədənkənar seçki elan ediləcək.



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap